Nehrəm yaşayış yeri
Naviqasiyaya keç
Axtarışa keç
Nehrəm | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Babək |
Yerləşir | Babək kəndi |
Tikilmə tarixi | 5-18-ci əsrlər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Nehrəm yaşayış yeri — Babək rayonunun eyniadlı kəndində orta əsrlərə aid yaşayış yeri.
Ümumi məlumat[redaktə | mənbəni redaktə et]
1967-ci ildə qeydə alınmışdır. Sahəsi hektardır. Yaşayış yerinin üzərinə xeyli maddi mədəniyyət qalıqları səpələnmişdir. Tikinti qalıqları tamamilə dağıdılmışdır. Mədəni təbəqə çürüntülü torpaq qarışıq gildən ibarətdir. Axtarışlar nəticəsində saxsı qab, çiy və bişmiş kərpic hissələri, orta əsrlərə xas olan müxtəlif üsullarla naxışlanmış əsasən qırmızı,həmçinin boz rəngli keramika məmulatı (küpə, kasa, çıraq, cam və s.) əldə olunmuşdur. Tapıntılara əsasən, abidə 5-18-ci əsrlərə aid edilir.[1]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Naxçıvan ensiklopediyası. II cilddə. II cild. Naxçıvan.2005.