Hacı Seyid Hüseyn Təbrizi
HACI SEYİD HÜSEYN TƏBRİZİ | |
---|---|
Hacı Seyid Hüseyn Təbrizi | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Fəaliyyəti | şair |
Hacı Seyid Hüseyn Təbrizi (1841-1917) — XIX-XX əsr Azərbaycan şairi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Seyid Hüseyn 1841-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şahzadə Müzəffərəddin mirzə Qacara xidmət etmişdi. Əbdülmülk ləqəbini daşıyırdı.Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.
Ünlü bioqraf Mirzə Məhəmmədəli xan Tərbiyyət yazır: "Hacı Seyid Hüseyn, Şamqazandan, hicri qəməri XIV (XIX-XX) əsr ədiblərindəndir. O, hicri qəməri 1257 (1841)-ci ildə anadan olmuş və hicri qəməri 1336 (1917)-cı ildə vəfat etmişdir. Aşağıdakı beyti gözü sağaldıqdan sonra amerikalı doktor Homs haqqında demişdir.
İki gözümlə gördün bir xristian həkimdən,
İsanın ölülərə etdiyi kəramətindən".
Hacı Seyid Hüseyn Təbrizi Məşrutə hərəkatında iştirak etmişdi.
Hacı Seyid Hüseyn Təbrizi 1917-ci ildə vəfat edib.
Mənbə[redaktə | mənbəni redaktə et]
- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.