Acrididae

Əsl çəyirtkələr və ya çəyirtkələr (lat. Acrididae) — çəyirtkəkimilər (lat. Acridoidea) fəsiləüstünə aid sürü halında yaşayan cücü fəsiləsi. Cənubi Avropa, Cənubi və Şərqi Asiya, Afrika, CənubiŞimali AmerikaAvstraliyada yayılmışdır. Dünyada 10.000, Azərbaycanda 125-dən çox növü var. Kütləvi çoxalma zamanı çəyirtkələr toplaşıb kuliqalar (sürfələrin topası), yaxud sürülər (yetkin çəyirtkələrin toplanması) əmələ gətirirlər. Çəyirtkələrin qəflətən kütləvi uçuşu kənd təsərrüfatı bitkilərinə (taxıllar, pambıq və s.) üçün xüsusilə təhlükəlidir. Qida axtaran kuliqalar keçdikləri yerlərdə bütün yaşıllıqları məhv edir. Sürfələri və yetkin çəyirtkələr bitkinin yarpağını, gövdəsini, sünbülünü, meyvəsini və s. yeyir. Bəzən çəyirtkə sürüsünün ağırlığından ağaclar və kollar sınır. Hər fərd ömrü boyu 300 q-dək yaşıl kütlə yeyir. Gün ərzində sürfələr 20–30 dəfə qidalanır. Kütləvi çoxalma dövründə fərdlərin sayı 1 m2-də bir neçə yüzə və hətta minə çatır. Çəyirtkələrin verdiyi zərər bəlaya, fəlakətə çevrilə bilir.

Əsl çəyirtkələr
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Mübarizə tədbirləri: aldadıcı zəhərli yemlər, insektisidlərlə tozlandırma, çəyirtkələrin ocaqları olan xam torpaqlardan istifadə, səhraların və dincə qoyulmuş torpaqların şumlanması və s. Bu tədbirlər nəticəsində çəyirtkələrin yayıldığı bir sıra oçaqlar ləğv edilmişdir.

Yarımfəsilələri

[redaktə | mənbəni redaktə et]
  • Acridinae
  • Calliptaminae
  • Catantopinae
  • Copiocerinae
  • Coptacrinae
  • Cyrtacanthacridinae
  • Egnatiinae
  • Eremogryllinae
  • Euryphyminae
  • Eyprepocnemidinae
  • Gomphocerinae
  • Habrocneminae
  • Hemiacridinae
  • Leptysminae
  • Marelliinae
  • Melanoplinae
  • Oedipodinae
  • Ommatolampinae
  • Oxyinae
  • Pauliniinae
  • Podisminae
  • Proctolabinae
  • Rhytidochrotinae
  • Spathosterninae
  • Teratodinae
  • Tropidopolinae