Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bris Etes
Bris Etes — 11 aprel 1984-cü ildə Monakonun paytaxtında anadan olmuşdur. Monakolu yüngül atletdir. Monakonu 2015 Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Bris Etes 11 aprel 1984-cü ildə Monakonun paytaxtında anadan olmuşdur. == Karyerası == Bris Etes karyerası ərzində böyük uğurlar qazanmadı. O Monako ilə birgə yalnızca beynəlxalq yarışlarda uğur əldə etdi. Bris 2015 Avropa Oyunlarında iştirak etdi. Həmdə Bris vətəninin bayrağını açılış mərasimində Bakı Olimpiya Stadionuna gətirdi.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər — qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901–1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü. 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü. 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi, yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
BRICS
BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS). 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı. Goldman Sachs-ın fikrincə, 2050-ci ilə ümumi ölçü üzrə qrupun ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək. BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Əlverişli vəziyyət bu ölkələrə onlarda mövcudluğu resursların dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətli təmin edir: Braziliya — kənd təsərrüfatı məhsuluyla zəngindir; Rusiya — dünyada ən böyük mineral resursların eksportçusudur; Hindistan — ucuz intellektual resurslar; Çin — ucuz əmək resurslarının sahibidir; Cənubi-Afrika respublikası — təbii resurslar. == Xarici keçidlər == Goldman Sachs — BRICs Arxivləşdirilib 2009-05-14 at the Wayback Machine Thomas Harr. BRIC The Major Issues Kristalina Georgieva.
Barıs
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Brioş
Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyi. Yüksək miqdarda yumurta və kərə yağı ehtiva edir. İstehsalı mayalama və gözlətmə əməliyyatları təxminən 1.5 gün çəkir.
Briq
Briq (ing. brig) — ikidorlu yelkənli gəmi. Fok, qrot dorlarda düzbucaqlı və yalnız bir çarpaz yelkənlərə malikdir. Briq gəmilərində bizan dorağacı və ona müvafiq yelkənlər olmur.
Eris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Iris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
VBRİS
RVBİS və ya verilənlər bazası relyasion idərə sistemləri — bu gün ən geniş yayılmış VB idarəetmə sistemləridir və verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. VB relyasion idərə sistemləri(VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər: Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar.
Əriş
Əriş — toxucu dəzgahına şaquli istiqamətdə (uzununa) çəkilən iplərdir (saplardır). Toxuma prosesində əvvəlcə əriş saplar arğac saplarının arasından keçirmək üçün ərişlənir. Toxunan materiallarda (əsasən də xalça toxuculuğunda) uzununa müvazi gedən əriş əsas iplərdən biridir. Əriş saplar yun, ipək, pambıq, eləcə də at quyruğu, çətənə, qadının baş tükü və s.-nin qarışığından istifadə edilməklə alına bilər. Müasir dövrdə süni (sintetik) saplara daha çox üstünlük verilir.
Sən-Bris qətliamı
Müqəddəs Brays Günü qətliamı — 1002-ci ildə İngiltərə kralı Etelred ölkədə yaşayan bütün danimarkalıların qırılması barədə göstəriş vermişdir.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Baris (Meşkinşəhr)
Baris (fars. باريس‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (33 ailə).
Barış (şəhər)
Barış — Rusiya Federasiyasında yerləşən şəhər.
Barış Akarsu
Barış Akarsu (29 iyun 1979, Bartın – 4 iyul 2007, Bodrum, Muğla ili) — türk müğənnisi və aktyorudur. == Həyatı == Uşaqlıqdan musiqiyə olan marağı səbəbindən müxtəlif alətlərdə ifa etməyi öyrənib. 2004-cü ildə dostlarının təkidi ilə ATV -də yayımlanan "Akademi Türkiye" adlı müsabiqəyə qatılıb. O, uzun müddət iştirak etdiyi yarışmada Haluk Levent, Deniz Arçak kimi bir çox ifaçı ilə duet ifa edib. Üç il ərzində iki studiya albomu çıxaran artist həmçinin "Star TV"də yayımlanan "Yalancı Yarim" serialında da baş rollardan birini oynamışdır. 2007-ci 4 iyulda avtomobil qəzəsı nəticəsində, 5 gün reanimasiyada yatdıqdan sonra vəfat etmişdir.
Barış Arduç
Barış Arduç (9 oktyabr 1987, Münsterlingen[d], Turgau[d]) — türk serial və kino aktyoru. == Həyatı == İsveçrə'nin Şerzingen şəhərində doğulub böyüyən, sonra ailəsi ilə birlikdə Türkiyəyə qayıdan Arduç ibtidai və orta təhsilini burada başa vurub. Teatr aktrisası Ayla Alqanla tanış olduqdan sonra peşəkar aktyorluğa addım atıb. == Fəaliyyəti == O, əvvəlcə Küçük Hanımefendi (2011), Dinle Sevgili (2011), Pis Yedili (2011) kimi seriallarda göründü, sonra isə Benim İçin Üzülme (2012), Bugünün Saraylısı (2013–2014) kimi seriallarda rol aldı.) və Racon: Ailem İçin (2015). O, indiki populyarlığını ona gətirən Kiralık Aşk (2015–2017) adlı serialda rol alıb. Daha sonra Kuzgun və Çukur serialında da rol alıb. 2021-ci ildən etibarən TRT 1-də yayımlanan Alparslan: Büyük Selçuklu serialının baş rol ifaçısıdır.
Barış Manço
Barış Manço (Tosun Yusuf Mehmet Barış Manço; 2 yanvar 1943, İstanbul – 1 fevral 1999, Kadıköy, İstanbul ili) — səhnə adı ilə tanınan Barış Manço, Türk "rock" musiqiçisi, müğənni, söz yazarı, bəstəkar, aktyor, televiziya prodüseri idi. Qalatasaray Liseyinə gedərkən musiqi karyerasından başlayaraq, Türkiyədə rok musiqisinin qabaqcılığı və Anadolu kaya janrının qurucularından biri idi. Onun mahnıları çoxu ingilis, fransız, yapon, yunan, italyan, bolqar, rumın, fars, yəhudi, urdu, ərəb və alman kimi müxtəlif dillərə tərcümə edilmişdir. Televiziya proqramından 7'den 77'ye ("7-dən 77-ə qədər)" Manço dünyaya səyahət edib dünyanın bir çox ölkələrinə səfər edib . Türkiyənin ən məşhur ictimai xadimlərindən biri olaraq qalır. == Həyatı == Barış Manço 2 yanvar 1943-cü ildə Üsküdar şəhərində anadan olub. Anası Rikkat Uyanık 1940-cı illərin əvvəllərində məşhur bir müğənni idi. İkinci Dünya müharibəsi dövründə dünyaya gələn böyük qardaşı, savaşın sonunu qeyd etmək üçün valideynləri tərəfindən Barış ("sülh") olaraq adlandırıldığı zaman Savaş (Türkcə "müharibə") adlandırıldı. Doğulduğunda, Yusufun Tosun adını verdiyi (tam mənası ilə: Yusuf Qüdrətli) əmisi Yusif Tosun adına əlavə edildi. Lakin bu ad ibtidai məktəbə qayıtmadan əvvəl silinmişdir.
Barış Pınarı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. == Zəmin == Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu. ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı.
Barış Özcan
Barış Özcan (23 iyul 1974, İstanbul) — türk YouTuber, rejissor və hüquqşünas. == Həyatı == Barış Özcan 23 iyul 1974-cü ildə İstanbulda anadan olmuşdur. Mərmərə Universitetinin hüquq fakültəsinindən məzun olmuşdur. Apple, Adobe və Linkedin şirkətlərində məsləhətçi olaraq fəaliyyət göstərib. Həmçinin TRT, Əl-Cəzirə və CNN Türk telekanallarında sənədli filmlərin rejissoru olub. 13 sentyabr 2014-cü ildə YouTube platformasında video paylaşmağa başladı. 26 aprel 2019-cu ildə kosmosa raket göndərəcəyini açıqlayan NASA Barış Özcana xüsusi dəvətnamə göndərdi. Barış Özcanın həmçinin türk repçi Şanışerlə birlikdə hazırladığı "Korkudan" adlı mahnısı da var.
Barış Əkinçiər
Barış Əkinçiər (24 mart 1999, Hemer[d], Şimali Reyn-Vestfaliya) — Baris Ekincier, 2. Bundesliqa komandalarından Boxumda yarımmüdafiəçi və hücumçu mövqelərində çıxış edən Alman-doğumlu azərbaycanlı futbolçudur. == Klub karyerası == Barış Əkinçiər 24 mart 1999-cu ildə Almaniyanın ərazisinə görə dördüncü, əhalisinin sayına görə isə birinci vilayəti olan Şimali Reyn-Vestfaliya vilayətinin Merkiş rayonunun Hemer şəhərində azərbaycanlı və türk mənşəli ailədə anadan olmuşdur. Əkinçiər futbol karyerasına Şimali Reyn-Vestfaliyanın İzerlon 46/49 komandasında başlamış, sonra eyni vilayətin Essen şəhərini təmsil edən Rot-Vayss Essen klubuna keçmiş, nəhayət 2017-ci ildə Boxum şəhərinin eyniadlı klubunun — Boxumun gənclər akademiyasına qatılmışdır. Peşəkar karyerasına məhz bu klubda başlayan Barış 2017-ci ilin avqustunda Bayer Leverkusen ilə yoldaşlıq oyununda Boxumun əsas komandasında çıxış etdi. 2018-ci ilin iyun ayında Barış Boxumla 2 illik — 30 iyun 2020-ci ilə qədər peşəkar müqavilə imzaladı. 19 avqust 2018-ci ildə Almaniya Kubokunun 2018–2019 mövsümünün Veyç Flensburq-Boxum matçında Almaniya Kubokunda debüt etdi. 5 aprel 2019-cu ildə isə Yan Regensburqa 1–2 hesabı ilə məğlub olduqları oyunda meydana çıxmaqla 2. Bundesliqada da debüt etmək şansı qazandı. Barış 2019–2020 mövsümünü icarə əsasında Avstriya 2-ci Liqa təmsilçisi Austriya Klaqеnfurtda keçirdi.
Benjamin Briqs
Benjamin Briqs (ing. Benjamin Spooner Briggs) — kabus gəmi hesab olunan "Meri Kalest" gəmisinin kapitanı. "Meri Kalest" gəmisi küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edərkən sahibsiz şəkildə aşkar edilmişdir. Gəminin kapitanı Benjamin Briqs, həyat yoldaşı Sara Briqs, iki yaşlı qızları Sofia Matilda və digər dörd nəfər itkin düşmüşdür.
Biris (Nəmin)
Biris (fars. بريس‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,204 nəfər yaşayır (273 ailə).
Boris-Arıta
Boris-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Şimalında Kutun-Tyebyoleqe cənubunda isə Canqılax-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şərqində Boris-Byolkyoyo adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Maksimal hündürlüyü 3 metrdir. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Boris Adrianov
Boris Mixayloviç Adrianov (rus. Бори́с Миха́йлович Адриа́нов; 31 dekabr 1920 – 10 oktyabr 1993, Moskva) — SSRİ pilotu, əməkdar sınaq pilotu. O, İkinci Dünya müharibəsi illərində döyüşlərdə iştirak etmiş, buna görə təltif edilmişdir. 1960-cı ildə Adrianov Beynəlxalq Aviasiya Federasiyası tərəfindən "de Lavo" medalı ilə qeyd olunan qapalı döngədə mütləq dünya sürət rekordunu qoymuşdur.