Növün kriteriləri
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Növün kriteriləri dedikdə ,onları bir-birindən fərqləndirən əlamətlər nəzərdə tutulur. Ancaq heç bir kriteri ayrılıqda iki növü bir-birindən fərqləndirməyə tam imkan vermir.Hər bir kriteri yalnız birgə fəaliyyət zamanı yaxşı nəticə əldə etməyə imkan verir.Növlərin aşağıdakı kriteriləri var.
Morfoloji[redaktə | mənbəni redaktə et]
Ən sadə kriteridir.Bu kriteridən istifadə edərək iki növü bir-birindən yalnız xarici və ya daxili quruluşuna görə fərqləndirmək olar.Ancaq bəzən morfoloji cəhətdən fərqlənməyən iki növ bir-birindən genetik, yəni xromosom dəstinə görə fərqlənir.
Genetik[redaktə | mənbəni redaktə et]
Genetik kriteridən istifadə edərək iki növü bir-birindən onların xromosom dəstinə görə fərqləndirmək olar.Məsələn insanda 46 xromosom olduğu halda, drozofil milçəyində 8 xromosom olur.
Ekoloji[redaktə | mənbəni redaktə et]
Ekoloji kriteri vasitəsi ilə müxtəlif ekoloji bölgələrdə yaşayan iki növü bir-birindən fərqləndirmək olar. Ancaq bu tam olaraq düzgün deyil.Çünki eyni ekoloji bölgədə müxtəlif növlər yaşaya bilər.
Coğrafi[redaktə | mənbəni redaktə et]
Coğrafi kriteri, müxtəlif təbii zonalarda yaşayan iki növü bir-birindən ayırmaq üçün istifadə olunan kriteridir.Ancaq eyni təbii zonada müxtəlif növlər yaşadığından əlverişsiz hesab olunur.
Biokimyəvi[redaktə | mənbəni redaktə et]
Bu kriteri canlıları kimyəvi tərkibinə görə fərqləndirir.Tətbiqi çətin olduğundan əlverişsizdir.
Mənbə[redaktə | mənbəni redaktə et]
- Biologiya.9-cu sinif.Dərslik."Şərq-Qərb" ASC.2015.