Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabahat Ərdoğan Sarıtaş
Sabahat Ərdoğan Sarıtaş (1988, Siirt ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Sabahat Ərdoğan Sarıtaş 1988-ci ildə Siirt ilində anadan olub. Qadın hüquqları müdafiəçisi olaraq tanınır. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Siirt ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 1 uşaq anasıdır.
Babacan
Babacan (Göyçə)
Babadağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Babayal
Babayal — Goranboy rayonu ərazisində dağ; Babayal — Mingəçevir su anbarından cənubda, Bozdağ silsiləsində zirvə.
Babaçay
Babaçay — Gədəbəy və Şəmkir rayonlarında çay. Zəyəm çayının sağ qoludur. Babaçay — Quba rayonunda çay.
Balavat
Balavat – qədimdə İmqur-Ellil adlı Aşşur şəhəri olmuşdur. Hal-hazırda İraq da Dəclə çayının sol sahilində kənddir. Balavatda üzərində III Salmanasarın e.ə.859–848 illərdəki hərbi yürüşləri təsvir olunmuş bürünc məbəd qapıları ("Balavat qapıları") tapılmışdır. == İstinadlar == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 113. ISBN 978-9952-441-07-9.
Batabat
Batabat gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 ha sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir.
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Çabahar
Çabahar — İranın Sistan və Bəlucistan ostanının cənub-şərqində yerləşən şəhər. Bu şəhər İranın yeganə okean limanıdır ki, Hind okeanı və Umman körfəzi sahillərində yerləşib. == Əhalisi == Əhalinin əksəriyyəti bəluclardır. == Dil və məzhəb == Çabahar əhalisi Bəluc dilində danışır və əsasən sünni müsəlmandırlar.
Babacan (Göyçə)
Babacan — Göyçə mahalında kənd. == Tarixi == İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Tаm аdı Bаbаcаn dərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır. Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib.
Babacan (çay)
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Babacan (Əhər)
Babacan (fars. باباجان‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Babacan çayı
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Babadağ (şəhər)
Babadağ — Rumıniyada şəhər == Tarixi == Qədim Osmanlı şəhərlərindən olmuşdur. Baba Dağ Osmanlıların güclü və əmin qalalarından idi. Sultan IV Murad bu torpaqların mühafizəsini gücləndirmək məqsədilə Qoca Kənan paşaya (Sultan Əhmədin damadı, onun qızı Atikə sultanın əri) əmr verir: "başın sənə gərəkdirsə, Baba Dağ qalasını möhkəm bir qalaya çevir". Turla çayı boyunca (müasir Dnestr çayı ətrafı) torpaqlardan keçən Övliya Çələbi şəhərin adıyla bağlı göstərirdi ki, burada Sarı Saltık Sultan (o "piri- Türküstan" kimi tanınan Xoca Əhməd Yasəvinin tələbəsi olmuşdur) dəfn olunduğu üçün bu yer Baba Dağ adlanmışdı. Eyni zamanda onunla yanaşı burada digər çoxlu pirani qəbirlər vardır. Səyyah həm də şəhərdə Sarı Saltık Sultanın təkkəsi və ona bitişik olan gözəl Ulu Cameni ziyarət etdiyini söyləmişdi. Şəhərin görməli-gəzməli yerləri olan Dədə Saltık Sultan meşə qoruğu, Yar Bağları, Böyük meşəlik, Lalə bağçalarını...səyyah aludəliklə təsvir etmişdir. Tarixçi Hammer də yeddi müxtəlif yerdə məzarı olan Sarı Saltık babanın əsas qəbrinin burada olduğunu göstərərək yazırdı: "Övliya Saltıq baba XII əsrin 60-cı illərində yüz min Səlcuq türkü ilə bura gəlmiş, o vaxtdan bu yerlərə Dobruca Tatarıstanı deyilmişdi. Öləndə müridlərinə vəsiyyət etmişdi ki, onun nəşini yeddi yerə bölüb ayrı-ayrı yerlərdə dəfn etsinlər. bununla ziyarətgah halına gələn bu torpaqların İslam imperiyası torpaqlarına çevrilməsinə çalışmışdı." Qala dəfələrlə basqınçı kazakların həmlələrinə hədəf olub; hətta Saltık Sultanın türbəsini zəngin avadanlığını yağmalayıb gedərkən olunmazın zülmünü çəkmişlər.
Babakar dağı
Babaqar silsiləsi (gürc. ბაბაკარის ქედი, erm. Պապաքարի լեռնաշղթա) — Gürcüstan, Ermənistan və Azərbaycanda dağ silsiləsi. == Oronimin mənşəyi == Babaqar və ya Babakar/Babakər oronimi baba (Türkdilli xalqların böyük əksəriyyətində, o cümlədən azərbaycanlılarda yüksək dağ zirvələri baba adlandırılır) və kar/qar (qədim türk dillərində dağ mənasını verirdi) sözlərindən düzəlib, "yüksək dağ", "müqəddəs dağ" deməkdir. == Zirvələri == SSRİ ordusunun 1976-cı ildə tərtib etdiyi və 1985-ci ildə yenilədiyi topoqrafik xəritəyə əsasən (miqyas 1:100000): === Ermənistan ərazisində, qərbdən şərqə doğru === Danadağ — hündürlüyü 800.1 m Eldağ — hündürlüyü 831.8 m Günəştəpə — hündürlüyü 747 m Körpülü — hündürlüyü 959.3 m Keçəltəpə — hündürlüyü 629 m Tərs — hündürlüyü 883.8 m === Gürcüstan ərazisində, qərbdən şərqə doğru === Qavaxtəpə — hündürlüyü 513.2 m Ağtəpə — hündürlüyü 451.8 m Adamdaş — hündürlüyü 535.2 m Şiştəpə — hündürlüyü 623 m === Azərbaycan ərazisində, şərq sonluğu === Babaqar — hündürlüyü 700.6 m (bəzi mənbələrdə 700 m və ya 708 m olaraqda verilir) == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb" nəşriyyatı, 2007-ci il. Анохин Генрих Иосифович . "Малый Кавказ".
Babakar silsiləsi

Babaqar dağı
Babaqar dağı — Babaqar silsiləsində dağ.
Babaqar silsiləsi

Babaxan (Bicar)
Babaxan (fars. باباخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (16 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Babaxan Babayev
Babaxan Əlövsət oğlu Babayev (10 fevral 1996, Aşağı Yaycı, Naxçıvan Muxtar Respublikası – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babaxan Babayev 10 fevral 1996-cı ildə doğulub. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babaxan Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babaxan Babayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babaxan Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Babaxan Muradov
Babaxan Sultan oğlu Muradov (21 mart 1927, Nəsirvaz, Naxçıvan MSSR – bilinmir) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sabiq sədri, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sabiq katibi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əvvəlcə maarif nazirinin müavini sonra isə maarif naziri. == Həyatı == Babaxan Muradov 21 mart 1927-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndində anadan olmuşdur. 1943-cü ildə orta təhsilini tamamlamış, 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İxtisasca müəllimdir. 1947-ci ildə Nəsirvaz kənd natamam orta məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1954-cü ildən Bakı Maliyə-Kredit Texnikumunda tarix müəllimi, 1955-ci ildən Bakı şəhər Xətai rayonu maarif şöbəsinin müdiri, 1971-ci ildən Azərbaycan SSR Maarif Nazirliyinin baş məktəblər idarəsinin rəisi, 1972-ci ildən isə Bakı şəhəri Nərimanov rayonu 82 saylı tam orta məktəbin direktoru vəzifələrini daşımışdır. Rus dilini bilirdi. Evli idi, 2 övladı var. == Siyasi fəaliyyəti == Babaxan Muradov 1950–1952-ci illərdə Naxçıvan MSSR maarif nazirinin müavini, 1952–1954-cü illərdə isə Naxçıvan MSSR maarif naziri vəzifələrinı daşımışdır. Babaxan Muradov 1991-ci ildən Azərbaycan Respublikası Müəllimlər Şurasının sədri olmuşdur.
Babaxan Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin] Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Babaxan Məmmədbəyov

Babaxan Əmirov
Babaçay (Zəyəmçay)
Babaçay — Gədəbəy və Şəmkir rayonları ərazisindən axan çay. == Ümumi məlumat == Uzunluğu 26 km, hövzəsinin sahəsi 99 km²-dir. kiçik Qafqazın şimal-şərq yamacından (1790 m) başlayır. Zəyəmçayın sağ qoludur. Əsasən yağış və yeraltı sularla qidalanır. Suvarmada istifadəı olunur.