Orxan Çingiz oğlu Mürsəlov (26 iyul 1986, Bryansk) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı.[1]
Orxan Mürsəlov | |
---|---|
Vəzifədədir | |
11 avqust 2022-ci ildən | |
Əvvəlki | İbrahim Mustafayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyul 1986 (38 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olmuşdur. O, 1993–2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil almışdır. Orxan Mürsəlov 2004–2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirmişdir. O, 2008–2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, 2010–2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi – marketinq ixtisası üzrə magistr dərəcəsi almışdır.
Orxan Mürsəlov 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.[2] O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[1]