Komola TV
Naviqasiyaya keç
Axtarışa keç
Komola TV | |
---|---|
Ölkə | İraq |
Dil | Kürd dili |
Komola TV — kürd dilində yayımlanan televiziya.
Haqqında[redaktə | mənbəni redaktə et]
İsveçin paytaxtı Stokholmdan yayımlanır. Kürd dilində olan kanal test yayımına başlayıb. İslam inqilabından sonra iranlı kürdlərin qeyri-qanuni elan edilmiş İran Kürdüstan Demokrat Partiyasından sonrakı ikinci böyük təşkilatı olan “Komala” İsveçdə yayımlanan kürd dilində olan digər TV kanalı “Rojhelat”dan sonra fəaliyyətə başlamış ikinci kürd televiziyası oldu. Marksist yönümlü “Komala”nın Cəlal Talabaniyə bağlı olması deyilsə də, təşkilatın mərkəzinin Süleymaniyyə şəhərində yerləşməsi qeyd olunur. “Komala” ABŞ, Kanada və Avropa ölkələrində də fəaliyyət göstərir.[1]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Dr. Şəmsəddin Kuzəçi. İraq mətbuat tarixi (1869-2019). Bakı: “CBS”. səh. 104. ISBN 978-9952-516-66-1..