Tuymazı-Arena

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tuymazı-Arena
Xəritə
Tam adı başq. С. Н. Ғимаев исемендәге боҙло комплекс
Yeri Tuymazı, Rusiya
Təməli qoyulub 2013
Açılış tarixi 3 sentyabr 2013
Tamaşaçı tutumu 808
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tuymazı-Arena (başq. Туймазы-Арена və ya tam adı başq. С. Н. Ғимаев исемендәге боҙло комплекс) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Tuymazı şəhərindəki əsas idman qurğusu. Universal buz idmanı qurğusu və konsert kompleksidir. Arenanın tamaşaçı tutumu 808 nəfərlikdir.

Onlayn xəritələrdə bu obyekt "Spartak stadionu" və ya "Olimpiya stadionu" adını daşıyır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kompleksin əsası 2013-cü ildə qoyulmuş, elə həmin ilin 3 sentyabr tarixində isə açılışı olmuş; Başqırdıstan Respublikasının prezidenti Röstəm Xəmitov da açılışda iştirak etmişdir[1].

Arena "Başneft" ASC-nin xeyriyyə fondları hesabına qurulub ki, tikintinin dəyəri 302 milyon rubl təşkil etmişdir[1].

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Arenanın əsas istiqaməti buz xokkeyi matçlarının keçirilməsi, fiqurlu konkisürmə yarışlarının təşkili və digər qış idman növləri ilə bağlıdır.

Kompleksin ümumi sahəsi 5528 m²-dir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Президент Башкортостана принял участие в открытии ледового комплекса «Туймазы-Арена»". 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]