Pulo-Kondor adası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Pulo-Kondor adası
vyet. Côn Sơn
Ümumi məlumatlar
Sahəsi 51,52 km²
Hündür nöqtəsi 610 m
Əhalisi 6.000 nəfər (2010-cu il)
Yerləşməsi
8°41′35″ şm. e. 106°36′34″ ş. u.
Ölkə  Vyetnam
Akvatoriya
Pulo-Kondor adası xəritədə
Pulo-Kondor adası
Pulo-Kondor adası

Pulo-Kondor adası (vyet. Côn Sơn) — Vyetnamın cənubunda yerləşən, Kondao aripelaqının ən böyük adası. Adanın sahəsi 51,52 km²-dir. Əhalisi 6000 nəfərdir (2010).

Konşon adası Xoşimindən 233,5 km cənubda, Hanoydan isə 1372,5 km cənubdadır. Vulkanık mənşəlli ada, bütünlüklə dağlıqdır. Ən hündür zirvəsi Müqəddəs Xaç dağıdır (610 m).

Dağ ətəkləri boyunca tropik meşələr yayılmışdır. Burada əsasən çoxlu sayda quş və sürünən növləri yaşayır. Adada endemik kərtənkələ növləri vardır ki, onların qorunması məqsədi ilə 1984-cü ildə adada mili park salınmışdır. Sahillərində dəniz tısbağaları yumurta qoyur.

Kondao türməsi

Konşon adası əvvəllər Pulo-Kondor adı ilə tatnınırdı[1]. Ada uzun zamanlar formal şəkildə olsa da Kxmer imperiyasının bir parçası olmuşdur. Adanı tez-tez vyetnamlı və malayziyalı dənizçilər ziyarət edirdi. XVIII əsrin əvvəllərində britaniyalılar adaı koloniyalaşdırmaq istəmişdilər. Sonrakı dövrlərdə Konşon Vyetnamın tərkibinə çevrilir. 1862—1956-ci illərdə ada Fransanın müstəmləkəsi olur. Sonrakı dövrlərdə adada türmə inşa edilir. Türmə yalnız 1973-cü ildə bağlanılır (bu zaman türmədən 8000 dustan azad edilir)

Əhalisinin böyük əksəriyyəti Kondao çəhərində cəmləşmişdir. Şəhər ətrafında hava limanı vardır. Tam olaraq rabitə ilə təmin edilmişdir. Ada əhalisinin əsas gəlir mənbəyi turizmdir.

  1. "Pulo Condore Group, Vietnam". National Geospatial-Intelligence Agency]]. 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2011.