Litvada avtomobil yolları

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Litvada avtomobil yolları — Litva ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yollar. Dövlət yolları əsas (lit. magistraliniai), regional (lit. krašto) və rayon (lit. rajoniniai) yollarına bölünür. Qeyri-dövlət yolları (küçələr, yerli yollar, giriş yolları) yerli özünüidarəetmə orqanlarına aiddir[1].

Litvada ilk yollardan biri XVI əsrdə tikilmiş Klaypeda qəsri yaxınlığındakı yoldur. 2006-cı ildə ölkədəki ümümi yolların uzunluğu 21.320 km olmuşdur ki, bunun da 1.748 km-i avtomobil yolları (o cümlədən 309 km-i avtomagistrallar təşkil edir), 4.946 km-i respublika əhəmiyyətli, 14.625 km-i isə digər yollardır. Litva Yol Muzeyi Litva yollarının və avtomobil sənayesinin tarixinə həsr olunub. 2019-cu ildə Litvada avtomobil magistrallarının ümumi uzunluğu 365,83 km-dir. Maksimum icazə verilən sürət 130 km/saat (yay) və 110 km/saatdır (qış). Litva magistral yolları olan yeganə Baltikyanı dövlətdir. 2018-ci ildə Litva Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hər il tərtib edilən Qlobal Rəqabətlilik İndeksində yolların keyfiyyətinə görə dünyada 37-ci yerdə qərarlaşıb. Bu Baltikyanı ölkələr artasında ən yüksək göstərici olur. 2022-ci ilə qədər A5 avtomobil yolunun qalan 40,23 km hissəsinin (Mariyampole və Polşa ilə sərhəd arasında) avtomobil yolları standartlarına uyğun yenidən qurulması və Polşanın S61 avtomobil yoluna birləşdirilməsi planlaşdırılır.

Litvanın Avropa Yol Şəbəkəsinin dəhlizlərinin sxemi

Litvada yollar aşağıdakılara bölünür[1]:

Avropa Yol Şəbəkəsinin dəhlizləri;

E kateqoriyalı yollar;

Magistrallar;

Regional yollar;

rayon yolları.

Örtük tiplərinə görə yollar

[redaktə | mənbəni redaktə et]
  • Asfalt yollar; (13 584,389 km)[2]
  • Dəmir-beton yollar; (72,46 km)[2]
  • Torpaq yollar. (7 604,084 km)[2]
  1. 1 2 "Mano vyriausybė | VĮ Lietuvos automobilių kelių direkcija". lakd.lrv.lt. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
  2. 1 2 3 "Eismoinfo.lt". eismoinfo.lt. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.