Babacan — Göyçə mahalında kənd.
Babacan | |
---|---|
40°25′17″ şm. e. 45°32′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.950 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Tam adı Babacan dərəsi. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində kənd adı kimi qeyd olunub. Kənd Babacan dərəsində yaranmışdır. Dərə mülkədar Babacana aid olmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır.
Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2–3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib. Təsadüfi deyil ki indi də Şişqayalılar arasında həm töstü həm də şəbəndə nəslindən olanlar var.
Kənd rayon mərkəzi Basarkeçərdən 42 km məsafədə yerləşir. (15.07.1946) Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər Qızılkənd olmuşdur. Əhalinin qonaqpərvərliyinə, eləcə də relyefinin və təbiətinin gözəlliyinə, yəni bir tərəfi Göyçə gölü, iki tərəfi sıx meşəlik, arxa tərəfi isə dağlarla əhatə olunduğuna görə kənd Qızılkənd adlandırılmışlar. 19 aprel 1991-ci ildə isə kəndin adı Tsaratağ qoyulmuşdur. Babacan kəndi Göyçə gölünün ətrafındakı ərazidə yerləşir. Kəndlə gölün arası təxminən 800–1000 metrdir. Babacan kəndi bir tərəfdən isə dağlarla əhatə olunub.
1905–1907-ci illədəki I qaçqınlıq zamanı kəndin əhalisi Gədəbəy, Samux və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi 1907-ci ilin yazında doğma kəndinə qayıtmışdır. Kəndin təxminən 30–40 evi, 100–120 nəfərə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi Samux, Şəmkir və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1921-ci ilin yazında doğma kəndinə qayıtmış, az bir hissəsi həmin yerlərdə qalmışdır. Kəndin təxminən 70–80 evi, 260–280 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi erməni daşnaqlarının apardıqları Antitürk siyasətinin qarşısını dəf edərək heç bir yana çıxmamışdır. Kəndin 90–100 evi, 300–350 nəfərə yaxın əhalisi olmuşdur.
Kəndin eni 1 km, uzunu isə 2 km olmuşdur. Kəndin adları Türk toponimlərindən ibarət çox mənzərəli və gəzməli yerləri vardır. Kəndin mərkəzində və həmsərhəddi Pəmbək kəndinin ərazisinə yaxın Şımpır çayının sağ sahilinə yaxın bir məsafədə yerləşən, Yolaşan adlanan yerdəki, tarixi III–V əsrlərə təsadüf edilən Alban türklərin yaşamasından bəhs edən, üzərində "Qrabar" əlifbası ilə yazılan xaç daşları, vaxtı ilə Şımpır çayının hər iki sahilində yaşayış məskəni salmış III–V əsrlərdən XVI əsrin ortalarına, yəni 1550–1560-cı illərə qədər Alban türklərinin yaşayış məskəni şımpır kəndi tarixi abidələr, Cil kəndi ilə Babacan kəndlərinin sərhəddində yerləşən "Qaradaş" adlanan riyarətgah isə dini abidələrdir. Ziyarətgaha mahalın hər iki rayonlarının (Çəmbərək və Basarkeçər) kənd əhalisi niyyət edər, nəzir verərdilər. Kəndin ərazisindəki Gur bulaq, Port-port bulaq, Pəri bulaq, Qaralar bulağı, kəndin mərkəzindən keçən Babacan və Şımpır çayları, kəndin yaxınlığında olan Göyçə gölünü və dağ ərazisindəki Alagöllər, Armudlu dərə, Ərəşdilərin yurdu, Qəhrəman koxanın yurdu, Molla Əhmədin dərəsi, Murtuzalılar yurdu, Qaralar yurdu, Qısır dağı, Sarı qaya, Şımpır dərəsi, Tərsə meşəsi, Arıxlıq meşəsi, Qurut təpəsi, Qaraardıc meşəsi, Şımpır komu və başqa yerləri vardır. Kəndin 3 su dəyirmanı və 1 elektrik enerjisi ilə işləyən dəyirmanı olmuşdur. Həmin dəyirman dövlət tərəfindən 1972–1973-cü illərdə tikilmişdir. Kəndin 5000 hektara yaxın torpaq sahəsi olmuşdur. Ondan 800–900 hektarı əkənək, yerdə qalan 4100–4200 hektarı isə biçənək və otaraq sahələridir.
Kənddə 1988-ci ilə qədər 200-yə yaxın azərbaycanlı ailəsi yaşayıb. Hazırda kənddə 50–60 erməni ailəsi yaşayır. Kəndin öz doğma yurd-yuvalarından qovulan əhalisinin böyük hissəsi indi Bakı şəhərində, bir hissəsi isə Daşkəsən və Tovuz rayonlarında məskunlaşmışdır.
Kəndin əhalisi əsasən 4 tayfadan ibarətdir:
1. https://science.gov.az/az/forms/doktora-nauk-instituta-nefti-i-gaza/3123
2. http://law.bsu.edu.az/az/content/elad_haqverdi_olu_nsirov_384
4. https://apa.az/az/sosial_xeberler/xeber_daxili_isler_nazirliyinin_emekdaslarinin_-519202
5. http://e-qanun.az/framework/39293