Tofiq Əbdülhəsənli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tofiq Əbdülhəsənli
Doğum tarixi (68 yaş)

Tofiq Əbdüləziz oğlu Əbdülhəsənli (30 dekabr 1955) — Filologiya elmləri doktoru, professordur. Əməkdar Mədəniyyət İsçisidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl Qələm", "Həsən Bəy Zərdabi" və "Araz Ali Ədəbi" mükafatları laureatıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

1955-ci il dekabrın 30-da Neftçala rayonunun Pirəbbə kəndində anadan olmuşdur.

1973–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində oxumuş və fərqlənmə diplomu ilə bitirərək filoloq, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.

2000-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1972–1985-ci illərdə istehsalat yönümlü müəssisədə çalışmışdır. 1974–1976-cı illərdə hərbi xidmətdə olub.

1985–1990-cı illərdə "Gənclik" nəşriyyatının redaktoru işləyib. 1990–1992-ci illərdə Azərbaycan Ali Sovetinin orqanı -"Həyat" qəzetində şöbə müdiri olub. 1992–2002-ci illərdə Milli Məclis orqanı olan "Azərbaycan" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. 1993-cü ildən Azərbaycan Respublikası Prezident Aparatının "Respublika" qəzetində redaksiya müdiri vəzifəsində işləyib.

Namizədlik dissertasiya işini müdafiə edərək flologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ildə isə dosent elmi adına layiq görülmüşdür.

2014-cü ildən filologiya elmləri doktoru, professordur.

1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Azərbaycan dili" kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində çalışmışdır. Hazırda "Azərbaycan dili" kafedrasının müdiridir.

4 monoqrafiyanın, 5 dərslik, dərs vəsaiti, habelə müasir Azərbaycan dilinin və ədəbiyyatının problemlərinə həsr olunmuş onlarla kitabın və monoqrafiyanın, ölkədə və xaricdə çap olunmuş 100-dən artıq elmi məqalənin, həmçinin "Azərbaycan dili" və "İşgüzar Azərbaycan dili" dərsliklərinin müəllifidir.

Respublikanın əməkdar mədəniyyət işçisidir. Rəsmi dövlət qəzetlərində 200-dən artıq publisistik məqaləsi dərc olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və Respublika İqtisadçılar İttifaqının üzvüdür. "Qızıl Qələm", "Həsən Bəy Zərdabi" və "Araz Ali Ədəbi" mükafatları laureatıdır.[1][2][3]

Ailəlidir, üç övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  2. "Arxivlənmiş surət". www.anl.az. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  3. modern.az. "Alim, peaqoq, publisist". modern.az (az.). 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.