Saləddin Allahverdiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Saladdin Allahverdiyev
Doğum tarixi (73 yaş)
Doğum yeri Gəncə
Təhsili Azerbaycan Pedaqoji İnstitutu
Fəaliyyəti Azerbaycan Respublikasının Arbitraj Məhkəməsinin Hakimi
Fəaliyyət illəri 2016 - bu günə kimi

Saləddin Xosrov oğlu Allahverdiyev (Gəncə) — Azərbaycan Respublikasının Arbitraj Məhkəməsinin Hakimi

Həyatı[redaktə | mənbəni redaktə et]

Allahverdiyev Saləddin Xosrov oğlu 1951-ci il fevralın 11-də Gəncə şəhərində (keçmiş Kirovabad) anadan olub[1]. 1969-cu ildə orta məktəbi bitirb. Ali təhsillidir, 1973-cü ildə "Lenin ad. Azərbaycan Pedaqoji İnstitutu"nun tarix fakültəsini bitirb. 1976–1993-cü illərdə Pioner Evinin müdürü və "Lənkəran Ziyalılar Evi"nin direktoru vəzifələrində işləyib.

1993-cü ildən hüquq müdafiəçisi, 2000-ci ildən "Azərbaycan Xalqlarının Assambleyası"- ın prezidentidir.

1994-2014-cü illərdə ASDP-nin üzvü kimi fəaliyyət göstərib.

Bu illər ərzində ASDP sədrinin müavini, ASDP MK üzvü seçilib, müxtəlif beynəlxalq konfranslarda iştirak edib.

Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP sədrinin hüquq məsələləri üzrə müavini, ASDP Mərkəzi Komitəsinin üzvü seçilib. ASDP MK Bürosunun üzvüdür.

2016-ci ildən Azərbaycan Respublikasının Arbitraj Məhkəməsinin Hakimi vəzifəsində çalışır.

2022-ci ildə "İçəri Şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ağsaqqalar Şurasının sədr müavini təyyin olunub.

Ailəlidir, iki övladı, beş nəvəsi var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Allahverdiyev Saləddin Xosrov oğlu – insan huquqları üzrə". 2019-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.