Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Orxan
Orxan — kişi adı. Orxan Cabbarov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Allahverdiyev Orxan Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Qazi — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın və Malxun Xatunun oğlu. Orxan Məmmədov — Azərbaycan iqtisadçısı, KOBİA-nın İdarə Heyətinin sədri. Orxan Sultanov — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi.
I Orxan
I Orxan, Orxan Bəy və ya Orxan Qazi (osman. اورخان بك, türk. Orhan Gazi, I Orhan, Orhan Bey; 6 fevral 1281, Söğüt, Biləcik ili – mart 1362, Bursa) — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın oğlu. I Osmanın vəfat etməsindən sonra Orxan 1326-cı ildə bəyliyə sahib olmuşdur. I Orxan hakimiyyətə gələn zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. I Orxan hakimiyyəti ərzində imperiyanın ərazilərini 95.000 km² qədər genişləndirə bilmişdi. == Bəy olmadan öncəki həyatı və bəy olmağı == Doğum tarixi 1281-ci il olaraq göstərilsə də, bu tarixi 1274, 1279, 1287 olaraq da göstərən mənbələr də mövcuddur. Osmanoğullarının ən uzunömürlüsü hesab olunan Orxan bəyin uşaqlığı və gəncliyi haqqında məlumat yoxdur. Necə boya başa çatdığı, necə təhsil aldığı, hətta təhsili olub-olmaması bilinmir.
Mahmud Orxan
DJ Mahmut Orhan (11 yanvar 1993, Bursa) — Türkiyə DJ və prodüseri.
Orxan Abbasov
Orxan Abbasov (alim) — alim, dosent. Orxan Abbasov (əsgər) — əsgər, I Qarabağ müharibəsinin şəhidi.
Orxan Abdıyev
Orxan Habil oğlu Abdıyev (2 avqust 1995; Ağstafa rayonu, Azərbaycan — 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Abdıyev 1995-ci il avqustun 2-də Ağstafa rayonunun Pirili kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Abdıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Abdıyev oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Abdıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Abdıyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Abdıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Emnalıyev
Orxan Eyvaz oğlu Emnalıyev (5 noyabr 1994, Aşağı Mülkülü, Tovuz rayonu – 26 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Emnalıyev 1994-cü il noyabrın 5-də Tovuz rayonunun Aşağı Mülkülü kəndində anadan olub. 2001–2012-ci illərdə Aşağı Mülkülü kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Subay idi. == Hərbi xidməti == Orxan Emnalıyev 2017-ci ildə "leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2019-cu ildən xidmətini "baş leytenant" hərbi rütbəsi altında davam etdirirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Orxan Emnalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi savaşıb. Orxan Emnalıyevin idarə etdiyi tank oktyabrın 26-da Qubadlının azad edilməsi zamanı vurulub və o, qanitirmədən şəhid olub. Tovuz rayonunun Aşağı Mülkülü kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Emnalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Orxan Fikrətoğlu
Orxan Fikrətoğlu (Sadıqov Orxan Fikrət oğlu; 21 mart 1966, Bakı) — azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist,Əməkdar incəsənət xadimi. Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri (2023). == Həyatı == Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini, Mozalan Satirik Kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. On dörd bədii , üç publisitik kitabın müəllifidir. İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib.
Orxan Gəncəbay
Orxan Gəncəbay (4 avqust 1944, Samsun) — Türkiyə müğənni və aktyoru.
Orxan Hümbətov
Orxan Kazım oğlu Hümbətov (4 noyabr 1992; Kiş, Şəki rayonu, Azərbaycan — 2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. == Həyatı və hərbi xidməti == Orxan Hümbətov 1992-ci ilin 4 noyabr günündə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı gizir Orxan Hümbətov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Orxan Hümbətov 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Aprelin 5-i isə Orxan Hümbətov doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Hümbətov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Orxan Hümbətov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Orxan Hüseynov
Orxan Hüseynov (baş leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi. Orxan Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Orxan Həmidov
Orxan İbrahim oğlu Həmidov (29 mart 1980; Füzuli rayonu, Azərbaycan SSR – 2 aprel 2016; Lələ təpə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Orxan Həmidov 1980-ci ilin 29 mart günündə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. == Hərbi xidməti == Kiçik gizir Orxan Həmidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Orxan Həmidov doğulduğu Füzuli rayonunun Əhmədalılar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Həmidov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Orxan Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi. == Şəxsi həyatı == Ailəli idi, 2007 və 2009-cu il təvəllüdlü iki oğlu var. 2020-ci ildə Orxan Həmidovun övladları Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən himayəyə götürülüb.
Orxan Həsənov
Orxan Bəkir oğlu Həsənov (9 may 1991, Gəncə – 16 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Həsənov 1991-ci il mayın 9-da Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Orxan Həsənov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Orxan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Həsənov oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Həsənov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Hətəmov
Orxan Kamal
Orxan Kamal (türk. Orhan Kemal, 15 sentyabr 1914, Ceyhan, Adana ili – 2 iyun 1970, Sofiya) — türk yazıçısı və dramaturqu. Əsl adı Mehmet Reşid Öyüdçü olan Orxan Kamal türk ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, roman, hekayə, pyes, şeir kimi fərqli janrlarda bir çox əsərə imza atsa da daha çox romançı kimi tanınmışdır. İlk hekayələr kitabı “Çörək davası” (1949) və “Kiçik adamın qeydləri” sərlövhəsi altında nəşr etdirdiyi avtobioqrafik səpkili silsilə romanlarla məşhurluq qazanmışdır. Ədəbi həyatının ən qaynar dövrü 1960-cı illərə təsadüf edir. Adanada torpaq və fabrik işçilərinin dünyasını, İstanbuldakı məhəllələri, fabrik çevrələrini əsərlərində əks etdirmişdir. “Murtuz”, “Xanımın ciftliyi” , “72-ci hissə” adlı əsərləri müəllifin yaradıcılığının şedevri hesab olunur. Adana futbol klubunda futbol oynamışdır. Qolçu Rəşid adı ilə tanınmışdır.
Orxan Kazımov
Orxan Məmmədbağır oğlu Kazımov (rus. Орхан Мамедбагир Оглы Казимов; 28 mart 1989, Moskva, Rusiya SFSR, SSRİ) — hücumçu mövqeyində çıxış edən Azərbaycan əsilli Rusiya hokkeyçisi. Rusiyanın əməkdar idman ustası. 2015-ci ildə hokkey üzrə Rusiya yığmasının heyətində qış Surdolimpiya (eşitmə qabiliyyəti zəif olan insanların idman yarışları) oyunlarının qalibi olub. == Dövlət mükafatları == Rusiya Federasiyası prezidentinin Fəxri Fərmanı (8 aprel 2015-ci il) — Rusiya Federasiyasının və Rusiya idmanının nüfuzunun beynəlxalq səviyyədə artımına göstərdiyi xüsusi töhfələrə və XVIII qış Surdlolimpiya oyunlarında yüksək idman nailiyyətlərinə görə. Rusiyanın əməkdar idman ustası (2015) == İstinadlar == == Ədəbiyyat == Yeni sözlər və yeni mənalar lüğəti (PDF). Bakı: AMEA Nəsimi adına Dilçilik İnstitutu. 18 mart 2016. səh. 268.
Orxan Kərimli
Orxan Akif oğlu Kərimli (6 oktyabr 2001; Göyçay, Azərbaycan — 9 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinə (NDU) təhsil alırdı. Subay idi. == Hərbi xidməti == Orxan Kərimli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Orxan Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Kərimli oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Orxan Lalayev
Orxan Musa oglu Lalayev (d. 12 oktyabr 1991, Bakı, Azərbaycan) — Turan Futbol Klubunun mudafieçisi.Karyerasinda Revan ve icarə əsasinda Azal klubunda oynamiş futbolcu hal-hazirda karyerasini divizyon temsilçisi Tovuzun Turan klubunda davam etdirir.
Orxan Lökbatanlı
Orxan Lökbatanlı (9 sentyabr 1987, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == === Erkən illəri === Orxan Lökbatanlı 1985-ci il sentyabrın 9-da Azərbaycanın Bakı şəhərinin Qaradağ rayonunda anadan olub. === Populyarlıq qazanması === O, 2004-cü və 2008-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" və "Sözüm Var" meyxana yarışmasında iştirak edib.
Orxan Lətifli
Orxan Xancan oğlu Lətifli (19 iyul 1996; İsmayıllı rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Lətifli 1996-cı il iyulun 19-da İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 2014-2019-cu illərdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Lətifli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Lətifli noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Lətifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Lətifli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Lətifli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Mirzəyev
Orxan Mirzəyev (çavuş) (1993 – 2020) — Vətən müharibəsi şəhidi. Orxan Mirzəyev (əsgər) (2001 – 2020) — Vətən müharibəsi şəhidi.
Orxan Mönsümzadə
Orxan Səfiyar oğlu Mönsümzadə (17 sentyabr 1993; Ağdam rayonu, Azərbaycan — 28 sentyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Mönsümzadə 1993-cü il sentyabrın 17-də Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan Mönsümzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Topçu olan Orxan Mönsümzadə sentyabrın 28-də Ağdam istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mönsümzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Mönsümzadə ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Mürsəlov
Orxan Çingiz oğlu Mürsəlov (26 iyul 1986, Bryansk) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olmuşdur. O, 1993–2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil almışdır. Orxan Mürsəlov 2004–2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirmişdir. O, 2008–2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, 2010–2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi – marketinq ixtisası üzrə magistr dərəcəsi almışdır. == Siyasi fəaliyyəti == Orxan Mürsəlov 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Orxan Müstəcəbov
Orxan Ələsgər oğlu Müstəcəbov (d. 5 mart 1993; Qobustan rayonu, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Orxan Müstəcəbov 1993-cü ilin 5 mart günündə Qobustan rayonunun Bədəlli kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Orxan Müstəcəbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Orxan Müstəcəbov Qobustan rayonunun Yekəxana kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Müstəcəbov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Orxan Müstəcəbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Rəhman Orxan
Rəhman Orxan (24 iyul 1950, Qayabaşı, Nuxa rayonu – 2 fevral 2024) — SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı. == Həyatı == Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982–83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib. 2 fevral 2024-cü il tarixində vəfat edib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1967-ci ildə akademik Y. Məmmədəliyev adına Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb. 1971–1979-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan "Metallurq" qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə "Vışka" qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər "Vışka" qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib. Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra məqalələrlə respublika qəzetlərində çıxış edib. 1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin keçmiş SSRİ-nin Xəbərlər Mətbuat Agentliyi (XMA) və AzərTAC vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında, eləcə də Türkiyənin "Zaman" qəzetində çap olunub.
Orxan Məhərrəmov
Orxan Binət oğlu Məhərrəmov (25 avqust 1994, Sumqayıt, Azərbaycan — 6 oktyabr 2020, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Məhərrəmov 25 avqust 1994-cü idlə Sumqayıtda anadan olub. Əslən Marneuli rayonunun Qaçağan kəndindən idi. Evin kiçik övladı olan Orxan 2001–2010-cu illərdə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə doqquz illik təhsil alır. 2012-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində həqiqi hərbi xidmətə yola düşür. Gədəbəy rayonu İvanovka kəndində yerləşən N saylı hərbi hissədə xidmətə başlayır. 2014-cü ildə xidmətini başa vurmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Orxab Məhərrəmov Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. 6 oktyabr 2020-ci ildə Xocavənd rayonunda şəhid olmuşdur. II Şəhidlər Xiyabanı 'nda dəfn edilib.
Orxan Seyfi Orxon
Orxan Seyfi Orxon (türk. Orhan Seyfi Orhon; d. 23 oktyabr 1890, İstanbul - ö. 22 avqust 1972, İstanbul) — türkiyəli şair, jurnalist, yazıçı, naşir, siyasətçi. Türk ədəbiyyatı tarixinə "Beş Hecaçılar" olaraq keçmiş ədəbi cərəyanın şairlərindən biridir. İyirmidən çox şeirinə müxtəlif bəstəkarlar tərəfindən musiqi bəstələnib. "Akbaba" yumoristik jurnalının və "Çinaraltı" fikir və sənət jurnalı daxil olmaqla, bir çox jurnalların naşiridir. == Həyatı == Orxan Seyfi Orxon 1890-cı ildə İstanbul, Çengelköydə anadan olub. Orta təhsilini 1905-ci ildə Beylerbeyi Rüşdiyesi və 1909-cu ildə Mercan İdadisinde aldı. Təhsil aldığı müddətdə şeirlə maraqlanırdı.