armağan
armaturçu
OBASTAN VİKİ
Armatur
Armatur (boru) — Boru xətlərində işçi mühitin tənzimlənməsinə xidmət edir. Armatur (tikinti) — Tikintidə istifadə olunan dəmir-beton materilının əsas tərkib hissəsdir.
Armatur (boru)
Armatur boru və boru şəbəkələrini kəsmək, tənzimləmək və qapamaq üçün tətbiq edilən qurğudur. Armaturlar (latınca "silahlanmış") texnikada çox geniş tətbiq sahəsinə malikdir. Burada boru xətlərində tətbiq olunan bütün avadanlıqlar nəzərdə tutulur. Ona qoyulan əsas tələbat material axınının tənzimlənməsidir. Bu, müxtəlif armatur növləri ilə yerinə yetirilir. Armaturlar arasında tipik fərq drosselin və ya qapayıcı elementin borunun en kəsiyinə və axına görə vəziyyəti ilə müəyyən olunur. Müxtəlif konstruksiyalardan, tətbiq sahələrindən, drosselin formasından, kipləşdirmə formasından və axan mayenin növündən asılı olaraq çoxlu sayda armatur növləri yaradılmışdır. Ventil qrupuna bağlayıcı, təhlükəsizlik, əks-əlaqə və buraxıcı ventillər aiddirlər. Konus və kipləşdirici hissələrin formaları mayedəki təzyiq fərqindən və tənzimləmə xassələrindən asılı olaraq təyin olunurlar. Klapanlar bağlayıcı, tənzimləyici və təhlükəsizliyi təmin edən olurlar.
Armatur (tikinti)
Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir. Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir. Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə. Təyinatına görə armaturları bölürlər: işçi armaturalar (en kəsiyi hesablanır, əsas yükün götürülüməsinə xidmət edir, konstruktiv (en kəsiyi armatural örtülmənin ən kiçik faizinə əsasən tapılır, sıxılma və genişlənmə, həmçinin temperaturdan yaranan *deformasiyaları öz üzərinə götürür), yığım (işçi zonaları birləşdirmək üçün tətbiq olunurlar), lövbər Armaturlar konstruksiyasına görə bölünürlər: eninə olan armaturlar- dayaq yaxınlığında cəmlənən gərginlikdın yarana biləcək maili çatların qarşısını almağa xidmət edir və betonu ensiz zonalarda əlaqələndirir. uzununa olan armaturlar - konstruksiyalarda dartılmada yaranan gərginliyi qəbul edir və şaquli çatların yaranmasının qarşısını alır. Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar: əyiləbilən armaturlar, sərt armaturlar. Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr. Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir: Betona armaturun mexaniki birləşməsi sayəsində betonun əzilməyə və kəsilməyə müqaviməti artr.

Digər lüğətlərdə