Giffen əmtəəsi

Giffen əmtəələri (ing. giffen good) — iqtisadiyyat və istehlakçı seçimi nəzəriyyəsində insanların qiyməti artıqca istehlakını artırdığı bir əmtəə növü. Hansı ki, bu tələb qanunun əksidir. Tələb qanuna əsasən bir əmtəənin qiyməti artıqda onun istehlak miqdarı azalmalıdır.[1]

Bu anlayış Şotlandiyalı iqtisadçı Robert Qiffenin adı ilə bağlıdır. İrlandiyada aclıq(qıtlıq) zamanı o bu paradoksu müşahidə etmişdir.O kartofun qiymətinin qalxmasına baxmayaraq insanların kartof istehlakını artırdığını müşahidə etmişdir.

Fərziyyələri

[redaktə | mənbəni redaktə et]

Bir əmtəənin qiffen əmtəəsi ola bilməsi üçün müəyyən fərziyyələr vardır ki, onlar ödəndikdə əmtəə qiffen əmtəəsi olur. Yəni əmtəələr şəraitə görə qiffen əmtəələrinə çevrilirlər. Bu fərziyyələrdə aşağıdakılardır :

  • Əmtəə[2] keyfiyyətsiz əmtəə olmalıdır
  • Əmtəə istehlakçının büdcəsində əhəmiyyətli
  • Əmtəənin yaxın əvəzləyicisi olmamalıdır
  • Əmtəənin istehlakçıları orta və aşağı gəlir səviyyəlilərdir

Belə bir şəraitdə İrlandiyada kartofun qiyməti qalxsada ona olan tələb miqdarı artırdı.

  1. N.QREQORİ MENKYU EKONOMİKSİN PRİNSİPLƏRİ İqtisad Universiteti Nəşriyyatı 2009 697 səh
  2. "Saytda ticarət". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.