Krep

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Krep - səhər yeməyi və ya desert kimi sevilir. Bütün millətlərin krep variasiyası var. Həmin millətlərin də krepləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var.[1]

Pənkeyk

Pənkeyk

İngilisləramerikalılar krepə pənkeyk deyirlər. Amerika pənkeykləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pənyekləri isə nazik olur və fransız krepinə bənzəyir. Şotlandların pənyekləri amerikan pənyrkləri kimidir. Amerikada bu pənyeklər əsasən səhər yeməyində yeyilir. İngilis və Amerika pənyekləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir.

Blin

Rusların və bir sıra başqa slavyanların krepləridir. Fransız krepindən bir qədər qalın olur. Bu xususiyyəti ilə blinçiklərdən fərqlənir. Blinçiklər nisbətən nazik olur və xəmiri acıtmadan hazırlanır. Hər iki növ müxtəlif şirin və ya qeyri-şirin inqredientlərlə, misal üçün göbələk, toyuq, pendirlə, doldurularaq yeyilir. Amerikalıların və şotlandların pənyeklərinə bənzər, amma onlardan nisbətən qalın olan blinlərə isə oladi da deyilir.

Krep

Krep

Krep nazik olur. Adətən Fransanın şimali-qərbində yerləşən Brittani ərazisi ilə assosiasiya olunur. Amma Fransanın başqa yerlərində, Avropanın və dünyanın başqa ölkələrində də populyardır. Müxtəlif içlərlə yeyilir və bir çox növü var. Misal üçün krep Suzette növü bişən kreplərin üzərinə likör töküb yandırmaqla hazırlanır. Qeyri-şirin kreplər galette deyilir. kreplər adətən adətən krepline adlanan restoran, kafe və ya köşklərdə satılır.

Xristian dünyasında adətən kreplər böyük pəhriz dövründən qabaq fevral və ya mart ayında bir gün çox miqdarda hazırlanır və yeyilir. Həmin gün ikinci gün, yəni çərşənbə axşamına təsadüf edir. İngilisdillilər bu günə Shrove Tuesday, fransızdillilər isə Mardi Gras deyirlər. Şərq slavyanlarında bu günün alternativi Maslenitsadır.

Fəsəli

Çörək xəmiri kimi hazırlanmış xəmir 5-6 qat nazik yayılır. Qatların arasına yağ vurulur, rulet kimi bükülür və sonra kiçik hissələrə kəsilir. Bu hissəciklər yastılanır və hər iki tərəfdən bişirilir. Üzərinə bal və ya başqa şirniyyat vurulmaqla yeyilir.

İstinadlar

Xarici keçidlər