Akçabük (türk. Akçabük) — Türkiyənin Sinop ilinin Türkeli ilçəsində yerləşən kənd.
Akçabük | |
---|---|
41°54′02″ şm. e. 34°24′42″ ş. u. | |
Ölkə | Türkiyə |
Rayon | [[Sinop ili]] |
Əhalisi | |
Əhalisi | 706[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 57900 |
Akçabük kəndinin məlum olan ən qədim adı "Makdil" olub indiki Marbel məhəlləsindən almışdır. Daha sonrakı adı "Yervi" olub Yervi məhəlləsindən götürmüşdür. Bu adlar romalılardan qalmışdır. Son adı "Akçabük"ü isə indiki Sancaqoğlu məhəlləsinin keçmiş adı "Bayaz" adından almışdır. "Bayaz" fars sözü olub "ağ, axça" deməkdir. "Bük" isə ağacsız yer mənasını verir.
Əhalinin başlıca gəlir mənbəyi heyvandarlıq və əkinçilikdir. Qışda yanacaq kimi odundan istifadə olunur.[2] Kənddə 5 avtobus, 30 avtomobil, 4 yük maşını, 10 traktor vardır. Burada 3 ibtidai məktəb, 1 sağlamlıq evi, 1 dəyirman, 1 karxana, 1 məscid, 4 ibadətxana yerləşir.[2]
Məktəblərində 137 şagir təhsil almaqdadır. Kəndin əsas problemi işsizlik, köç və gəlir çatışmazlığıdır.
Sinop ilinin mərkəzindən 96 km, Türkeli ilçəsinin mərkəzindən 14 km uzaqlıqdadır. Dəniz səviyyəsindən 300 metr yüksəklikdədir.[2]
Kəndin iqliminə Qara dəniz iqlimi hakimdir.
2012-ci ilin məlumatına əsasən kəndin əhalisi 706 nəfərdir.
İl | Əhali[2] | Kişi | Qadın |
---|---|---|---|
2012 | 706 | 351 | 355 |
2011 | 740 | 367 | 373 |
2000 | 879 | 488 | 391 |
1990 | 890 | 507 | 383 |
1985 | 842 | 453 | 389 |