Qızqala mis-polimetal təzahürü
Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. Məzmun böyük ehtimalla heç bir dəyişiklik edilmədən Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012 kopyalanıb.
Əgər bunun belə olmadığını düşünürsünüzsə, müzakirə səhifəsində öz fikrinizi bildirin. Əgər müəllif sizsinizsə, lütfən mətndən istifadə etmək üçün icazə alın. Pozuntunun aşkar edildiyi tarix: 1 may 2024. Məqalənin müəllifinə: Müəlliflik hüquqları |
Təzahür Qoşqarçayın aşağı axın hövzəsində Qızqala dağı adlanan yüksəklikdən təxminən 500 m. cənub-şərqdə yerləşir. Təzahür sahəsində kvars-barit, kvars-karbonat, kvars-polimetal damarcıqları daşıyan brekçiyalaşmış süxurların qırıntıları içərisində Cu, Zn, Pb və Ag minerallaşması qeyd olunur. Sahənin litoloji tərkibində tuflar, brekçiyalar, tufqumdaşları iştirak edir. Bu süxurlar Üst təbaşir yaşlı andezit-bazalt tərkibli subvulkanik kütlələr ilə yarılırlar. Filizləşmiş qırıntılardan götürülmüş şırım və nöqtəvi sınaqlarda Ag 3,2-5,6 q/t-dan 28,71-3706, 4 q/t.-a qədər, Au 0,1 q/t, Cu 0,02-1,75 q/t, Zn 0,1-0,33 q/t.- a qədər təşkil etmişdir. Çovdar kəndindən şərqdə, Qoşqarçayın orta axını hövzəsində yerləşir.
Tektonik cəhətdən Çovdar antiklinalının tağ hissəsini əhatə edir. Təzahür sahəsində üst bayos yaşlı riodasit tərkibli tuflar, tufalevrolitləri, tufqumdaşları iştirak edir. Təzahür sahəsində şimal-şərq istiqamətində uzanan və qalınlığı 25-60 m. arasında dəyişən intensiv dəyişmiş-limonitləşmiş, kvarslaşmış, brekçiyalaşmış süxurlar zonası qeyd olunur. Zona qalenit, sfalerit, xalkopirit möhtəviləri ilə müşayət olunur. Zonadan götürülmüş ayrı-ayrı sınaqlarda misin miqdarı -1 %-ə qədər, sinkin miqdarı isə 0, 3%-ə qədər olmuşdur[1].
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012