Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. == Haqqında == Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. == Həmçinin bax == Olivin Süxur Aksessor minerallar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Antioks Süni
Antioks Süni və ya Andovk Süni (erm. Անդովկ Սյունի, Անտիոք Սյունի) – Sünik sülaləsindən olan antik dövr Ermənistan dövlət xadimi. == Bioqrafiya == Antioks Süni Sünikin qədim və yerli sülalələrindən olan irsi hakim sülaləsi Sünik sülaləsinin nümayəndəsi olmuşdur. Atası Sünik sülaləsinin patriarxı olan Antioks Mamikonyanlar sülaləsindən qızla evlənmiş, öz qızı Pərəncəmi isə Böyük Ermənistan hökmdarı II Arşaka ərə vermişdi. 338-ci ildən Artavazd Mamikonyanın taxta gəlməsinə kimi Antioks Süni Arşavir Kamsarakanla birlikdə Böyük Ermənistanın sparapeti olmuşdur. Erməni çarı Tiranın əsirlikdən qayıtmasından (350) sonra Antioks Arşavir Kamsarakanla birlikdə ölkənin müdafiəsinə rəhbərlik etmiş, işğalçı fars qüvvələrinə qarşı mübarizə aparmışdı. İmperaot və Antioks Süninin rəhbərlik etdiyi Roma ordusu Bosx döyüşündə II Şapuru məğlub etmiş və Ermənistanın müstəqilliyinin, II Arşakın hakimiyyətinin tanınmasına nail olmuşdu. Tezliklə II Arşak Antioksun qızı ilə evlənmiş, Antioks özü isə Sünik sülaləsinin patriarxı təyin edilmişdi. Moisey Xorenlinin verdiyi məlumata görə Tiqranakert şəhərinin idarəçisi olan Antioks farsların şəhərə dəfələrlə hücum etmələrinə baxmayaraq, hər dəfə şəhəri uğurla müdafiə edə bilmişdir.
Aton dini
Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı.
Aşot Süni
Aşot Süni – 892 – 909 – cu illərdə hakimiyyətdə olmuş Sünik knyazı. == Bioqrafiya == Sünik sülaləsindən olan Aşot Süni Vasak İşxanikin qardaşı və varisi olmuşdur. Aşot 891-ci ildə Ermənistan hökmdarı I Smbatın tacqoymasında iştirak etmişdir. 895 – 906 – cı illərdə o, II Qriqor Supan və şahzadə Cagikin köməkliyi ilə Tatev monastırını inşa etdirmişdir. Onun dörd oğlu olmuşdur – Smbat, Saak, Vasak və Babgen. Təxminən 909 – cu ildə taxtda onu oğlu Smbat Süni əvəz etmişdir. Daha sonra isə nəvəsi I Smbat Süni (Saakın oğlu) hakimiyyətə gəlmişdir. Aşot Süni Tatev monastırında dəfn edilmişdir.. Erməni tarixçisi Hovanes Drasxanakertçi onun haqqında yazır: “...İncə qəlbli və xalqın sevimlisi, bütün ömrü boyu Tanrıya yaxın olan xeyirxahlıq yolunu tutmuş Sisakan işxanı Vasakın ölməsi və əcdadlarının yanında dəfn edilməsindən sonra taxta onun qardaşı, onun kimi xalqı sevən, dindar və qəlbində Tanrı qorxusunu yaşadan Aşot gəldi və hər şey atasının hakimiyyəti dövründə olduğu kimi çox yaxşı oldu.” Aşot Süni 909 - cu ildə vəfat etmişdir. Moisey Kalankatlı bu haqda yazır: "Sonra erməni katolikosu Qeorq və Sünik knyazı Aşot öldülər və onlar üçün ağıçə qadınlar bu sözləri deyirdilər: “Qoy insanlar nə qədər dünyada var, belə il heç vaxt yer üzünə gəlməsin!” Bütün bunlar erməni təqviminin üç yüz qırx altıncı ilində olub.
Bəhai dini
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Dani Doberson
Dani Doberson (16 yanvar 1925 – 16 mart 1979, Marsel) — Fransa müğənnisi və aktyoru. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Il est là" mahnısı ilə təmsil etmişdir.
Dani Karvaxal
Daniel Karvaxal Ramos (isp. Daniel Carvajal Ramos; 11 yanvar 1992, Leqanes, İspaniya) — İspaniya futbolçusu, "Real Madrid" klubunun və İspaniya milli futbol komandasının sağ cinah müdafiəçisi. == Həyatı == Daniel Karvaxal 11 yanvar 1992-ci ildə İspaniyanın Leqanes şəhərində dünyaya göz açıb. Hazırda "Real Madrid" klubunda 2 nömrəli forma geyinir. == Karyeası == === Real Madrid Kastilya === Daniel Karvaxal peşəkar karyerasına "Real Madrid Kastilya" klubunda başlayıb. Bu klubun heyətində o, 68 oyun keçirərək 3 qol vurub. === Bayer 04 === 2012-ci ildə Daniel Karvaxal "Bayer 04" klubuna transfer olunub. Bu klubun heyətində 32 oyun keçirən Karvaxal cəmi 1 qol vura bilib. === Real Madrid === Daniel Karvaxal 2013-cü ildən heyətində çıxış etdiyi "Real Madrid" klubunun forması ilə 264 oyuna çıxıb və 7 qol vurub. O, bu klubda əvvəlcə 15, sonra isə 2 nömrəli forma geyinib.
Dani Kintana
Dani Kintana (8 mart 1987, Las-Palmas-de-Qran-Kanariya) — İspaniya futbolçusu. == Karyera == Kintana Las Palmas şəhərində anadan olub, karyerasının əvvəlində İspaniyanın 2-ci liqasında oynayıb. 2012\2013 illərdə Polşa premyer liqasında oynayan Yagelloniya Belostok klubuna trasfer olunmuşdur. O,29 sentyabr 2014-cü ildə Əl-Əhli klubuna trasfer olunur. 2015-ci ilin mart ayında Qarabağ futbol klubuna trasfer olunmuşdur. Kintana 17 iyun 2019-cu ildə Çempionlar Liqası çərçivəsində Partizani ilə matçda 90+4-cü dəqiqədə fərqlənməklə klubun tarixinə keçib. Belə ki, Kintana Qarabağın 100-cü avroliqa qolunun müəllifi olub.
Dani Lokati
Dani Lokati (3 yanvar 1977, Milan) — İtaliyanı təmsil edən skeletonçu. Dani Lokati, İtaliyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Dani Lokati, 2002-ci ildə İtaliya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Dani Lokati, 1-ci gedişdə 53.19 saniyə, 2-ci gedişdə isə 53.46 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 9-cu yerdə başa vurdu.
Dani Rodrik
Dani Rodrik (14 avqust 1957[…], İstanbul) — Türk iqtisadçı. Hazırda Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat üzrə professor kimi fəaliyyət göstərir. == Həyatı == Dani Rodrik 1957-ci ildə İstanbulda yəhudi əsilli ailədə doğuldu. 1976-cı ildə İstanbulda Robert Kollecindən məzun oldu. Dövlət idarəçiliyi üzrə bakalavr və magistr təhsilini ABŞ-nin Harvard Universitetində aldı. Ardınca Prinston Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili aldı. 1990-cı ildə professor olan Rodrik, 1982-ci ildən Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğuldur. Dani Rodrik ehtiyatda olan türk general Çətin Doğanın qızı, Harvard Universitetinin müəllimi Pınar Doğanla evlidir. == Elmi fəaliyyəti == Dani Rodrikin tədqiqat sahəsi qloballaşma, beynəlxalq iqtisadiyyat, siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi artım, gəlir və tədiyyə balansı bərabərsizliyi kimi mövzuları əhatə edir. Nəşrləri də əsasən bu mövzulardadır.
Dani Seballos
Daniel "Dani" Seballos Fernandez (7 avqust 1996, Utrera, İspaniya) — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda yarımmüdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İspaniya futbolçusudur.
Dani Sebalyos
Daniel "Dani" Seballos Fernandez (7 avqust 1996, Utrera, İspaniya) — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda yarımmüdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İspaniya futbolçusudur.
Dani əməliyyatı
Dani əməliyyatı (ivr. ‏מבצע דני‏‎) — İsrail Müdafiə Qüvvələrinin 1948-1949-cu illər ərəb-İsrail müharibəsinin birinci və ikinci atəşkəsləri aralığında 1948-ci il iyulun 9-dan 18-dək davam edən hərbi hücum əməliyyatı. Ölkə rəhbərliyi əməliyyatda iştirak edən bölmələrə ərəblərin Lida, Ramla və Ramallah şəhərlərini nəzarət altına almağı, həmçinin Latrunda Qüdsə gedən yola nəzarət edən möhkəmləndirilmiş bir mövqeni ələ keçirmək əmrini vermişdi. Bununla da, Quş-Dana yəhudi yaşayış məntəqələri üçün ən yaxın təhlükəni aradan qaldırmaq və Qüds ilə yəhudilərin nəzarətində olan ərazilər arasında daimi bir əlaqə qurmaq niyyəti güdülürdü. Əməliyyatın hərbi məqsədlərinə tam olaraq nail olunmadı: yaxınlıqdakı hava limanı və Ramla ilə Lida iyulun 13-nə qədər tutuldularsa, ikinci atəşkəs razılığına qədər Latrunu tutmaq cəhdləri uğursuz oldu, Ramallaha isə yəhudi birləşmələri ümumiyyətlə gedib çıxa bilmədi. Eyni zamanda, Qüdsə aparan əsas yol ərəblərin nəzarəti altında qalsa da, yəhudilər şəhəri təmin etmək üçün başqa bir alternativ yol əldə edə bildilər. Bundan əlavə, israillilərin uğurları İordaniya kralı I Abdullanın Qüdsün bölüşdürülməsinə razılıq verməsini təmin etdi, əks təqdirdə o, şəhərə bütünlüklə nəzarətə iddia edə bilərdi. Lida və Ramla bölgəsindəki hərbi əməliyyatlar bu şəhərlərin sakinlərinin transiordaniyalıların nəzarətində olan ərazilərə kütləvi surətdə köçürülməsi ilə müşayiət olundu və bu da öz növbəsində Transiordaniyada kütləvi nümayişlərə gətirib çıxardı. Nümayişçilər ərəb legionunun komandanı Con Qlabbı xəyanətdə ittiham edirdilər. == Zəmin == Ərəb ölkələrinin ərəb əhalisi tərəfində Fələstində silahlı qarşıdurmaya qoşulması ilə ərəb qüvvələri bölgənin daxilinə, o cümlədən yəhudi dövləti yarandıqdan sonra ona çatacaq ərazilərin içinə doğru xeyli irəliləməyi bacardı.
Deni Didro
Deni Didro (5 oktyabr 1713[…], Lanqr[d][…] – 31 iyul 1784[…], Paris) — görkəmli Fransa maarifçisi, filosof və yazıçısı, ensiklopedist. == Həyatı == Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didro (1713–1784) sənətkar ailəsində doğulmuşdur. D. Didro əvvəl "Fəlsəfi düşüncələr" ardınca isə "Korların məktubu və gözlülərə nəsihət" adlı əsərlərini yazır. İctimai formasiyanın tənqidinə həsr olunan əsər hökumət tərəfindən mənfi reaksiya görür. Bu əsərə görə də onu həbs edirlər. O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək işinə həsr edir. Fransız maarifçilərini çox vaxt ensiklopediyaçılar adlandırırlar. Onların çoxu ensiklopediya və ya elm, incəsənət və sənətlərin izahlı lüğətinin hazırlanmasında iştirak etmişlər. Didro dövrünün tanınmış intellektuallarını ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya tərəqqidə olan yeni cəmiyyət arasında böyük nüfuza malik idi.
Deni Mukvege
Deni Mukveqe (fr. Denis Mukengere Mukwege;) 1 mart 1955[…], Bukavu, Belçika Konqosu) — Konqolu ginekoloq və Əllincilər (ing. Pentecostalism) pastorudur. O, silahlı üsyançılar tərəfindən təcavüzə uğramış qadınları, müalicə etdiyi Bukavudakı Panzi Xəstəxanasını qurub, orada işləyir. 2018-ci ildə Mukveqe və İraqlı hüquq müdafiəçisi Nadiya Murad ilə "cinsi zorakılığın müharibə və silahlı qarşıdurma silahı olaraq istifadəsinə son qoyulması istiqamətində ki səylərinə görə" Nobel sülh mükafatına layiq görüldü. Deninin Konqo münaqişəsi qurbanları üçün ədalət tələb etməsinə davam etməsi, həyatına və Panzi xəstəxanasına qarşı təhdid almasına səbəb oldu. Bu ölüm təhdidlərini əsasən Deninin öz ölkəsi,Ruanda və Uqanda da daxil olmaqla bu ölkələrdəki sosial media platformalarından alırdı. Bildirildiyinə görə, təhdidlər Deninin BMT-nin on illik hesabatında adı hallanan cinayətkarların beynəlxalq məhkəməyə çıxarılması üçün artan çağırışlarından sonra ortaya çıxdı. 2012-ci ildə Mukveqenin həyatına edilən sui-qəsd cəhdi, nəticədə onun və ailəsinin təhlükəsizliyi ilə əlaqədar olaraq ölkəni tərk etməsi ilə nəticələndi. Mukvege, İkinci Konqo müharibəsindən bəri təcavüz qurbanı olan minlərlə qadını 17 saatlıq iş günləri ilə gündə on əməliyyata girirdi.
Deni Mukveqe
Deni Mukveqe (fr. Denis Mukengere Mukwege;) 1 mart 1955[…], Bukavu, Belçika Konqosu) — Konqolu ginekoloq və Əllincilər (ing. Pentecostalism) pastorudur. O, silahlı üsyançılar tərəfindən təcavüzə uğramış qadınları, müalicə etdiyi Bukavudakı Panzi Xəstəxanasını qurub, orada işləyir. 2018-ci ildə Mukveqe və İraqlı hüquq müdafiəçisi Nadiya Murad ilə "cinsi zorakılığın müharibə və silahlı qarşıdurma silahı olaraq istifadəsinə son qoyulması istiqamətində ki səylərinə görə" Nobel sülh mükafatına layiq görüldü. Deninin Konqo münaqişəsi qurbanları üçün ədalət tələb etməsinə davam etməsi, həyatına və Panzi xəstəxanasına qarşı təhdid almasına səbəb oldu. Bu ölüm təhdidlərini əsasən Deninin öz ölkəsi,Ruanda və Uqanda da daxil olmaqla bu ölkələrdəki sosial media platformalarından alırdı. Bildirildiyinə görə, təhdidlər Deninin BMT-nin on illik hesabatında adı hallanan cinayətkarların beynəlxalq məhkəməyə çıxarılması üçün artan çağırışlarından sonra ortaya çıxdı. 2012-ci ildə Mukveqenin həyatına edilən sui-qəsd cəhdi, nəticədə onun və ailəsinin təhlükəsizliyi ilə əlaqədar olaraq ölkəni tərk etməsi ilə nəticələndi. Mukvege, İkinci Konqo müharibəsindən bəri təcavüz qurbanı olan minlərlə qadını 17 saatlıq iş günləri ilə gündə on əməliyyata girirdi.
Deni Papen
Deni Papen (fr. Denis Papin; d. 22 avqust 1647 - ö. 1712) — fransız ixtiraçı. == Həyatı == 1681-ci ildə fitli çayniki icad etmişdir.
Deni Qaysumov
Deni Qaysumov (d. 6 fevral 1968, Şali, Çeçenistan) — çeçen əsilli sabiq Azərbaycan futbolçusu. == Həyatı == 6 fevral 1968-ci ildə Şalidə anadan olmuşdur. == Karyera statistikası == === Millidə === Azərbaycan milli futbol komandasının heyətində 23 oyun keçirmişdir.
Dini ekstremizm
Fundamentalizm (ing. fundamentalism; fr. Fondamentalisme) — dini əsaslı əsl qaydalara geri dönmə tələbiylə özünü müəyyən edən və bu qaydalara qatı bir şəkildə bağlı olan digər görüşlərə qarşı toleranssız və dünyəvilik əleyhdarı dini hərəkət və ya dünyagörüşü. Kökdən dinçilik, ümumiyyətlə dini təbiətdəki bir sıra qaydaya bağlı, müasir ictimai və siyasi həyat ilə əlaqədar üzərində uzlaşılmış prinsiplərə qarşı reaksiyası olan inancı ifadə edər. Kökdən dinçilik termini İncilin sözcüyü sözcüyünə oxunub müdafiə olunması, həyata keçirilməsi üçün başladılan protestant hərəkata deyilirdi, zamanla genişlənərək bütün dini hərəkatlardakı ideoloji özə vurğu edən bir xarakterə bürünmüşdür. Dinin təməl prinsiplərinə bağlı, bu prinsiplərə dönməyi müdafiə edən, modernizm və sekülerizm əleyhdarı dini cərəyanları təyin etmək üçün istifadə edilər. Dini mətnləri ümumiyyətlə söz mənalarıyla anlarlar və yeni şərhlərə qarşı çıxarlar. Bu anlayış sıxlıqla radikalizm qarışdırılmışdır. == Fundamentalizmin yaranması və yüksəlişi == Fundamentalizm sözü, latınca "təməl" mənasını verən "fundamentum" kökündən törəmişdir. Bu anlayış ilk dəfə 1910–1915-ci illər də (XX əsrdə) Amerikada yevangelist protestantlar tərəfindən istifadə edilməyə başlanmışdır.
Dini icma
Dini icma — eyni dinə etiqad edən insanlar birliyi. Bu ifadə dar və geniş mənada istifadə olunur. Özlərinin xüsusi bir dinə etiqad etdiyini müəyyən edən edən insanlar həmin dinin icmasının üzvləri hesab olunurlar. Daha geniş mənada bu termin qruplar şəklində yaşayan və ya həmin dinə yaxın və ya həmin dinə qarışmış başqa dinlərə mənsub olan şəxslərlə yaşayan eyni dinə mənsub olan şəxslərin birliyi kimi başa düşülür. Gündəlik həyatda həmin şəxslər bir yerdə, məsələn, kilsə və ya məscid kimi həmin dinə məxsus məbədlərdə və ya ayrılıqda ibadət edə bilərlər. Nümunə kimi Belfastın Katolik icmasını və ya Fransada Yəhudi icmasını göstərmək olar. Bəzən şəxsin hər hansı icmanın üzvü kimi tanınması üçün onun həmin icma tərəfindən rəsmi olaraq qəbul edilməsi tələb oluna bilər. İsraildə ancaq eyni dini icmaya mənsub olan cütlüklər evlənə bilərlər. Dar mənada dini icma dedikdə dini məqsədlər üçün xüsusi olaraq bir araya gələn eyni dinə mənsub insanlar birliyi başa düşülür, məsələn, monastırda dini andlar kimi formal öhdəliklərin icrasını bura aid etmək olar.
Dini milliyətçilik
Dini millətçilik — millətçiliyin müəyyən bir dini inanc və ya doğma ilə olan əlaqəsidir. == Mahiyyəti == Bu əlaqə iki yerə ayırıla bilər: Din siyasəti Dinin siyasət üzərindəki təsiri Paylaşılan bir din millətin vətəndaşları arasında ortaq bir əlaqə olan birlik duyğusuna əlavə dəyər yükləyir. Dinin digər bir siyasi tərəfi, bəzi hallarda paylaşılan etnik mənsubiyyət, dil və ya kültür kimi milli kimliyi dəstəkləməsidir. == Xristianlıq və millətçilik == Xristian millətçilər xristianlıq qanunlarını keçərək, daxili siyasıtə daha çox diqqət ayırırlar. Birləşmiş Krallıqda Xristian millətçiliyi mühafizəkar olmağa daha meyillidirlər. XX əsrin ilk yarısındakı müharibələr dövründə xüsusi olaraq müxtəlif Avropa ölkələrində siyasi görüşlərin sağ cinahında dini millətçilik və ya din millətçiliyinin (klero-millətçilik və ya kretizm-millətçiliyi) müəyyən radikallaşmış formaları ortaya çıxırdı. Polşada millətçilik hər zaman Katolik kilsəsinə bağlı olmuşdur. Polşa Milli Dirilməsi kimi qruplar, Vielka Polska Katolicka (Böyük Katolik Polşa) kimi şüarlardan istifadə edirlər, cinsi azlıq evliliklərinin və abortun qanuniləşdirilməsinə şiddətlə qarşı çıxırlar. Radio Maryja ilə əlaqəli mühafizəkar dini qruplar, əsasən millətçi və anti-semit mövqelərinə görə günahlandırılırlar. Şərqi Ortodoks və milli Ortodoks Kilsələrinə ortaq olaraq bağlılıq ilə xarakterizə olunan dini millətçilik, bir çox Şərqi Avropa ölkəsində və Rusiya Federasiyasında var.
Dini millətçilik
Dini millətçilik — millətçiliyin müəyyən bir dini inanc və ya doğma ilə olan əlaqəsidir. == Mahiyyəti == Bu əlaqə iki yerə ayırıla bilər: Din siyasəti Dinin siyasət üzərindəki təsiri Paylaşılan bir din millətin vətəndaşları arasında ortaq bir əlaqə olan birlik duyğusuna əlavə dəyər yükləyir. Dinin digər bir siyasi tərəfi, bəzi hallarda paylaşılan etnik mənsubiyyət, dil və ya kültür kimi milli kimliyi dəstəkləməsidir. == Xristianlıq və millətçilik == Xristian millətçilər xristianlıq qanunlarını keçərək, daxili siyasıtə daha çox diqqət ayırırlar. Birləşmiş Krallıqda Xristian millətçiliyi mühafizəkar olmağa daha meyillidirlər. XX əsrin ilk yarısındakı müharibələr dövründə xüsusi olaraq müxtəlif Avropa ölkələrində siyasi görüşlərin sağ cinahında dini millətçilik və ya din millətçiliyinin (klero-millətçilik və ya kretizm-millətçiliyi) müəyyən radikallaşmış formaları ortaya çıxırdı. Polşada millətçilik hər zaman Katolik kilsəsinə bağlı olmuşdur. Polşa Milli Dirilməsi kimi qruplar, Vielka Polska Katolicka (Böyük Katolik Polşa) kimi şüarlardan istifadə edirlər, cinsi azlıq evliliklərinin və abortun qanuniləşdirilməsinə şiddətlə qarşı çıxırlar. Radio Maryja ilə əlaqəli mühafizəkar dini qruplar, əsasən millətçi və anti-semit mövqelərinə görə günahlandırılırlar. Şərqi Ortodoks və milli Ortodoks Kilsələrinə ortaq olaraq bağlılıq ilə xarakterizə olunan dini millətçilik, bir çox Şərqi Avropa ölkəsində və Rusiya Federasiyasında var.
Dini plüralizm
Dini plüralizm — (ing. Religious Pluralism) — Dinlərarası münasibətlərin müəyyənləşdirilməsində əsas fəlsəfi yanaşmalardan biri. Dini plüralizm qısa formada, müxtəlif din və məzhəbləri təsdiqləmək və onların hamısının həqiqəti olmasına hökm etmək mənasındadır. Dini pluralizm, dinlərin haqq olması barəsində olan suala verilən bir cavabdır. == Dini plüralizm nədir? == Bəşər həyatının müxtəlif sahələrindəki və çoxluğu və müxtəlifliyi təbliğ edən və eyni zamanda onların hamısını eyni vaxtda təsdiq edən cərəyan "Plüralizm" adlanır. Plüralizm latın dilində plüralist sözündən götürülmüş və çoxlu mənasını ifadə edir. Plüralizmin din sahəsindəki cərəyanı və bu cərəyanın digər dini baxışlarla fərqini araşdırmaq bizim əsas məqsədimizdir. Plüralizim çoxluğa meyillilik mənasındadır. (plural- cəm) Bu mövzu müxtəlif sahələrdə o cümlədən, din və əxlaq fəlsəfəsində, hüquq və siyasi və sair … sahələrdə çoxluğa tərəf meyl mənasında olub, müxtəlif istifadələri var və bütün bu mənalar arasında müştərək məna, təkliyə meyillilik və ya münhəsirliyin (Exclusivism) qarşısında çoxluğa meyilliliyin rəsmi tanınması mənasıdır.