Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018)[1], Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020)[1].
Elçin İbrahimov | |
---|---|
Elçin Əli oğlu İbrahimov | |
Doğum tarixi | |
Doğum yeri | Nehrəm kəndi, Babək rayonu, Naxçıvan Muxtar Respublikası, |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | Türkologiya, |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | Dosent |
İş yeri | Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri |
Təhsili | Bakı Dövlət Universiteti |
Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-cı illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir[2].
2016–2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.[3]. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.[4]
2018–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir[5].
Elçin İbrahimov tərcümə və redaktə fəaliyyəti ilə də məşğul olur. 2019-cu ildə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkil etdiyi dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə seçim turlarında iştirak etmiş və seçim turlarını uğurla keçərək "Azərbaycan dilindən türk dilinə, Türk dilindən Azərbaycan dilinə" ictimai-siyasi sahələr üzrə tərcüməçi sertifikatı almışdır.[6] 2016–2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır[7].
2018–2022-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.
10 may 2022-ci ildə "Müstəqil türk dövlətlərində dil siyasəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10.02.2023-cü il tarixli qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
2022-ci ildən Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri kimi çalışır[8].
Elçin İbrahimovun redaktəsində və tərcüməsində bir çox kitab işıq üzü görmüşdür.
Elçin İbrahimovun "Türk dünyasında ortaq əlifba və ünsiyyət dili" adlı monoqrafiyasının təkmilləşdirilmiş və əlavələr edilmiş ikinci nəşri çapdan çıxıb.
Kitabın elmi redaktorları türkiyəli alim, görkəmli türkoloq, professor Şükrü Haluk Akalın və filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev, rəyçiləri filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəylidir.[9]
Kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX yüzilliyin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb. Türklər arasında ortaq ünsiyyət dilinin formalaşdırılması istiqamətində əlifba və orfoqrafiya problemləri elmi-nəzəri aspektdə tədqiq olunub. Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, ortaq ünsiyyət dili üçün imla məsələlərinin yenidən aktuallaşması kimi məsələlər öz əksini tapıb. Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndiyi bir vaxtda çap olunan bu araşdırma problemlər və perspektivləri aydın şəkildə ortaya qoyması baxımından son dərəcə əhəmiyyətlidir.[10]