Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alla Axundova
Alla Axundova (27 oktyabr 1939, Moskva) — ssenari müəllifi == Həyatı == 27 oktyabr 1939-cu ildə Moskvada anadan olmuşdur. 1964-ci ildə Moskvada M.Qorki ad. Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirmişdir. == Mükafatları == Azərbaycanın əməkdar incəsənət xadimi (1988), Respublika Dövlət mükafatı laureatıdır (1970). == Filmoqrafiya == Cırtdan (film, 1969) Şərikli çörək (film, 1969) Var olun, qızlar... (film, 1972) Şahzadə-qara qızıl (film, 1974) Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-ssenari müəllifi Şir evdən getdi (film, 1977) Bizi bağışlayın (film, 1979) Uşaq və külək (film, 1982) Təqib (film, 1984) Bahar əyləncələri (film, 1989) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Alla Cəlilova
Alla Cəlilova (d. 8 (21) noyabr 1908, Tiflis – 12 aprel 1992, Moskva) — Sovet aktrisası və müəllimi, Bolşoy Teatrın balet solisti (1927-1951), ilk Dağıstan balerinası. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1951). == Bioqrafiyası == Alla Cəlilovanın atası Abdulqay Abduloviç, inqilabdan əvvəlki dövrlərdə ali təhsil alan azsaylı axtılılardan biri olmuşdur. Axtı məktəbini bitirdikdən sonra Stavropol gimnaziyasına (Puşkinin bitirdiyi məktəb) oxumağa başlayır. Orada Sofiya Nikolaevna Zaiçevskaya ilə tanış olur. 1900-cü ildə Abdulqay Moskva Universitetinin hüquq fakültəsinə daxil olur. 1903-cü ildə Abdulqay Kare (indiki Türkiyə) şəhərinə işləməyə gedir. Daha sonra Moskvaya gələn Sofya Zaiçevskaya ilə evlənir. 1908-ci ildə qızı Alla Tiflisdə dünyaya gəlir.
Alla Dudayeva
Alla Fyodorovna Dudayeva (rus. А́лла Фёдоровна Дуда́ева; 10 avqust 1947 və ya 24 mart 1947) - 1990-cı illərdə Çeçenistanın Rusiyadan ayrılması üçün yaradılmış hərəkatın lideri Cövhər Dudayevin həyat yoldaşı. == Həyatı == Alla Dudayeva 1947-ci ildə Kolomenski rayonundakı sovet zabit ailəsində dünyaya gəlmişdir. O, Smolenskdə rəssamlıq təhsili almışdır. 1967-ci ildə o zaman SSRİ Hava Qüvvələrinin zabiti olan Cövhər Dudayevlə evlənmişdi. Alla 1996-cı ildə Birinci Çeçenistan müharibəsində ərinin ölümündən sonra Türkiyəyə qaçmağa çalışarkən Nalçikdə saxlanılmış və daha sonradan tanıya bildiyi, gənc zabit Aleksandr Litvinenko tərəfindən istintaqa cəlb edilmişdir. Eyni ilin sonlarına yaxın buraxıldıqdan sonra Çeçen İçkeriya Respublikasının Mədəniyyət Nazirliyində işləyən Alla 1999-cu ildə İkinci Çeçenistan müharibəsinin başlamasıyla Azərbaycana, daha sonra Türkiyəyə və Litvaya qaçmışdır. O, 2010-dan 2012-ci ilə qədər Gürcüstanın Qafqaz TV kanalında mədəniyyət proqramlarının aparıcısı olaraq işləmişdir. 2016-cı il məlumatlarına görə, bir müddət Estoniyada da yaşan Dudayevanın hal-hazırda Stokholmda yaşayır. == Əsərləri == Alla Dudayeva əri Cövhər Dudayevlə bağlı xatirələrini yazdığı kitab da daxil olmaqla, bir neçə kitabın müəllifidir: Milyon birinci (Milyon birinci) "Şule Yayınları", 448 стр.
Alla Həsənova
Alla Həsənova (d. 6 avqust 1970) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Həsənova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Həyatı == Alla Həsənova 6 avqust 1970-ci ildə Bakıda rus ailəsində anadan olub. Alla Həsənova ailəlidir. Onun, həyat yoldaşı, futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçı Elxan Həsənovdur. == Karyerası == Alla Həsənova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu. Alla Həsənova daha sonra, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Alla Kudlay
Alla Kudlay (d. 23 iyul 1954, Losınivka, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (1997).
Alla Nikolayenka
Alla Nikolayenka (azərb. Nikolayenka Alla Alekseyevna) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Alla Nikolayenka 1972-ci ildə anadan olub. Salyan qazarmasının yaxınlığındakı "Krasnı Vostok" hərbi şəhərciyində atası ilə birlikdə yaşayırdı. Atası Aleksey hərbçi idi. Yanvarın 20-si hərbi xidməti ilə əlaqədar olaraq onların ailəsi Almaniya Demokratik Respublikasına getməliydi. Yanvarın 19-u axşam atası bununla bağlı hazırlıq görürdü. Alla isə şəhərdən heç getmək istəmirdi. Atası Aleksey Allasız şəhəri tərk etməli olur.
Alla Panova
Alla Vasilyevna Panova (rus. Алла Васильевна Панова) — Sovet aktrisası. == Həyatı == Alla Panova 22 dekabr 1948-ci ildə anadan olmuşdur. Voronejdə təhsil almış, 1966-cı ildə 23 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Şepkin adına Teatr məktəbindən məzun olmuş, kinoda ilk rolunu 1973-cü ildə, sonuncu rolunu isə 1979-cu ildə ifa etmişdir. Hazırda Moskva şəhərində yerləşən "Yeni opera" teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Alla Puqaçova
Alla Borisovna Puqaçova (15 aprel 1949, Moskva) — Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti (1991). Kristina Orbakaytenin anasıdır. == Həyatı == Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966–1967-ci illərdə "Yunost" radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxır. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutur. Müğənninin 60 illiyi ərəfəsində "Gənc qvardiya" nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş "Bioqrafiya davam edir" kitabını nəşr edib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığının çox sayda maraqlı məqamı yer alıb. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.
Alla Teterina
Alla Teterina (d. 24 fevral 1962) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Teterina, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Alla Teterina, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Alla Çernışkova
Alla Zaqaykeviç
Alla Zaqaykeviç (ukr. Алла Леонідівна Загайкевич; 17 dekabr 1966, Xmelnitskiy) — ukraynalı bəstəkar. Ukraynanın əməkdar incəsənət xadimi (2021). == Bioqrafiya == Kiyev Dövlət Konservatoriyasını (1990) Yuri İşçenkonun bəstəkarlıq sinfini bitirib. 1995–1996-cı illərdə bir illik fransız dili IRCAM (seminarlar B. Fernyhow, T. Muray, F. Manuri) kursunda iştirak edib. Onun A. Bosenkonun transsendental fəlsəfəsi ideyalarının yaradıcı formalaşmasına təsirini qeyd edir. 1986–1999-cu illərdə "Drevo" folklor ansamblı ilə çıxış edib. 1998-ci ildən Ukrayna Milli Musiqi Akademiyasının Musiqi və İnformasiya Texnologiyaları kafedrasında dərs deyir. Ukrayna Bəstəkarlar İttifaqının üzvü olur (1993-cü ildən). Musiqişünaslığa dair məqalələrin müəllifidir.
Alla Mazur
Alla Qriqoryevna Mazur (ukr. Алла Григорівна Мазур; 16 sentyabr 1965) — ukraynalı jurnalist. Ukraynanın “1+1” kanalında TSN xəbər proqramının aparıcısı. == Həyatı == Alla Mazur 16 sentyabr 1965-ci ildə Xmelnitski vilayəti həkim ailəsində anadan olub. Atası Qriqori diş həkimi olub. O, məktəbi qızıl medalla bitirib. Onun məqalələri yerli rayon qəzetində tez-tez dərc olunurdu. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib. O, Ukrayna radiosunda müxbir, redaksiya rəhbəri, Ukrayna radiosu Birinci Kanalının baş redaksiyasında, proqram aparıcısı kimi çalışıb. Çernobıl qəzasının ildönümü üçün və 1991-ci ildə Ukraynada prezident seçkiləri zamanı radio marafonları hazırlayıb və aparıcılıq edib.
Alfa
Alfa — yunan əlifbasının ilk hərfi, radioaktiv şüalanmanın tiplərindən biri bu hərflə işarələnir. Alfadan sonra beta gəlir.
Allah
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Allı
Allı (Əhər) — İranda kənd. Allı (Allıçay) — Xocavənd rayonunda çay.
Alma
Alma (lat. Malus) — bitki növünün meyvəsi. Dünyada mədəni bitki kimi genş şəkildə becərilir. Bitki Orta Asiyada bu gün də bitən yabanı Malus sieversii növündən törəmişdir.
Alqa
Alqa (qaz. Алға — irəli) — şəhər, Qazaxıstanın Aqtöbe vilayətinin Alqa rayonunun inzibati mərkəzi. == Tarixi == 1930-cu ildə S.M. Kirov adına Aqtöbe kimya zavodunun inşası zamanı ortaya çıxdı (Aqtöbe fosforit hövzəsindəki filiz əsasında fosfor gübrələri, mikroelement gübrələri və s. istehsalı). 10 fevral 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti “2. Kazak Muxtar Sovet Sosialist Respublikasının aşağıdakı yaşayış məntəqələrini, onlara yeni adların verilməsi ilə, fəhlə qəsəbələrinə çevirmək: a) Aktubey vilayətinin Klyuçevoy rayonunda, Aktyubximstroyun inşaat sahəsində yeni yaranmış yaşayış məntəqəsi - işlək əraziyə. Alqa qəsəbəsi ”. Alqa kəndi 1961-ci ildə bir şəhərə çevrildi. == Coğrafiyası == Son beş ildə şəhərin rifahının inkişafı və yaxşılaşdırılması nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. 2016-2018-ci illərdə bir neçə çoxmərtəbəli bina tikilib istifadəyə verilmişdir.
Alya
Alya (fr. Alliat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09006. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 64 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 48 nəfər (15-64 yaş) arasında 30 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə 70,7%). Fəal olan 30 nəfərdən 25 nəfər (14 kişi və 11 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi. 18 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Alça
Alça (lat. Prunus cerasifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə itsifadə olunur. Həmçinin mürəbbə, cem istehsalında və konservləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça "lavaşı" hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir.
Ayla
Ayla — qadın adı. Ayla Erduran — Türk skripkaçı. Ayla Fişer — Avstraliyalı aktrisa və yazıçı. Ayla Çəlik — Türkiyəli müğənni və söz yazarı. == Həmçinin bax == Ayla (film, 2017) — rejissoru Can Ulkay, ssenaristi Yiğit Güralpın 2017-ci il Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan film.
Ella
Ella — rus qadın adı. Bu adı olan tanınmışlar Ella Leya — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı. Ella Yaqubova — Azərbaycanın teatr və kino aktrisası, Ella Fitscerald — amerika cazmeni Digər Tilsimlənmiş Ella (film, 2004) — Amerika, İngiltərə və İrlandiya istehsalı olan fentezi, ailə və komediya janrlı film.
Allah-Allah türbəsi
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi. == Tarixi == XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir. == Memarlıq xüsusiyyətləri == Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir.