Manakyan tıs-tısı
Manakyan tıs-tısı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Manakyan tıs-tısı (lat. Acantholimon manakyanii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Cənubi Qafqaz, Cənub-Qərbi Asiya və İranda təbii halda yayılmışdır. İran-Turan coğrafi elementinə daxildir.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
10–20 sm hündürlüyündə, seyrək yastığı olan, alçaq koldur. Yarpaqları 3–5 (2–6) sm uzunluqdadır. Çiçəkləri süpürgəvari çiçək qrupunda yerləşmişlər. Kasacığı 8–9 (10) mm uzunluqda olub, bir qədər qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacığın (1/2) 2/3 hissəsini təşkil etməklə, uzunsov və ya kürəşəkilli, iti ucludur. Xarici çiçəkaltlıqları daxili çiçəkaltlıqlarının 1/2–2/3 hissəsinə bərabər olub, oval formalıdır. May-iyun ayında çiçəkləyir, iyulda toxumları yetişir.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Kserofitdir. Növ aşağı dağlıq qurşaqda, quru, daşlı və çınqıllı yamaclarda, dəniz səviyyəsindən 700–1000 m hündürlükdə, friqanoid bitkiliyində rast gəlinir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Ordubad rayonunun Kotam-Mehri arasında və Kilid kəndlərinin ətraf ərazilərində yayılmışdır.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Yastıqvari formasına görə dekorativ bitki kimi xüsusi əhəmiyyət kəsb edir. Dağlıq sahələrin bərkidilməsində və quraq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.