Mirzə Əbdürrəhim Gərmərudi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mirzə Əbdürrəhim Gərmərudi
Doğum yeri Sərab vilayəti, Gərmərud mahalı, İşıqlı kəndi
Fəaliyyəti şair

Mirzə Əbdürrəhim Mirzə Məhəmmədsəid oğlu Gərmərudi (?-?) — şair, vali.

Həyatı

Mirzə Əbdürrəhim Mirzə Məhəmmədsəid oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Təbriz şəhərində ərəb dilini və ədəbiyyatını öyrənmişdi. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Atası Mirzə Məhəmmədsəid ibn Məhəmmədrza ibn Mirzə Süleyman ibn Mövlanə İshaq ibn Həmdulla Gərmərudun savadlı adamlarından idi.

Mirzə Əbdürrəhim Gərmərudi Gərmərud mahalının və Sərab şəhərinin kələntəri olmuşdu. Abbas mirzə Qovanlı-Qacar onu bütün Cənubi Azərbaycanın vəziri təyin etmişdi.

Mirzə Əbdürrəhim Gərmərudi şair idi. Sağər təxəllüsü ilə şeir yazırdı. Xəttat kimi ad çıxarmışdı. O, şikəstə xəttini özünəməxsus tərzdə yazırdı.

Ailəsi

Mirzə Əbdürrəhimin Məsud xan adlı oğlu vardı.

Yaradıcılığı

Dedilər: niyə getmirəm qazıya, şikayətim çox,
Dedim mənim qazım var, rəğbətim başqasına yox.

Mənbə

İstinadlar

Həmçinin bax

Xarici keçidlər