Yadigarlı (Sulduz)
Naviqasiyaya keç
Axtarışa keç
Yadigarlı,Yeddiyarlı | |
---|---|
fars. يادگارلو | |
37°02′23″ şm. e. 45°31′40″ ş. u. | |
Ölkə | İran |
Tarixi və coğrafiyası | |
İlk məlumat | Sulduz bölgəsinin görməli kəndlərindən biri |
Əvvəlki adları | Yeddiyarlı,Yeddiyar |
Əhalisi | |
Əhalisi | 607 nəfər (2006) |
Milli tərkibi | Azərbaycan türkləri |
Dini tərkibi | Şiə müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98044 |
Yadigarlı (fars. يادگارلو) — (azərb. Yeddiyarlı) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Əhalisi[redaktə | mənbəni redaktə et]
2006-cı il məlumatına görə kənddə 607 nəfər[1] yaşayır (137 ailə). Kənddə yaşayanların 100 % azərbaycanlılardır, ancaq bu kənddə azərbaycan türklərinin iki boyu yaşamaqdadır:
- — Avşarlar (Əfşarlar): Avşarlar bu kəndi səfəvilər çağında düzəldiblər və bu kənd keçmişdə Sulduz düzənliyinin başqa yerləri kimin onların məskəni imiş.
- — Qarapapaqlar (Tərəkəmələr): Ancaq sonradan azərbaycan hökmdarı olan Abbasmirzə Qacar, borçalıdan qarapapaqları Sulduza gətirərək burada məskunlaşdırdı.
İndilikdə bu kənddə avşarlar və qarapapaqlar yaşamaqdadırlar. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, quşçuluq, ovçuluq, balıqçılıq və mal-qara saxlamaqdır. Habelə bu kəndin yaxınlığında Yeddiyarlı gölü yerləşir ki, minlərcə quş və balığın yaşayış yeridir və buraya çox gözəl görünüş verir.
Din[redaktə | mənbəni redaktə et]
Kənddə İmamzadə Əhməd, İmamzadə Seyyid Bəyim və İmamzadə Mir Heydər türbələri var.[2]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
- ↑ "Viki Əhli Beyt". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.