Çəyirtkəkimilər (lat. Acridoidea) — düzqanadlılar dәstәsindәn cücü fәsilәüstü. Uzunluğu 9 sm-dir. Bığcıqları bәdәninin yarısından qısadır. Qanadı 2 cütdür, bəzən onlar inkişaf etmәmiş olur, yaxud da olmur. Arxa ayaqları sıçrayıcıdır. Yumurtaqoyanı qısadır. Yumurtanı torpağa, bəzən də bitki toxumalarına topalarla qoyur və köpüklü maye ilə bürüyür. Bu maye quruyur və möhkəm kapsula (yumurta kisəsi) əmələ gətirir. Sürfələr yazda çıxır və 1-1,5 aya inkişaf edir; 4-7 dəfə qabıq qoyur. Dünyada 20 mindən artıq, Azərbaycanda 150-dən çox növü var. Çəyirtkəkimilərin hamısı bitkiyeyəndirlər. Çoxu, əsasən, sürü ilə yaşayan Çəyirtkəkimilər, həmçinin Sibir çəyirtkəsi, tündqanad çəyirtkə, atbasar və s. kənd təsərrüfatına böyük zərər verirlər. Bir sıra ölkədə çəyirtkə əleyhinə iri elmi və elm-istehsalat mərkəzləri yaradılmışdır.
Çəyirtkəkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Koqorta: Ranqsız: Maqndəstə: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: İnfradəstə: Qeyri-rəsmi qrup: Fəsiləüstü: Çəyirtkəkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|