Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec
Tip orta-ixtisas təhsili müəssisəsi
Direktor Ruslan Həmidov[1]
Şəhər Lənkəran
Ünvan Lənkəran şəhəri

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec (Əvvəlki adı:Lənkəran Dövlət Humanitar Kolleci)— Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[2]

Tarixi

26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Lənkəran Məktəbəqədər Pedaqoji və Lənkəran Musiqi texnikumları birləşdirilərək onların bazasında Lənkəran Dövlət Humanitar Kolleci yaradılmışdır[3].

11 iyul 2020-ci ildə Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi[4].

İxtisaslar

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[5]

  • Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün);
  • Təsviri incəsənət müəllimliyi;
  • Texnologiya müəllimliyi;
  • İnstrumental ifaçılıq (alətlər üzrə);
  • Xanəndəlik;
  • Xor dirijorluğu;
  • Musiqi nəzəriyyəsi;
  • Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə);
  • Mühasibat uçotu;
  • Arxiv işi və kargüzarlıq;
  • Meşə və meşə-park təsərrüfatı;
  • Muzey işi və abidələrin muhafizəsi;
  • Aqronomluq.

İstinadlar

  1. Mikayıl Cabbarovdan yeni təyinat Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine qafqazinfo.az  (az.)
  2. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine  (az.)
  3. "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli Qərarı. Arxivləşdirilib 2021-05-07 at the Wayback Machine  (az.)
  4. "Arxivlənmiş surət" (PDF). 2021-04-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-11.
  5. 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.[ölü keçid]  (az.)