Abadan (fars. آبادان) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir.[5]
Abadan | |
---|---|
آبادان | |
30°20′21″ şm. e. 48°18′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 6 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 631 |
Digər | |
abadan.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi. 1980-ci ildə İran-İraq müharibəsi zamanı bu şəhərin ərazisində döyüşlər baş vermişdi. Abadanın yaxınlığında Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayı böyük neft yataqları ilə zəngindir. İraq bu çayın iri liman şəhərləri Xürrəmşəhr və Abadanın yerləşdiyi şərq sahillərinə iddia edirdi. İran isə sərhəddin talveq xətti, yəni çay yatağının orta xətti boyunca çəkilməsinin tərəfdarı idi.