Dini plüralizm

Dini plüralizm — (ing. Religious Pluralism) — Dinlərarası münasibətlərin müəyyənləşdirilməsində əsas fəlsəfi yanaşmalardan biri.

Dini plüralizm qısa formada, müxtəlif din və məzhəbləri təsdiqləmək və onların hamısının həqiqəti olmasına hökm etmək mənasındadır. Dini pluralizm, dinlərin haqq olması barəsində olan suala verilən bir cavabdır.

Dini plüralizmin simvolları

Dini plüralizm nədir?

[redaktə | mənbəni redaktə et]

Bəşər həyatının müxtəlif sahələrindəki və çoxluğu və müxtəlifliyi təbliğ edən və eyni zamanda onların hamısını eyni vaxtda təsdiq edən cərəyan "Plüralizm" adlanır. Plüralizm latın dilində plüralist sözündən götürülmüş və çoxlu mənasını ifadə edir. Plüralizmin din sahəsindəki cərəyanı və bu cərəyanın digər dini baxışlarla fərqini araşdırmaq bizim əsas məqsədimizdir. Plüralizim çoxluğa meyillilik mənasındadır. (plural- cəm) Bu mövzu müxtəlif sahələrdə o cümlədən, din və əxlaq fəlsəfəsində, hüquq və siyasi və sair … sahələrdə çoxluğa tərəf meyl mənasında olub, müxtəlif istifadələri var və bütün bu mənalar arasında müştərək məna, təkliyə meyillilik və ya münhəsirliyin (Exclusivism) qarşısında çoxluğa meyilliliyin rəsmi tanınması mənasıdır.[1]

Amma dini plüralizm (Religious pluralism) bu mənadadır ki, həqiqət və xoşbəxtlik tək bir dində cəm olmayıb, bəlkə də bütün ilahi dinlərdə bu həqiqət var. Nəticədə, ilahi dinlərin hansı biri ilə tərəfdaşlıq olunsa, insan əsl həqiqət və xoşbəxtliyə çata bilər. Bu əsasa görə dinlər arasında haqq və batil meyarı aradan götürülür və dini düşmənçilik və çəkişmələr öz yerini həmkarlıq və dostluğa verir.

Dini plüralizm son onillikdə xristian aləmində Con Hik (1922–2012) tərəfindən irəli sürülüb və dünyada yayılıb. O yazır: "Təbiətşünaslıq baxımından, dinlərin çoxluğu, sadə dildə desək, din tarixində mədəniyyət və adətlərin çoxluğunun nəticəsidir. Fəlsəfi baxımdan bu nəzəriyyə müxtəlif və bir-biri ilə rəqabət aparan adətlər arasında olan əlaqələrin xüsusi formasıdır. Bu termin, o nəzəriyyəyə əsaslanır ki, dünyanın böyük dinləri böyük bir həqiqət və ilahi işarələrdən bəhrələnmiş müxtəlif anlamlardır." Başqa yerdə yazır: "Dinlərin müxtəlifliyi müxtəlif təcrübi dinlərin nəticəsidir. Onların hər biri tarixin müəyyən dövründə başlayıb, elmin və mədəniyyətin inkişafı və insanın özünü dərk etməsi ilə sona yetib."

Biz çox rəngarəng əqidə, mədəniyyət, incəsənət və dinlərin zühur etdiyi əsrdə yaşayırıq. 20-ci əsrin ən qabarıq xüsusiyyəti də məhz budur. Bu gün insanlar dünyanın ən ucqar yerlərinə səfər edir, müxtəlif adət ənənələr və mədəniyyətlərlə tanış olurlar. Müasir həyat bütün sahələrdə olduğu kimi dinin etiqad üzrə rəngarəngliyini də müasir insan üçün adiləşdirmişdir. Bu gün insan təfəkkürünü nisbiliyin kulminasiya nöqtəsi bilsək, yanılmarıq. Müasir post modern filosoflarından sayılan Jak Derrida Postmodernizm dövrünün ən əsas cəhətini onun tam şəkildə nisbiliyi təbliğ etməsi hesab edir. Jak Derridanın fikrincə müasir təfəkkürə əsasən biz indiyə qədər yaxşı və pis adlandırdığımız anlayışları daha bu adla səsləyə bilmərik. Postmodernizm sistemi hər bir mənaya birmənalı münasibət bildirməyi mənasız hesab edir. İndi pis adlandırdığımız insanlar və onların çirkin əməlləri özünü təqdim etmək və öz varlığı ilə qürurlanmaq hüququ qazanmışdır. İnsanların aksiom şəklində təsdiq etdikləri qanunlar bu qədər nisbilik hücumuna məruz qalırsa, dini etiqad və ayinlərin vəziyyəti tam aydındır.

Dinlərin çoxluğu məsələsinə, başqa cavablar da, verilibdir. Yalnız bir dinin haqq olması, alimlərin çoxunun tarix boyu inandığı fikir olubdur. Təbiətçilik də, 17-ci əsrdən sonra, bir miqdar yayıldı. Vəhdətçilik, irfan əhlinin nəzəri, uzaq keçmişdən indiki zamana qədər olub və mövcuddur. Şumulçuluq da, nisbətən yeni bir nəzəriyyədir ki, xristianmüsəlman alimləri arasında tərəfdarı var. Şumulçuluq, bu mənayadır ki, dünya dinlərini, məxsusən uzun müddət qalıb və ardıcıllarının ehtiyaclarını cavablandıranlar, həqiqətən bəhrəsiz deyildirlər. Amma onların hamısının haqq olması eyni zamanda doğru ola bilməz. Dinlərin biri, o birilərindən daha çox haqqdır. O birilər də onunla dinin əsası və əsl ruhunda şərik olduqları qədər, həqiqətə malikdirlər.

Axır ki, ildə, dinlərin kəsrəti mövzusunda açıqlanan məsələlər, elm və düşüncə əhli üçün, xüsusi maarif müəllimlərinin, həmçinin cəmiyyətin digər tərbiyəçilərinin, bu məsələnin digər tərəfləri ilə və ya müxtəlif nəzərlərlə tanış olmaları zəruridir. Bu mövzu barəsində kitab və nəşriyyatlarda indiyə kimi yazılanlara daha çox, bir nəzəriyyəni əks etdirirlər. nəzəriyyələri bir səviyyədə çatdırmaq, həm düşüncənin inkişafına manedir, həm də təqlid olunan və cahilanı təəssübü çoxaldır.

Bu mövzuda daha da geniş və səmərəli məlumat əldə etmək istəyirlər, Ələddin Məlikovun tərcümə etdiyi Dini Plüralizm kitabına müraciət edə bilərlər.[2]

  1. Dini Plüralizm, Hadi Sadiqi, Tərcümə: Ələddin Məlikov, 2011, səh 14.
  2. "Dini Plüralizm". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]