Muxtar Bisavad
Naviqasiyaya keç
Axtarışa keç
Muxtar Bisavad | |
---|---|
Muxtar Bisavad Kerpalı oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vətəndaşlığı | Rusiya imperiyası SSRİ |
Fəaliyyəti | şair |
Muxtar Bisavad Kərpalı oğlu — şair.
Həyatı[redaktə | mənbəni redaktə et]
Muxtar Bisavad Kərpalı oğlu 1847-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Gənc yaşlarından şeirler yazmağa başlamış, özünə "Bisavad" təxəllüsünü götürmüşdür. Bakı-Abşeron kəndlərində keçirilən şeir məclislərində iştirak etmiş, dövrünün şairlərindən, elm adamlarından öyrəndiklərilə savadını artırmış, Nizami, Füzuli, Sədi, Hafiz, Xəyyam, Seyid Əzim kimi sənətkarların yaradıcılığından bəhrələnmişdir. Yaradıcılığında əsas yeri qəzəl, növhə tutmuş, lakin təmsillər, felyetonlar həcvlər də yazmışdır.
Məcməüş-şüəra ədəbi məclisinin üzvü olmuşdur. Şair 1938-ci ildə ruhi xəstəlikdən vəfat etmiş, Buzovnada dəfn olunmuşdur.
Yaradıcılığı[redaktə | mənbəni redaktə et]
- "Gəl sənə indi verim ziynət, Əliəkbərim" misrası ilə başlayan novhəsi məclislərdə oxunur
- "Məni" rədifli qəzəli
Haqqında olan əsərlər[redaktə | mənbəni redaktə et]
- Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" B., 1987
- Nəsrəddin Qarayev "Poetik məclislər" Bakı: Yazıçı, 1987, 526 səh
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
Mənbə[redaktə | mənbəni redaktə et]
- Sona Xəyal "Maştağa ədəbi mühiti və Mir Cəlal"