Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Giffen əmtəəsi
Giffen əmtəələri (ing. giffen good) — iqtisadiyyat və istehlakçı seçimi nəzəriyyəsində insanların qiyməti artıqca istehlakını artırdığı bir əmtəə növü. Hansı ki, bu tələb qanunun əksidir. Tələb qanuna əsasən bir əmtəənin qiyməti artıqda onun istehlak miqdarı azalmalıdır. == Tarix == Bu anlayış Şotlandiyalı iqtisadçı Robert Qiffenin adı ilə bağlıdır. İrlandiyada aclıq(qıtlıq) zamanı o bu paradoksu müşahidə etmişdir.O kartofun qiymətinin qalxmasına baxmayaraq insanların kartof istehlakını artırdığını müşahidə etmişdir. == Fərziyyələri == Bir əmtəənin qiffen əmtəəsi ola bilməsi üçün müəyyən fərziyyələr vardır ki, onlar ödəndikdə əmtəə qiffen əmtəəsi olur. Yəni əmtəələr şəraitə görə qiffen əmtəələrinə çevrilirlər. Bu fərziyyələrdə aşağıdakılardır : Əmtəə keyfiyyətsiz əmtəə olmalıdır Əmtəə istehlakçının büdcəsində əhəmiyyətli Əmtəənin yaxın əvəzləyicisi olmamalıdır Əmtəənin istehlakçıları orta və aşağı gəlir səviyyəlilərdir Belə bir şəraitdə İrlandiyada kartofun qiyməti qalxsada ona olan tələb miqdarı artırdı.