Taleh Şahsuvarlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Taleh Şahsuvarlı
Taleh Novruz oğlu Şahsuvarlı
Doğum tarixi 10 mart 1977(1977-03-10) (47 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist
Tanınmış əsəri

Taleh Novruz oğlu Şahsuvarlı (10 mart 1977, Qazıqurdalı, Bərdə rayonu) — jurnalist, siyasi analitik, ictimai-siyasi xadim

Həyatı[redaktə | mənbəni redaktə et]

Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub.

Bakı Dövlət Universitetin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyini bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində fəlsəfə üzrə bakalavr, fəlsəfə tarixi üzrə magistr pillələrində ali təhsil alıb. 2007-ci ildə ABŞ-nin San Dieqo şəhərində fəaliyyət göstərən Vətəndaş Diplomatiyası Akademiyasında ictimai siyasət üzrə xüsusi təhsil alıb.

1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycan mətbuatı tarixində ən gənc qəzet baş redaktoru olub. "Gündəlik Teleqraf" qəzetin şef-redaktoru vəzifəsində çalışıb. 2009-cu ildən Sosial İnformasiya Agentliyinin direktorudur. Hazırda AzNews.az analitik-informasiya portalının baş redaktorudur.

[1]

"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin və Hərbi Ovçuluq İttifaqının üzvüdür.

İyun 2021- iyun 2023-cü illərdə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü olub.[2]

"Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın, Qafqazda ilk tarixi metaroman olan "Canlanma" əsərinin müəllifidir.

[1]

27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən savaşında baş leytenant rütbəsində taqım komandiri vəzifəsi tutaraq iştirak edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən "Ağdamın azadlığına görə", Baş nazir tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalları ilə, Dövlət Səfərbərlik Xidməti tərəfindən xüsusi diplomla, Azərbaycan Mətbuat Şurası tərəfindən "Qələmdən süngüyə" mükafatı ilə təltif olunub.

[3]

2010-cu il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd olmuşdur.

2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.[2]

2020-ci ildə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd olub.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Canlanma". Goodreads (ingilis). 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
  2. "Taleh Şahsuvarlı "Gündəlik Teleqraf"dakı vəzifəsindən istefa verdi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]