arxeoloq-türkoloq

arxeoloq-türkoloq
arxeoloq-etnoqraf
arxeoloqluq
OBASTAN VİKİ
Arxeoloq
Arxeologiya (yun. arxayos — qədim, loqos — bilik "köhnə haqqında bilik") deməkdir. Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir. İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır və tarixin digər tədqiqat obyektlərindən, o cümlədən yazılı mənbələrdən öz spesifikliyi ilə fərqlənir. Arxeoloji mənbələr. Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsusi qrupa aid edilir və aşağıdakı növlərə bölünür: Əmək alətləri Silahlar Məişət əşyaları Dini-inanc xarakterli əşyalar Bəzək əşyaları Arxeoloji abidələrə qədim yaşayış məskənləri, qəbirlər, qayaüstü rəsmlər- petroqliflər aid edilir. == Azərbaycanda arxeologiyanın tarixi == Azərbaycan tarixinin öyrənilməsində, xalqın təşəkkülü və formalaşması prosesinin izlənilməsində arxeologiya elminin rolu son dərəcə böyükdür. Bəşər cəmiyyətinin bütün dövrlərinə aid zəngin abidələr diyarı olan Azərbaycan hələ kecən əsrdən dünyanın müxtəlif ixtisas sahiblərinin diqqətinin cəlb etmişdir.
Dmitri Vasilyev (türkoloq)
Dmitri Dmitriyeviç Vasilyev (rus. Дми́трий Дми́триевич Васи́льев; 11 oktyabr 1946, Moskva – 18 yanvar 2021, Moskva) — görkəmli rus türkoloqu və şərqşünası, tarix elmləri namizədi, Rusiya İctimai Elmlər Universitetinin professoru, Rusiya EA Şərqşünaslar Cəmiyyətinin vitse-prezidenti, Rusiya EA-nın müxbir üzvü, Tıva Respublikasının Əməkdar Elm xadimi, Atatürk Dil -Tarix Qurumunun fəxri üzvü == Bioqrafiya == Dmitri Dmitriyeviç Vasilyev 11 oktyabr 1946-cı ildə anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şərq dilləri fakültəsini bitirmişdir. 1983-cü ildə “Asiya bölgəsinin türk runik yazısı abidələrinin paleoqrafik sistemləşdirilməsi” («Палеографическая систематизация памятников тюркской рунической письменности азиатского ареала») mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi adını almışdır. O, uzun müddət Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Şərq tarixi bölümünün başqanı kimi fəaliyyət göstərmişdir. 1995-ci ildə YUNESKO Beynəlxalq İnstitutu Elmi Şurasının Orta Asiyanın öyrənilməsi üzrə həmsədri seçilmişdir. 1996-cı ildə Rusiya-Türkiyə Tarixçiləri Komissiyasının məsul katibi seçilmişdir. O, həmçinin Rusiya İctimai Elmlər Universitetində professoru kimi fəaliyyət göstərmiş, burada Rus-Türk Təhsil və Araşdırma Mərkəzinin müdiri olmuşdur. Dmitri Vasilyev 18 yanvar 2021-ci ildə Moskvada koronavirus xəstəliyindən vəfat etmişdir. == Yaradıcılığı == Dmitri Vasilyev türkoloq və Orta Asiyanın köçəri türk xalqlarının tarixinin öyrənilməsində görkəmli mütəxəssis kimi tanınmışdır.
Elçin İbrahimov (türkoloq)
Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018), Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020). == Həyatı == Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir. 2016-2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 2018-2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.
Tofiq Hacıyev (türkoloq)
Tofiq İsmayıl oğlu Hacıyev (1 may 1936, Soltanlı, Cəbrayıl rayonu – 27 noyabr 2015, Bakı) — Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (?—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (?—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014), Azərbaycan Respublikasının maarif naziri (1993). == Həyatı == Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub. == Elmi fəaliyyəti == Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib.
Zemfira Əliyeva (türkoloq)
Əliyeva Zemfira Musa qızı (6 iyun 1950, Ucar rayonu)— azərbaycanlı dilçi-alim, türkoloq, filologiya elmləri doktoru. == Həyatı == Əliyeva Zemfira Musa qızı 1950-ci ildə 6 iyunda Ucar rayonunda anadan olub. 1967-ci ildə Bakı şəhərindəki 190 № li məktəbi bitirmişdir. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1973–1979-cu illərdə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri komitəsində redaktor və tərcüməçi işləyib. 1985-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirib. 1982-ci ildən 1992-ci ilə qədər Bakı Dövlət Universitetinin rus dilçiliyi kafedrasında müəllim işləyib. 1990-cı ildə "Развитие семантики качественных прилагательных в русском литературном языкe XVIII–XIX вв." mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1995-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasını bitirib. 1995-ci ildən bu günə qədər AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzəri və tətbiqi dilçilik şöbəsində çalışır.
Arif Məmmədov (arxeoloq)
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Nəsib Muxtarov (arxeoloq)
Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. == Həyatı == Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində əyani ali təhsil alır. Bundan sonra Şəkidəki R.b.Əfəndiyev adına Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra bu muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyir. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir). Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işini yaxından izləmiş və bu iş onun üçün o qədər maraqlı görünmüşdür ki, bundan sonra həyatını arxeologiyaya həsr etməyə qərar vermişdir. O, 1990-cı ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisidir. Onun iştirakı, yaxud rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiyalar Respublikanın şimal-qərb bölgəsində çoxlu sayda arxeoloji qazıntı işləri həyata keçirmiş və keçirməkdədirlər. 2015-ci il 17 apreldə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində Nəsib Muxtarov diplom və pul mükafatı ilə təltif olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şəkillər: 1, 2, 3.
Ələsgər Ələkbərov, arxeoloq
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. == Həyat və fəaliyyəti == Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.
Ələsgər Ələkbərov (arxeoloq)

Firuzə Muradova (arxeoloq)
Firuzə Məmmədrza qızı Muradova (19 noyabr 1934, Bakı – 16 yanvar 2024) — tarix üzrə fəlsəfə doktoru, Azərbaycanın ilk qadın arxeoloqlarından biri. == Həyatı == Firuzə Muradova 1934-cü il noyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1958-ci ildə universiteti bitirərək AMEA Tarix İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1965-ci ildən Qobustan ərazisində arxeoloji tədqiqatlar aparan Firuzə xanım 1974-cü ildə "Qobustan tunc dövründə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə işıq üzü görən "Qobustan Tunc dövründə" monoqrafiyası arxeoloqlar tərəfindən yüksək qiymətləndirilib. F. Muradova Qobustanın maddi-mədəniyyəti problemi üzrə tədqiqatlarını davam etdirərək ərazinin üst paleolitdən orta əsrlər dövrünədək aktual məsələlərini tədqiq edib. Üç kitab və 100-dən artıq məqalənin müəllifidir. 16 yanvar 2024-cü il tarixində vəfat edib.
Dmitri Dmitriyeviç Vasilyev (türkoloq)