Antroponozlar

Antroponozlar (antropo...+ yun. νόσος – xəstəlik) – yalnız insanların tutulduğu yoluxucu xəstəliklər. Antroponozlar bağırsaq (qarın yatalağı, dizenteriya, vəba), damcı (aerozollarla ötürülən; difteriya, skarlatina, göyös kürək, qızılca, qrip), qan (malyariya), dəri örtüyü infeksiyalarına (cüzam) bölünür. Bütün Antroponozlarda ətraf mühiti xəstəlik törədiciləri ilə yoluxduran yeganə mənbə insandır. [1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 563. ISBN 978-9952-441-02-4.