Acrididae
Əsl çəyirtkələr və ya çəyirtkələr (lat. Acrididae) — çəyirtkəkimilər (lat. Acridoidea) fəsiləüstünə aid sürü halında yaşayan cücü fəsiləsi. Cənubi Avropa, Cənubi və Şərqi Asiya, Afrika, Cənubi və Şimali Amerika və Avstraliyada yayılmışdır. Dünyada 10.000, Azərbaycanda 125-dən çox növü var. Kütləvi çoxalma zamanı çəyirtkələr toplaşıb kuliqalar (sürfələrin topası), yaxud sürülər (yetkin çəyirtkələrin toplanması) əmələ gətirirlər. Çəyirtkələrin qəflətən kütləvi uçuşu kənd təsərrüfatı bitkilərinə (taxıllar, pambıq və s.) üçün xüsusilə təhlükəlidir. Qida axtaran kuliqalar keçdikləri yerlərdə bütün yaşıllıqları məhv edir. Sürfələri və yetkin çəyirtkələr bitkinin yarpağını, gövdəsini, sünbülünü, meyvəsini və s. yeyir.