Vikipediya:İnzibatçı müzakirəsi: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Vusal1981 (müzakirə | töhfələr)
Vusal1981 (müzakirə | töhfələr)
Sətir 45: Sətir 45:
:Vüsal bəyin fəaliyyətsizliyinə görə müzakirəni görmürəm axı. Yuxarıda söhbət indiki müzakirədən gedir. İdarəçi olmaq heç kimə maliyyə üstünlüyü qazandırmır ki, kimsə ondan bərk yapışsın. İdarəçilikdən çıxarılmağı böyük fəlakət hesab etmirəm. Amma az viki üçün qlobal idarəçiliyə verməyi bizim üçün aşağılıq hesab edirəm. Əgər Çekli məsələsi bir qoldusa, orada açılan digər absurtveriçi məsələlər onun onurğa sütününü təşkil edir. Bütün vikiçəmiyyətə müraciyyətim ondan ibarətdir ki, əgər pruplaşma varsa biz niyə onun əlehinə qayda tətbiq etməyək. Bu daha ədalətli olmazdımı?[[İstifadəçi:Qolcomaq|''<font face="Cursive"><font color="#e6005c">Q🅾⚓</font></font>'''']]<font face="Cursive"><font color="DodgerBlue">'''Ç🅾Ⓜ🅰Q'''</font></font>[[İstifadəçi müzakirəsi:Qolcomaq |<sup><span style="color:#1632E0"> ✉ </span></sup>]] 11:23, 8 may 2019 (UTC)
:Vüsal bəyin fəaliyyətsizliyinə görə müzakirəni görmürəm axı. Yuxarıda söhbət indiki müzakirədən gedir. İdarəçi olmaq heç kimə maliyyə üstünlüyü qazandırmır ki, kimsə ondan bərk yapışsın. İdarəçilikdən çıxarılmağı böyük fəlakət hesab etmirəm. Amma az viki üçün qlobal idarəçiliyə verməyi bizim üçün aşağılıq hesab edirəm. Əgər Çekli məsələsi bir qoldusa, orada açılan digər absurtveriçi məsələlər onun onurğa sütününü təşkil edir. Bütün vikiçəmiyyətə müraciyyətim ondan ibarətdir ki, əgər pruplaşma varsa biz niyə onun əlehinə qayda tətbiq etməyək. Bu daha ədalətli olmazdımı?[[İstifadəçi:Qolcomaq|''<font face="Cursive"><font color="#e6005c">Q🅾⚓</font></font>'''']]<font face="Cursive"><font color="DodgerBlue">'''Ç🅾Ⓜ🅰Q'''</font></font>[[İstifadəçi müzakirəsi:Qolcomaq |<sup><span style="color:#1632E0"> ✉ </span></sup>]] 11:23, 8 may 2019 (UTC)


:Hörmətli dostlar! Burada Eldaradonun sevincək bu müzakirəni açmağı bariz görünür. Mənim adımı çəkməklə provokasiyaya çəkməyiniz heç də yaxşı iş deyil, Eldarado. O ki, qaldı Ceklinin qərarına ona sonuna qədər dəstəyəm. Baxmayaraq ki, sizin qruplaşma deyə nəzərdə tutduğunuz heç bir qrup mövcud deyil. Şəxsən mən nə Sortilegusla, nə Wertuose-la heç vaxt digər platformalarda kəlmə də kəsməmişəm. Sizin düşündüyünüz o xəyali qruplaşma yoxdur. Əsl qruplaşma ildə iki-üç dəfə hansısa idarəçini müzakirəyə çıxaran Eldarado və başqalarının qruplaşması ola bilər. Sizdən və 2-3 istifadəçidən başqa hər kəs başını aşağı salıb işini görür. Niyə bizi və özünüzü Metada biabır edirsiz? Niyə məhz eyni istifadəçilərlə Metada çıxış edilir? Axı buranın 10 minlərlə üzvü var? Məsələ aydındır. Əminəm ki, bir neçə müddət sonra mənimlə də bağlı müzakirə açacaqsız. Buna artıq sətiraltı Eldarado tərəfindən vurğular vurulur.Sizə bu provokativ işlərdə uğur arzu edirəm. Unutmayın ki,5-10 il sonra da sizi bu şəkildə "vuracaqlar"--[[İstifadəçi:Vusal1981|Vüsal Ağayev]] ([[İstifadəçi müzakirəsi:Vusal1981|müzakirə]]) 16:01, 8 may 2019 (UTC)
:Hörmətli dostlar! Burada Eldaradonun sevincək bu müzakirəni açmağı bariz görünür. Mənim adımı çəkməklə provokasiyaya çəkməyiniz heç də yaxşı iş deyil, Eldarado. O ki, qaldı Ceklinin blok qərarına sonuna qədər dəstəyəm. Baxmayaraq ki, sizin qruplaşma deyə nəzərdə tutduğunuz heç bir qrup mövcud deyil. Şəxsən mən nə Sortilegusla, nə Wertuose-la heç vaxt digər platformalarda kəlmə də kəsməmişəm. Sizin düşündüyünüz o xəyali qruplaşma yoxdur. Əsl qruplaşma ildə iki-üç dəfə hansısa idarəçini müzakirəyə çıxaran Eldarado və başqalarının qruplaşması ola bilər. Sizdən və 2-3 istifadəçidən başqa hər kəs başını aşağı salıb işini görür. Niyə bizi və özünüzü Metada biabır edirsiz? Niyə məhz eyni istifadəçilərlə Metada çıxış edilir? Axı buranın 10 minlərlə üzvü var? Məsələ aydındır. Əminəm ki, bir neçə müddət sonra mənimlə də bağlı müzakirə açacaqsız. Buna artıq sətiraltı Eldarado tərəfindən vurğular vurulur. Sizə bu provokativ işlərdə uğur arzu edirəm. Unutmayın ki, 5-10 il sonra da sizi bu şəkildə "vuracaqlar"--[[İstifadəçi:Vusal1981|Vüsal Ağayev]] ([[İstifadəçi müzakirəsi:Vusal1981|müzakirə]]) 16:01, 8 may 2019 (UTC)

16:04, 8 may 2019 tarixindəki versiya

Bu səhifə idarəçilərin fəaliyyətini koordinə etmək üçün nəzərdə tutulmuşdur.

İdarəçi qeydləri

Həmçinin bax

Dəyişiklik süzgəci

Hamıya salamlar. İstifadəçi siyahısının "İdarəçilər" qrupunda heç bir fəaliyyəti olmamış Dəyişiklik süzgəci adlı yeni bir idarəçi peyda olub. Bunu kimsə izah edə bilərmi? 17 dekabr 2018 tarixində qeydiyyatdan keçmiş bu istifadəçi adı kim tərəfindən idarə olunur? Necə olub ki, ona idarəçi statusu verilib? --►Cekli829 18:31, 24 fevral 2019 (UTC)Cavabla

Salam Cekli829 bu idarəçi statusu verilmiş istifadəçi səhifələri digər Azərbaycanca vikilayihələrdə də var (bax: [1], [2], [3], həmçinin başqa dillərdəki layihələrdə də var, bax: tr.wikinews.org/sysop). İstifadəçi hüquqları gündəliklərində heçbir ad olmadığını nəzərə alsaq deməli daha yuxarı hüquqlara məlik olan istifadəçilər tərəfindən verilib statusları. Yəqin ki, Vikimedia Fondunun hansısa layihəsidir.--Turkmen müzakirə 19:01, 1 mart 2019 (UTC)Cavabla

Cekli829-un idarəçilik statusunun alınması ilə bağlı səsvermə başladılması

Hörmətli həmkarlarım, lütfən Requests_for_comment/Do_something_about_azwiki buradakı müzakirələri tam oxuyub sonra qərarınızı verin. Səsvermənin başlaması üçün bütün səbəblər orada qeyd olunur. Müzakirə may ayının 17-nə qədər yekunlaşacaq. Viki qaydalara əsasən əgər səs çoxluğu daha tez bir müddətə alınsa, müzakirə daha erkən yekunlaşacaq. Babək Akifoğlu, Vusal1981, Baskervill, Sultan11, Wertuose, Sortilegus, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Azerifactory, Qolcomaq, Turkmen,Toghrul Rahimli Hörmətlə--eldarado 09:54, 7 may 2019 (UTC)Cavabla

  1. + Lehinə: - Metadakı müzakirələrə əsasən, orada qeyd olunan səbəblərə görə Cekli829-un statusunu öz vikicəmiyyətimizin qərarına əsasən alınmalı, əks halda ya stüardlar tərəfindən bu status birbaşa alınacaq ya da bütün idarəçi və bürokratların statusu alınacaq və bir müddət global idarəçilər azvikiyə nəzarət edəcək. Bunun azvikinin gələcəyinə çox mənfi təsir göstərəcəyini düşünərək bu qərarı dəstəkləyirəm və bütün idarəçiləri qısa müddətdə öz mövqelərini bildirməyə dəvət edirəm. Hörmətlə --eldarado 10:02, 7 may 2019 (UTC)Cavabla
  • Şərh Şərh: Eldarado, zəhmət olmazsa, metada göstərilən səbəblərin nə olduğunu dəqiq bildirin. Bilavasitə mənimlə bağlı olan məsələ nədir? Özü də metada yekun bir qərar qəbul olunmayıb, sadəcə müxtəlif istifadəçilər öz fikirlərini səsləndiriblər. Cekli829 müvafiq məsələlərdə aktiv və operativ fəaliyyət göstərib deyə onun statusunun alınması üçün bu müzakirəni başlatmağınız nə dərəcədə ədalətlidir? Zəhmət olmazsa, deyin görək mən hansı qaydanı pozmuşam ki, mənə qarşı belə bir fikrə düşmüsünüz? Əgər meta AzVikiyə qarşı dediyiniz kimi hərəkət etsə, o zaman gərək HyVikiyə qarşı da eyni addımı atsınlar. Niyə metada bununla bağlı müzakirə başlatmırsınız? --►Cekli829 10:15, 7 may 2019 (UTC)Cavabla
  • Şərh Şərh: Eldarado, "Cekli829-un statusunu öz vikicəmiyyətimizin qərarına əsasən alınmalı, əks halda ya stüardlar tərəfindən bu status birbaşa alınacaq" bunu hansı qaydaya əsasən deyirsiz? Zəhmət olmasa istinad göstərə bilərsiz.--Azerifactory (müzakirə) 10:21, 7 may 2019 (UTC)Cavabla
  • Şərh Şərh: Bunu stüardın dediyinə və metadakı müzakirələrin gedişinə əsasən deyirəm. Yuxarıda qeyd etdiyim keçiddən oxuya bilərsiniz bütün müzakirələri. Hörmətlə--eldarado 10:24, 7 may 2019 (UTC)Cavabla
  • Şərh Şərh: Eldarado, mən də elə onu axtarıram amma belə məsələni ancaq DrAbdullayev deyib.--Azerifactory(müzakirə) 10:28, 7 may 2019 (UTC)Cavabla
  • Şərh Şərh: Azerifactory həmin keçidi tam oxusanız sizə də aydın olacaq. --eldarado 10:34, 7 may 2019 (UTC)Cavabla
  • Eldarado, öz fikrimi bildirdim.--Azerifactory (müzakirə) 10:35, 7 may 2019 (UTC)Cavabla
Eldarado yazırsız ki, Ceklinin statusunu almalıyıq ya da meta alacaq. Onda məntiqlə səsvermə nəyə lazımdı. Belə çıxır ki biz almasaq onlar alacaq. Bu nə deməkdi. Belə qaydamı var. --Araz Yaquboglu (müzakirə) 11:41, 7 may 2019 (UTC)Cavabla
Öz problemlərimizi özümüz həll eləməyimiz daha doğru olmazdı? Özümüz həll edə bilmiriksə o zaman elə bütün idarəçilərin statuslarının alınması daha məqsədə uyğun olar.--eldarado 12:02, 7 may 2019 (UTC)Cavabla
Stüardlar hesab edir ki, az-vikidə böhran var və guya biz burda ağlımıza gələni edirik. Səbəb kimi də Cekli829 və Vüsal1981-in müəllif hüquqlarına hörmətsizliyi, istifadəçilərə saymazyana yanaşmasını və 1 benqal istifadəçi də erməni soyqırımı məsələsində nasionalist yanaşmamızı göstərirlər. Bu sonuncu məsələ müzakirəni başladan istifadəçinin iddiasıdır, bizim bəzi istifadəçilər isə həmin müzakirənin davamı olaraq bizim adıçəkilən 2 idarəçinin fəaliyyətinə dair şikayətlərini də əlavə etdikləri üçün belə bir qarmaqarışıq tələblər ortaya çıxıb. Əgər bu məsələlər üzrə hər hansı bir irəliləyiş olmazsa, o halda az-viki idarəçilərinin hamısının idarəçi statuslarının alınması və 6 ay müddətində az-vikinin stüardlar tərəfindən idarə olunması təklif edilir. Yalnız 6 aydan sonra yeni idarəçi seçkiləri keçirilə bilər. Mən orda öz fikirlərimi bildirdim bu gün. Müzakirəni aparan stüardın münasibətini öyrəndikdən sonra ehtiyac olsa, bu həftə bir geniş vikigörüş keçirib müzakirə edərik məsələni.--Wertuose (müzakirə) 13:19, 7 may 2019 (UTC)Cavabla
  • Çox təəssüflər ki, + Lehinə:. Hörmətli Cekli829-un konkret ortada səbəb olmadan Aykhan Zayedzadeh-ni 1 həftəlik (əvvəlki bloku nəzərdə tuturam, hal hazırkı bloku yox) blokalaması, həmçinin sadəcə "əsassızdır" deyib Godricin redaktələrini (müəllif hüquqları məsələsini nəzərdə tuturam) geri alması, habelə "Qondarma erməni soyqırımı məqaləsi"ndə müzakirə bitməmiş istifadəçini (Godrici) bloklaması və Ayxanı 1 illik blok etdikdən sonra mənası ona da toxunan status yazması (Facebook-da), fikrimi lehinə etməyim üçün kifayətdir. Bundan əvvəl Drabdullayev17-in də müəllif hüquqları məsələsində bloklanması və digər idarəçilərin etirazı da orada qeyd edilib. Ümumən Azvikinin adının Meta-Vikidə bu cür hallanmasını da hörmətli Cekli829-un günahı sayıram. Saydığım məsələlərə heçbir təpki vermədiyimiz üçün idarəçilərin hamsının əlbir olduğu düşünülür. Məhz o səbəbdən bütün idarəçilərin hüquqlarının alınması üçün müzakirələr açılıb. Əgər təkcə Cekli829-a aid olsa idi elə bir tək onun haqqında açılardı müzakirə. --Turkmen müzakirə 17:15, 7 may 2019 (UTC)Cavabla
    • Şərh Şərh: Turkmen, təəssüf ki, hadisələrin ardıcıllığını düzgün təqdim etmirsiniz. Aykhan Zayedzadehnin 1 həftəlik bloklanması onun Azerifactoryyə qarşı buradakı danışıq üslubuna görə olmuşdur. Müəllif hüquqları ilə bağlı iddialara isə bu gün Kənd meydanında da qeyd etdiyim kimi düşünürəm ki, kifayət qədər ətraflı cavab vermişəm. İddia edilən məqalələrdə əsasən president.az saytından və qanunvericilikdən götürülmüş məlumatlar yerləşdirilmişdir ki, onların da götürülməsi üçün müvafiq icazələr və lisenziyalar var. O məntiqlə gərək qazax dilində olan Vikipediya bloklansın. Çünki həmin dil bölməsində olan məqalələrin çox böyük bir hissəsi Qazax Ensiklopediyasından köçürülüb. Və s. --►Cekli829 19:03, 7 may 2019 (UTC)Cavabla
Son günlər yeni işimlə əlaqədar vikidə aktiv olmamağım səbəbindən müzakirələrin hamısından xəbərim yoxdur. Amma bundan əvvəlki müzakirələrə özümdə qoşulmuşdum. Azərbaycan vikipediyasında özbaşnalıq, erməni soyqırımını tanımama kimi məsələlər olduqca absurtdur. Bununla bağlı öz fikirimi bildirmişəm. Son zamanlar qeyd edim ki, az viki kifayət qədər inkişaf edir. Bu faktır. Əsasən azərbaycan dilli istifadəçilərin tələb duyduğu informasiyalar son 4-5 il ərzində viki məqlələrində öz əksini tapmışdır. Üstəlik məqlələr iki cümləlik deyil daha əhatəli, ensiklopedik prinsipləri əsasında olması ilə seçilir. İdarəçilərin özbanalıqları, müəllif hüquqları, Whatsapp yazılarına görə yaranan problemlər kimi məsələləri Drabullayev qaldırıb. Elə onun başlatdığı müzakirələrin sonucuna görədə bu gün problemlərlə üzləşmişik. Benqal vipikediyaçısıda yıxılana balta vuran çox olar prinsipinə əsasalanaraq bu erməni soyqırımını atıb ortaya. Əgər düzgünlükdən dəm vurulursa onda rus və ingilis vikilərinə də bir göz atsınlar:[4]. Ermənilər bu vikilərdə at oynadırlar. Bizlərin Mart soyqırımı adlandırdığımız hadisələr digər vikipediyalarda Mart hadisələri kimi təqdim edilir. Təbii ki belə də olacaqdır Mart soyqırımı ümumi soyqırım prosesinin bir bir parçasıdır. Niyə azərbaycanlıların ermənilər tərəfindən soyqırımı yoxdur?. 1918-ci ilin Mart ayından sentyabr ayına qədər erməni-daşnak-bolşevik qüvvələri tərəfindən Bakıda 12 min, Şamaxıda 8 min, Qubada çox minlik; Naxçıvanda, Zəngəzurda, Makudan Urmuyayadək olan ərazidə (150 min) Andranik tərəfindən törədilən qətlyamlar ümumi soyqırımın bir parçalarıdır. Ancaq Azərbaycanda hər şeyin qeyri anormal olmasını nəzərə alsaq bizim bu tip işlərdəki səylərimizin mənasız olacağını qabaqcadan bilmək olar. Nə qədər ki, Azərbaycanı keçmiş sovetlər birliyinin siyasi elitasının törəmələri idarə edir, bizim beynəlxalq səviyyədə müdafiyə qabiliyyətimiz olmayacaq və bizlər həqiqətlərimizi (fakt olan hadisələri) dünyaya bildirmək üçün rəsmi dəlillər tapa, bunu isbatlaya bilməyəcəyik. Nə səbəbdən Azərbaycan Milli Ensiklopediyası cəmi 6 cilddir??.... O ki qaldı Çeklinin məsələsinə onun idarəçilikdən uzaqlaşdırılmasını məqbul saymıram amma idarəçi fəaliyyətində müəyyən karrektələrə getməli olduğunu düşünürəm.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 19:34, 7 may 2019 (UTC)Cavabla
− Əleyhinə: 3-4 istifadəçi var ki, hər şeydən və hamıdan narazıdırlar. Azvikidə ürəkləri istəyəni eləmək istəyirlər, hansı idarəçi bir az onların "ipini yığır", onu düşmən elan edirlər. Bloklanan kimi metada öz "dərdlərinə" əlac axtarmağa başlayırlar. Orada da onlara özləri kimi o vikidən, bu vikidən bloklanıb "qovulmuş" istifadəçilər həmdərd tapılır, ya da əsasən daha çox erməni-fars kökənli istifadəçilər hay verirlər. Onlar üçün də "nə olursa olsun, azvikiyə zərər olsun" prinsipi əsasdır. Cekli də o 3-4 istifadəçinin "ipini yığan" idarəçilərdən biridir, ona görə də hay-küyün əsas mərkəzində o olur həmişə. Bloklayır və haqlı yerə bloklayır. Mən də məsələn, ara-sıra o istifadəçilər ilə üz-üzə gəlməli oluram. Çünki mən də bir idarəçi kimi kifayət qədər azvikiyə aktiv nəzarət edirəm. Sadəcə bloklamıram ki, bəlkə düzələrlər, yola gələrlər, "ağıllanarlar". Amma belə görürəm ki, düzünü Cekli edir. Ceklinin idarəçiliyinin müzakirəyə çıxarılmasını tam yersiz və mənasız bir addım hesab edirəm və provakator olan o 3-4 istifadəçinin dəyirmanına su tökmək kimi dəyərləndirirəm. İdarəçilərimizdən də kimlərin Eldoradonun bu təklifini dəstəkləyəcəyini əvvəlcədən yaxşı bilirəm. Son vaxtlar elə "idarəçinin statusunun alınması qərarının idarəçilər arasındakı səsvermədə sadə səsçoxluğu ilə əldə olunsun" düzəlişini də buna görə prinsipə əlavə etdiniz. Düşünürəm ki, təxmin etdiyim idarəçi qruplaşmasının hələ "sadə səsçoxluğu" yoxdur. Amma dediyim kimi, bununla azvikiyə zərbə vurmuş olacaqsınız. Bəlkə də öz aləminizdə düşünəcəksiniz ki, köhnə idarəçilərdən birindən qurtulursunuz. Amma yanlışlığa yol verirsiniz. Bu provakativ istifadəçilər hərlənib-fırlanıb sizin üzərinizə də gələcəklər və sizi də metada müzakirəyə çıxaracaqlar. Metanın isə ortaya düşən 3-4 provakatorun təklifi ilə azvikinin nəinki bütün idarəçilərinin, heç cəmi bir idarəçisinin belə statusunu almaq hüququ yoxdur. Məncə, Eldorado bu administrativ işlərdə yeni olduğu üçün hələ bir xeyli müdddət Meta nədir, vikicəmiyyət nədir və s. kimi məsələləri öyrənməlidir. Burda bir Aydın Məmmədov vardı, Metada yatıb Metada qalxırdı. Cimi Uelsi az qala hökumətlərə işləyən adam elan eləmişdi orda :). Mənə bir nümunə göstərə bilərmisiniz ki, Metadan kimsə hansısa vikinin seçilmiş idarəçisinin statusunu alıb? Elə bir şey ola bilməz. Lokal vikilər daxili prinsiplərlə və lokal vikicəmiyyətlərin qərarları ilə idarə olunur. Hörmətlə: --Sortilegus (müzakirə) 22:21, 7 may 2019 (UTC)Cavabla
Hörmətli Sortilegus, Azviki kiminşə şəxsi mülkü deyil ki, kimsə kiminsə ipini yığa. Bu ifadənizi heç də nəzakətli hesab etmirəm. Məsələ heyəti yeniləmək deyil, idarəçilər istifadəçi maraqlarını təmsil etməlidir. Necə ki demokratik dövlətdə olur, burda da belə olmalıdır. Deyə bilərsiniz ki, Vikipediya demokratiya deyil, doğrudur, amma heç şəxsi fikirlərlə idarə olunan portal da deyil. Elə olduqda, indiki kimi situasiya ortaya çıxır. Cekli829-un bura əlavə olunmasına əsas səbəb onun pozduğunu qaydalardır. SNS-də istifadəçilərin fikirləri nəzərə alınmır həmin arxivdə şəxsi fikirə uyğun redaktələr olunur, Vikipediyadan kənar məsələlərə görə indiki kimi problemlər yaşanır.--Toghrul Rahimli (müzakirə) 05:36, 8 may 2019 (UTC)Cavabla
− Əleyhinə: Sortilegus eyni fikirdəyəm.--Azerifactory (müzakirə) 01:41, 8 may 2019 (UTC)Cavabla
Salam hörmətli Sortilegus, ilk olaraq onu qeyd edim ki, siz də burada qeydiyyatlı hesabı olan istifadəçilərdən birisiniz və uzun müddətli fəaliyyətinizin olması və ya hansısa statusa malik olmağınız kimlərəsə qarşı "ağıllanar" kimi qeyri-etik ifadələr işlədə biləcəyiniz anlamına gəlmir. Digər məsələyə gəldikdə isə Ceklinin etdikləri gün kimi aydındı və açıq şəkildə azvikinin işini pozur. Siz və bir neçə idarəçi isə açıq şəkildə ona dəstək olursunuz. İndi siz və vikicəmiyyət görsün qruplaşa kimlərdir. Hörmət hörmətə bağlıdır. Bəsdir hər dəfə tərəfimə aşağılayıcı ifadələr işlətdiniz. Meta mövsuzunda isə deyə bilərəm ki, yaxşı araşdırın :) və daha sonra qərarə gəlin ki, Metda nədir, viki cəmiyyət nədir. Hörmətlə --eldarado 06:38, 8 may 2019 (UTC)Cavabla
Salam Aleykum hörmətli Eldarado “Siz və bir neçə idarəçi isə açıq şəkildə ona dəstək olursunuz. İndi siz və vikicəmiyyət görsün qruplaşa kimlərdir.” ifadəsini işlədəndə yəqin ki, bu idarəçilər içərisində yuxarıda yazdığım ifadələrə görə mənidə mətin altı olaraq bir neçə idarəçinin içərisinə daxil edirsiniz. Nəyisə isbatlamaq üçün dəlil lazımdır. Mən öz adımdan deyə bilərəm ki, bu məsələ ilə bağlı yuxarıda əlehinə səs verən heç bir istifadəçi ilə yazışmam olmayıb. Əgər şübhələrə əsaslanaraq qruplaşma ifadəsini işlədirsinizsə onda məndə siniz bir qruplaşmanın üzvü olduğunu düşünürəm açığı. Amma şübhələr hələ dəlil demək deyil. Vikipediyada bitərəflik, müstəqil, asılı olmamaq, öz fikirini azad şəkildə ifadə etmək prinsiplərinə uyğun şəkildə fəaliyyət görtərmək mənim üçün önəmlidir. Bu bir prinsip məsələsidir. O ki qaldı Metada əgər söhbət Çeklidən gedirsə niyə bu cür qatmaqarışıq vəziyyət alınıb bilmirəm. Zərrə boyda məsələ şişirdilərək az viki üçün bir problem halına gətirilib. Çeklinin sərt idarəçi olduğunu düşünsəmdə bu onun idarəçilikdən kənarlaşdırılması kimi məsələyə haqq qazandırmıram. Düşünürəm Çekli bu məsələdə nisbədən səbrli davranmalı və bloklamanı ən son vastə olaraq istifadə etməlidir. Birdə hörmətli Sortilegus tərəfindən yazılan “Lokal vikilər daxili prinsiplərlə və lokal vikicəmiyyətlərin qərarları ilə idarə olunur.” ifadəsi ilə razıyam. Çünki bununla bağlı qarşıma ru vikidə çox dəlillər çıxıb. Birdə qruplaşmaları istəmiriksə niyə Qruplaşmalar əlehinə qaydaları tətbiq etmirik? Digər vikilərdə olmalıdır. Yoxdursa “Lokal vikilər daxili prinsiplərlə və lokal vikicəmiyyətlərin qərarları ilə idarə olunur.” prinsipinə uyğun olaraq qaydalarıə təşkil etməyək.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 10:46, 8 may 2019 (UTC)Cavabla
Salam hörmətli Qolcomaq, söhbəti öz üzərinizə götürməyinizi anlmadım. Mən heç bir fəaliyyəti olmayan Vüsal bəyin statusunun alınması zamanı baş tutmuş müzakirədə və Cekli üçün baş tutmuş müzakirələrdə ona açıq şəkildə dəstək olanları nəzərdə tutmuşdum. Əgər sizdə açıq şəkil bu idarəçilər qaydaları pozsalar belə onlara dəstək olacağam deyirsinizsə demək ki, doğru düşünmüsünüz. Mən sözümü Metada demişəm ki, əgər Ceklinin statusu alınmasa mən də bütün idarəçilərin statusunun alınmasına razı olacağam. Çünki biz öz problemlərimizi həll edə bilmiriksə, elə ən doğrusu Metanın bu məsələni həll etməsi olar. O zaman görərsiniz ki, kim həqiqətən azvikinin inkişafını düşünür, kim öz mənafeyini. @Qolcomaq, qeyd elədiyim hər sözü özünüzə götürməyin. Mən artıq burada uzun uzun mənasız müzakirələr aparmağa vaxtımı sərf etmək istəmirəm. Viki qaydalara uyğun müzakirə açılıb və bizdə nəticəsini gözləməliyik. Ama həqiqətən çox təəsüflər ki, bir idarəçiyə görə azviki çox böyük zərbə altına düşəcək, çox təəssüflər ki, bunu və həmin idarəçini hələ də dəstəkləyən idarəçilər var. --eldarado 11:03, 8 may 2019 (UTC)Cavabla
Vüsal bəyin fəaliyyətsizliyinə görə müzakirəni görmürəm axı. Yuxarıda söhbət indiki müzakirədən gedir. İdarəçi olmaq heç kimə maliyyə üstünlüyü qazandırmır ki, kimsə ondan bərk yapışsın. İdarəçilikdən çıxarılmağı böyük fəlakət hesab etmirəm. Amma az viki üçün qlobal idarəçiliyə verməyi bizim üçün aşağılıq hesab edirəm. Əgər Çekli məsələsi bir qoldusa, orada açılan digər absurtveriçi məsələlər onun onurğa sütününü təşkil edir. Bütün vikiçəmiyyətə müraciyyətim ondan ibarətdir ki, əgər pruplaşma varsa biz niyə onun əlehinə qayda tətbiq etməyək. Bu daha ədalətli olmazdımı?Q🅾⚓Ç🅾Ⓜ🅰Q 11:23, 8 may 2019 (UTC)Cavabla
Hörmətli dostlar! Burada Eldaradonun sevincək bu müzakirəni açmağı bariz görünür. Mənim adımı çəkməklə provokasiyaya çəkməyiniz heç də yaxşı iş deyil, Eldarado. O ki, qaldı Ceklinin blok qərarına sonuna qədər dəstəyəm. Baxmayaraq ki, sizin qruplaşma deyə nəzərdə tutduğunuz heç bir qrup mövcud deyil. Şəxsən mən nə Sortilegusla, nə Wertuose-la heç vaxt digər platformalarda kəlmə də kəsməmişəm. Sizin düşündüyünüz o xəyali qruplaşma yoxdur. Əsl qruplaşma ildə iki-üç dəfə hansısa idarəçini müzakirəyə çıxaran Eldarado və başqalarının qruplaşması ola bilər. Sizdən və 2-3 istifadəçidən başqa hər kəs başını aşağı salıb işini görür. Niyə bizi və özünüzü Metada biabır edirsiz? Niyə məhz eyni istifadəçilərlə Metada çıxış edilir? Axı buranın 10 minlərlə üzvü var? Məsələ aydındır. Əminəm ki, bir neçə müddət sonra mənimlə də bağlı müzakirə açacaqsız. Buna artıq sətiraltı Eldarado tərəfindən vurğular vurulur. Sizə bu provokativ işlərdə uğur arzu edirəm. Unutmayın ki, 5-10 il sonra da sizi bu şəkildə "vuracaqlar"--Vüsal Ağayev (müzakirə) 16:01, 8 may 2019 (UTC)Cavabla