Boris Qelfand
Boris Abramoviç Gelfand (24 iyun 1968) — SSRİ və İsrail şahmatçısı, qrosmeyster. 6 dəfə dünya çempionluğuna namizəd (1991, 1994-1995, 2002, 2007, 2011, 2013), 2009-cu ildə "Şahmat Dünya Kuboku"nun və 2011-ci ildə Dünya Şahmat Namizədlər Turnirinin qalibi olub. Bunlar onu 2012-də Dünya Çempionluğuna iddiaçı edir. Vişvanatan Anandla oyunlar 6-6 nəticələnir. Qelfand həlledici sürətli (rapid) taybreakdə 3-1 uduzur.
Qelfand 11-ci Şahmat Olimpiadasında iştirak edib və 1990 yanvarından bu yana FİDE-nin reytinq siyahısında top 25 oyunçu arasındadır .
== Erkən illər ==
Boris Gelfand 24 iyub 1968-ci ildə Minskdə, Belarusiya SSR-də anadan olub. Valideynləri- Abram və Nella mühəndis olublar. Atası 5 yaşı olanda ona Averbakh və Beilin-nin Şahmat krallığına səyahət (Journey to the Chess Kingdom) kitabını aldı.
Onun ilk məşqiçisi 1974-dən 1979-a kimi Eduard Zelkind olub.