antroponimiya
antroponozlar
OBASTAN VİKİ
Antroponozlar
Antroponozlar (antropo...+ yun. νόσος – xəstəlik) – yalnız insanların tutulduğu yoluxucu xəstəliklər. Antroponozlar bağırsaq (qarın yatalağı, dizenteriya, vəba), damcı (aerozollarla ötürülən; difteriya, skarlatina, göyös kürək, qızılca, qrip), qan (malyariya), dəri örtüyü infeksiyalarına (cüzam) bölünür. Bütün Antroponozlarda ətraf mühiti xəstəlik törədiciləri ilə yoluxduran yeganə mənbə insandır.

Digər lüğətlərdə