Tanər Akçam
Altuğ Tanər Akçam (23 oktyabr 1953, Ərdahan, Türkiyə) – türk-alman tarixçi və sosioloq. O, Erməni soyqırımın məsələsini açıq müzakirəyə çıxaran ilk türk alimlərindən biri olmaqla, həmin mövzuda “qabaqcıl beynəlxalq nüfuz”a malikdir.
Akçam türk və erməni tərəflərinin soyqırım haqqında məlumatlarını uyğunlaşdırmağı, milli stereotiplərin dəstəklənməsi üçün istifadə etməyi təklif edir: “Biz məsələni yenidən analiz və hər iki cəmiyyəti analizimizin mərkəzinə qoymalıyıq. Bu paradiqma dəyişikliyi hər iki cəmiyyətin bir-birinə alışması və bir-birini öyrətməsi üçün yeni mədəni mühitin formalaşdırılmasına imkan verəcək." .
== Həyatı ==
Akçam Türkiyənin Ardahan ilinin Ölçək kəndində Dursun və Pəriham Akçamların ailəsində anadan olub. 1976-cı ildə Ankarada yerləşən Orta Doğu Teknik Universitetini bitirib. 1974-cü ildə Türkiyənin Kiprə ordu çıxarması əməliyyatının əlehinə keçirilən tələbə hərəkatında iştirak etdiyinə görə həbs edilib. 1975-ci ildə şəhərdə elanlar və plakatlar yaydığına görə həbs edilib (Akçam qeyd edir ki, “o zaman, əlində indi Milli Təhlükəsizlik İşləri Üzrə Dərnək Müdürlüyü adlanan qurumdan icazə olmasına baxmayaraq həbs edilmiş və 3-5 gün ərzində polis şöbəsində saxlanmışdır.) Bakalavrı bitirib, həmin universitetdə aspirant təhsili aldığı dövrdə, 9 mart 1976-cı ildə kürd azlıqlarla bağlı jurnalın nəşrində iştirak etdiyinə görə həbs edilib. “Devirimci Gençlik” (İnqlabçı Gənclik) “Devirimci Yol” (İnqlabçı Yol) adlı radikal təşkilatın nəşri idi. Akçam qeyd edir ki, onunla bir yerdə təhsil alanların hamısı həbs olunmaqdan qorxduqlarına görə, qəzetlə işləməkdən imtina etdikləri halda, o, redaktor vəzifəsində işləməyə razılaşmışdı.