Fibi Rayan
Fibi Holidey Rayan (ing. Phoebe Holiday Ryan, 21 sentyabr 1990, Texas) — Amerika müğənnisi, mahnı-müəllifi. 2015-ci ildə o, R. Kellinin "Ignition" və Miqelin "Do You" mahnılarına meşaplar etdi və özünün adını daşıyan mini-albomdan "Mine" adlı sinqlını yayımladı. Elə həmin il o, Columbia Records ilə müqavilə imzaladı.Mahnı müəllifi kimi o, Britni Spirs, Oh Honey, Zara Larsson, Melani Martines və Bea Miller kimi sənətçilər üçün mahnılar yazıb və The Knocks, Tritonal, Skizzy Mars və The Chainsmokers üçün mahnılar ifa edib.
== Həyatı ==
Rayan Nyu-Cersi ştatının Red Bank şəhərində böyüyüb, Nyu-York Universitetindəki Kliv Devis Musiqi İnstitutunda oxumuş və burada mühəndislik, prodüserlik və biznes təhsili alıb. Hər ikisini etməyə qərar verməzdən əvvəl mahnı yazarlığı və ya sənətçi olmaq arasında qaldı.