Mirzə Nəcəfəlixan Daniş

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Mirzə Nəcəfəlixan Daniş
Mirzə Nəcəfəlixan Daniş Həsənəli oğlu
Doğum tarixi XIX əsr
Doğum yeri Təbriz
Vəfat tarixi XIX əsr
Vəfat yeri İstanbul
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Diplomat,şair
İlk əsəri "Mizanül-məvazin fi əmrid-din"
Tanınmış əsəri "Məcmuəül-övsaf"

Mirzə Nəcəfəlixan Daniş (tam adı:Mirzə Nəcəfəlixan Daniş Həsənəli oğlu) — XIX əsr Azərbaycan şairi, "Əxtər qəzeti"nin təsisçilərindən biri olmuşdur.

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Mirzə Nəcəfəlixan Daniş Həsənəli oğlu Təbrizdə anadan olmuşdur. Fiqh, üsul, hədsiz, əxbar və ədəbiyyatı dərindən bilmişdir.

istabulda şəhərində vəfat etmişdir.

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1885-ci ildə İstanbulda İran dövlətinin konsulu olmuşdur.

Bədii yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İstanbulda konsul olarkən məşhur xəttat, alim və səyyah, "Təzkirət ül-xəttatin" əsərinin müəllifi Mirzə Sənqulaxla tanış olmuş, müasirlərinin Sənqulaxa həsr olunmuş mədhlərini toplayaraq "Məcmuəül-övsaf" (Mədhlər məcmuəsi) adı ilə çap etdirmişdir. "Əxtər qəzeti"nin (1875-96) təsisçilərindən biri olmuşdur. "Mizanül-məvazin fi əmrid-din" (Din işində yeganə ölçü; 1870-ci ildə İstanbulda çap edilmişdir) adlı əsəri var. Mirzə Mülküxan, Mirzə Fətəli Axundzadə, Mirzə Ağaxan Kirmani, Məhəmmədəli Tərbiyət və başqaları ilə dost və həmfikir olmuşdur.

  • Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan». Bakı,1987.
  • "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı. 2015. səh. 316. ISBN 978-9952-441-11-6.