Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şabadin
Şabadin (hal-hazırkı adı: Eğek və yaxud Yeğek erm. Եղեգ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi inzibati-ərazi vahidi tərkibində yerləşən kənd. Tarixən Ecanan Şabadini adı ilə də tanınan kənd 1988-ci ilin noyabr ayına kimi azərbaycanlılar yaşayan kənd olub. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidi tərkibində olmuş kənd Qafan şəhərindən 13 km şimal-şərqdə, Qafan-Gorus yolunun sol tərəfində, meşəlik ərazidə yerləşir. == Tarixi == Qafan ərazisində tarixən iki Şabadin kəndi olub: Oxçu Şabadini və Ecanan Şabadini. 1886-cı il kameral siyahıyaalınmasına əsasən Yelizavetpol quberniyası, Zəngəzur qəzasının III şöbəsinin Arçevanik kənd icması tərkibinə daxil olan Şabadin-Eqink (rus. Шабадин-Егинкъ) kimi göstərilən Ecanan Şabadini kəndində 48 evdə şiə etiqadlı Azərbaycan tatarlarından ibarət 261 nəfər (147 nəfəri kişi, 114 nəfəri qadın) əhali yaşayırdı. 1988-ci ilə kimi azərbaycanlılar yaşayan kənddə hal-hazırda ermənilər yaşayır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır. === Oxçu Şabadini === Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı olmuşdurş.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.
Rabadan Nurov
Rabadan Nurov (1889, Dağıstan vilayəti – 1942) — Dargin şairi və dramaturqu, Dargin sovet ədəbiyyatının banilərindən biri. 1934-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvü. == Bioqrafiya == Rabadan Nurov 1889-cu ildə Sanamaxı kəndində (indiki Dağıstanın Levaşi rayonunda) kəndli ailəsində anadan olmuşdur. Mədrəsədə təhsil almışdır. Gəncliyində Maykopdakı neft yataqlarında çalışır və burada bir gizli təşkilatın üzvü olur. 1914-1917-ci illərdə tətildə iştirak etdiyi üçün həbsxanaya salınır. Oktyabr inqilabından sonra Maykopa qayıdır. Əvvəlcə Sovetlər İcraiyyə Komitəsinin üzvü, sonra isə nümayəndəsi seçilir. 1918-ci ildə Rabadan Nurov Dağıstana qayıdır. Dağıstanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizədə fəal iştirak edir.
Abadan şəhristanı
Abadan şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 275,126 nəfər və 58,870 ailədən ibarət idi.
Yavuz Abadan
Yavuz Abadan (18 aprel 1905, Əskişəhər – 30 iyun 1967, Ankara) — Türkiyə vəkili, siyasətçisi və yazıçısı. İctimai hüquq və siyasi elmlər sahəsində çalışmış və 1952–1954-cü illər arasında Siyasi Elmlər Fakültəsinin dekanı vəzifəsində çalışmış bir akademikdir. VII. Türkiyə Böyük Millət Məclisində bir müddət Əskişəhər Millət vəkili olaraq vəzifə icra etmişdir. Akademik Nərmin Abadan Unatın həyat yoldaşıdır. == Həyatı == Yavuz Abadan 18 aprel 1905-ci ildə Krımda anadan olmuşdur (Bəzi mənbələrə görə, Əskişəhər). 1929-cu ildə İstanbul Darülfünun Hüquq Fakültəsini bitirmişdir. Doktoranturanı Almaniyadakı Heydelberq Universitetində etdi . İstanbulun müxtəlif məktəblərində türk və tarix dərsləri verdi. Akademik karyerasına İstanbul Universiteti Hüquq Fakültəsində davam etmişdir. 1942-ci ildə professor dərəcəsinə yüksəldi.
Abadan Beynəlxalq Hava Limanı
Abadan Beynəlxalq Hava Limanı (IATA: ABD, ICAO: OIAA) İranın Abadan şəhərindən 12 kilometr məsafədə yerləşən beynəlxalq hava limanıdır.
Hacıqabul-Astara-Abadan qaz kəməri
Hacıqabul-Astara-Abadan Azərbaycanın Hacıqabul rayonundan İrana doğru uzanan təbii qaz kəməri. == Tarixi == Qaz kəmərinin təməlinin atılması barədə 1965-ci ildə SSRİ və İran arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Layihənin açılışı 1970-ci ildə Astarada İran şahı Məhəmməd Rza Pəhləvi və həmin vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri funksiyasını icra edən Nikolay Podqornı olmuşdur. 1971–79 illəri aralığında Cənubi Qafqaz ölkələri bu kəmər vasitəsilə Irandan gələn təbii qaz ehtiyatı ilə təmin olunmuşdur. Sonradan İranda baş verən İslam İnqilabı SSRİ ilə əməkdaşlığın sonuna, dolayısı ilə layihənin ləğvinə gətirib çıxarmışdır. 2006-cı ildə Azərbaycan və İran tərəfi arasında gerçəkləşmiş qarşılıqlı anlaşmaya əsasən Azərbaycan İranı Bakı-Astara istiqaməti üzrə qazla təmin etməyi öhdəliyinə götürmüş, İran isə öz növbəsində Naxçıvan Muxtar Respublikasını qazla təmin etməyi qəbul etmişdir. 2011-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İran Milli Neft-Qaz Səhmdarlığı arasında bağlanan memorandumda 2010-cu ildən etibarən Azərbaycanın qarşı tərəfə 500 milyon kub metr illik qaz hasilatı etməsi göstərilmişdir. == Texniki xüsusiyyətləri == Qaz kəmərinin ümumi uzunluğu 1474.5 km-dir. Bəhsi keçən diapazonun 296.5 km-i Azərbaycanın payına düşür. Kəmərin ümumi diametri 1020 mm-dir və standard fəaliyyət rejimində hər il 10 milyon kub metr qaz hasilatı gücünə sahibdir.
Qazı Məmməd-Astara-Abadan (qaz kəməri)

Qazı Məmməd-Astara-Abadan qaz kəməri

Sazbaday
Sazbaday — Yuxarı Qarabağda yer adı. == Toponimikası == Türk dillərində saz “qamışlıq“ sözündəndir.Bu adın baday hissəsi Orta əsrlərdə İrəvan əyalətində Badalı, XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt, həmin əyalətli Kızıl. Yar dairəsində Bata-Yurt.Yelizavetpol (Gəncə) quberniyasında Badaçay, Badakənd, Naxçıvanda Bata-Bat, Qazax qəzasında Bayta qışlaq, Gürcüstanda Borçalı bölgəsində Boytalı və s. toponimləri ilə eynidir. “Kitabi Dədə Qorqud“ da Saz yer adı ilə mənaca eynidir.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Sipadan adası
Mabul adası (malay Pulau Sipadan) — Sulavesi dənizində, Malay arxipelaqının tərkib hissəsini təşkil edən Malayziyaya məxsus ada. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Sönmüş vulkanın konusunu təşkil edir. Adanın sahəsi 0,13 km² təşkil edir. == Canlılar aləmi == Ada ətrafı sularda dəniz tısbağaları, müxtəlif növ balıqlar və köpək balıqlarını müşahidə etmək olar. Adanın özündə isə varanlara rast gəlinir. == Turizm == Mabul və Kapalay adaları ilə birlikdə Malayziyanın dayvinq və snorkelinq həvəskarları üçün əlverişli bölgələrdəndir. Sipadan bir milli parkdır. Hər gün adaya 120 nəfər turist gələ bilir. Bir günlük gediş haqqı 40 pinqitdir.