Varşava tramvayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Varşava tramvayı
Tramvayların 105N2k/2000
Tramvayların 105N2k/2000
Tramvay xətlərinin sxemi
Tramvay xətlərinin sxemi
Tramvay sistemi
Ölkə  Polşa
Şəhər Varşava
Sistemin tipi sərnişin
Açılış tarixi 1865
Marşrutların sayı 26[1].
Tramvay parklarının sayı 4
Vaqonların sayı 832
Dəmir yolunun eni 1435 mm
Qida növü hava əlaqə məftili ilə elektrik
Kontakt şəbəkəsinin gərginliyi 600 V
Daşıyan şirkət «Tramwaje Warszawskie»
Şirkətin saytı tw.waw.pl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Varşava tramvayıPolşa ərazisində mövud olan tramvay nəqliyyatı. Tramvay yolunun uzunluğu 254 km, maşrut xəttinin uzunluğu 470 km təşkil edir. 4 vaqon deposuna sahibdir. Trmvay şəbəkəsi 876 vaqondan ibarətdir. 26 xəttə sahibdir. Sistem 1866-ci ilin 11 dekabr tarixində yaranmışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Varşava tramvayınln tarixi 11 dekabr 1866-cı ildən başlayır. Bu zaman Vyana (pol. Dworzec Wiedeński) Pererburq (pol. Dworzec Petersburski) və Terespol (pol. Dworzec Terespolski) voğzallarının birləşdirən konka nəqliyystı çəkilmişdir. 1903-cü ildə Mlınarkoy küçəsinfə tramvay deposu təşkil edilmişdir. 1921-ci ilin 31 dekabr tarixində ilk dəfə gecı maşrutu istifadəyə verilmişdir. 1925-ci ilin martında Kavençin küçəsində (pol. Kawęczyńska ul.) «Praqa» deposu təşkil edilmişdir.

18 sentyabr 1939-cu ildə başlanan müharibə səbəbindən tramvayın hərəkəti dayanmışdır. 1 iyul 1941-ci ildən tramvay istifadəsi təmin edilir. 1 avqust 1944-cü ildə tramvay faktiki fəaliyyətini tam dayandırmışdır. 20 iyun 1945-ci ildə 1 nömrəli maşrut istifadəyə verilmişdir. 1945-ci ildən 1525 mm-lik dəmir yolları 1435 mm-lik xətlərlə əvəzlənmişdir. Bu zaman «Joliboj» deposu istifadəyə verilmişdir. 1973-cü il 11 sentyabr tarixindən bəzi xətlər ləğv edilir. 1989-ci ildə cəmi 28 xətt qalmışdır.

1 avqust 1992-ci ildə Volskoe provaslav qəbiristanlıq xətti istifadəyə verilmişdir. Bu xətt 13 il inşa edilmişdir. 31 avqust 1997-ci ildə Novoe Bemovo tramvay xətti istifadəyə verilmişdir. 21 dekabr 2005-ci ildə ildə ilk dəfə Silezdski üsyançıları və Reymont xətləri ilə maşrutlar hərəkətə başlamışdır. 16 iyun 2007-ci ildə tramvay xəttində təmir həyata keçirilmişdir. Təmir işləri ilə yaranan çətinliklər 1 oktyabr 2007-ci ilə qədər davam etmişdir. 26 mart 2008-ci ildə elektrikli tramvay xətti yüz illiyini qeyd etmişdir.

Vaqon növləri[redaktə | mənbəni redaktə et]

Konstal 105Na, 123N — (517)*;

Konstal 112N, 116N — (30)*;

PESA 120N — (15)*;

PESA 120Na — (186)*;

PESA 128N — (45)*;

PESA 134N — (30)*.

*bu vaqonlar 2016-cı ildən istifadə edilir

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Şəhər tramvayı «Varşava Tramvayı» («Tramwaje Warszawskie» Sp. Z OO) dövlət şirkəti tərəfindən idarə edilirdi. 1 mart 1994-cü ildə bu şirkət büccə hesabına idarə edilirdi. 2003-cü ilin 1 yanvar tarixindən kommersiya şirkətinə çevrilmişdir[2][3].

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Zarząd Transportu Miejskiego m.st. Warszawy". 2016-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  2. Tramwaje Warszawskie
  3. Warsaw Tourism Organization