Alla Həsənova (d. 6 avqust 1970) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Həsənova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub.
Alla Həsənova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 avqust 1970 (54 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
Alla Həsənova 6 avqust 1970-ci ildə Bakıda rus ailəsində anadan olub.[1]
Alla Həsənova ailəlidir. Onun, həyat yoldaşı, futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçı Elxan Həsənovdur.
Alla Həsənova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Alla Həsənova daha sonra, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Alla Həsənova isə həmin Avropa Çempionatında, topu oyuna daxil edən ən yaxşı voleybolçu seçildi.