Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korbolko
Korokke
Korokke (yap. コロッケ) — yapon mətbəxinə aid yemək. Bu yemək növü ət, dəniz məhsulları və ya tərəvəz, un, yumurta, çörək parçaları və yağda qızardılmış əlavə edilən xırçıltılı və kartoflu kroket kimidir. Müstəqil yemək və ya digər yeməklərə əlavə olaraq istifadə olunur, məsələn yapon karrisi, tonkatsu. Çox vaxt bento ilə qoyulur. 1887-ci ildə fransızlar Yaponiyada ilk kroket istehsal etdilər. Bu dövrdə süd emalı texnologiyası Yaponiyada populyar olmadığı üçün kartof püresi ilə korokke istehsal edilməsi düşünülmüşdür. Beləliklə, korokke tezliklə Yaponiya mətbəxinin ayrılmaz tərkib hissəsinə çevrilir. Korokkenin müxtəlif növləri vardır. Məsələn: kartof korokkesi, ət korokkesi, tuna korokkesi, tərəvəz korokkesi, karri korokkesi, boranı korokkesi, kremli korokke və s.
Orozko
Orozko (isp. Orozco) — İspaniyada şəhər və bələdiyyə mərkəzi, Biskayada əyalət.
Korolkov doqquzdonu
Korolkov doqquzdonu (lat. Lonicera korolkowii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Orta Asiyada yayılmışdır. Hündürlüyü 3 m olan, yumşaq tüklü, budaqlı, dekorativ, yarpağıtökülən koldur. Yarpaqların diametri 3 sm-ə çatır, enli qaidəli, yumurtaşəkilli və ya ellipsvarı, ucu biz, mavi-yaşıl rənglidir, çox vaxt göyümtül olur. Aprel-may aylarında 15-20 gün ərzində bol çiçəkləyir, çiçəkləri çəhrayı rəngdə olur və yaşıl fonda çox gözəl görünür. Şarşəkilli, narıncı və ya al-qırmızı, meyvələri budaqların üzərində payıza qədər qalır. Zərərverici və xəstəliklərdən az zərər çəkir. Abşeronda vegetasiyası aprelin ortalarından başlayaraq oktyabrın axırlarına qədər davam edir. Hər il meyvə verir, meyvələri avqustun axırı sentyabrın birinci yarısında yetişir.
Korolkov yemişanı
Korolkov yemişanı (lat. Crataegus korolkowii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Tatyana Sorokko
Tatyana Sorokko (rus. Татьяна Сорокко) (təxəllüsü Соро́кко 26 dekabr 1971, Arzamas-16) — rusiyalı Model və Moda redaktor. Tatyana Nikolayevna Sorokko 26 dekabr 1971-ci ildə indiki Arzamas-16 şəhərində. Tatyana Sorokko Prada, Chanel, Alexander McQueen, Christian Dior, Calvin Klein, Donna Karan, Valentino, Marc Jacobs, Ralph Lauren, Chloe, Christian Lacroix, Givenchy, Jean-Paul Gaultier, Gianfranco Ferre, Issey Miyake, Kenzo, Michael Kors, Karl Lagerfeld, Gianni Versace, Yves Saint Laurent və digər moda evləri üçün podiuma çıxırdı. Vogue, Harper's Bazaar, Marie Claire, Cosmopolitan, ELLE kimi brend jurnalların üz qabığını bəzəyirdi. Pantene kosmetik markanın "üzü" seçilmişdi, həmçinin Donna Karan, Yves Saint Laurent, Ungaro, Versace, brendlərin reklam kampaniyalarında iştirak etmişdi. Tatyana Sorokko anketi: Boyu : 180 sm Sinə ətrafı : 86,5 sm Beli : 61 sm Omba genişliyi : 86,5 sm Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Mavi "Татьяна Сорокко: FashionModelDirectory.com" (ingilis). 2012-05-11 tarixində arxivləşdirilib. "Татьяна Сорокко: [[Internet Movie Database]]" (ingilis). 2012-05-11 tarixində arxivləşdirilib.
Valeriya Korotenko
Valeriya Məmmədova (qızlıq soyadı: Korotenko; 29 yanvar 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Valeriya Məmmədova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri tutub. Valeriya Məmmədova 29 yanvar 1984-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Valeriya Məmmədova ailəlidir. O, 12 iyun 2011-ci ildə cüdoçu Nicat Məmmədov ilə ailə həyatı qurdu. Cütlüyün, 12 dekabr 2014-cü ildə övladı dünyaya gəldi. Valeriya Məmmədova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Valeriya Məmmədova isə həmin Avropa Çempionatında, ən yaxşı libero seçildi. Valeriya Məmmədova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı.
Karmin Krokko
Carmine Crocco (5 iyun 1830, Rionero-in-Vulture[d], Bazilikata – 18 iyun 1905 və ya 8 (21) iyun 1905, Portoferrayo[d], Toskana) — Donatello və ya Donatell kimi tanınan İtaliyan qulduru. O, əvvəlcə Burbonda, sonra isə Cüzeppe Haribaldinin dəstəsində mübarizə aparıb. Tezliklə İtaliyanın cənubunda, iki min nəfərlik ordu formalaşdırıb və Burbon tərəfdə ən qorxulu, aparıcı liderlərdən olub. O, pusqu quraraq su təchizatının kəsilməsi, un anbarlarını dağıtmaqla, teleqraf məftillərinin qırılması və s. kimi özünün partizan taktikası ilə məşhurdur. Bu gün cənubi İtalyanın bir çox xalqı və xüsusilə də doğma rayonu Basilicata onu xalq qərəmanı sayırlar.
Vaşinqton Koroso
Vaşinqton Brian Koroso Beserra (isp. Washington Bryan Corozo Becerra; 9 iyul 1998, Kevedo, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda hücumçu kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. Koroso peşəkar karyerasına İndependente del Vale klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 6 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Keunka klubuna qarşı oyunda etmişdir. Koroso ikinci hissədə Brian Kabesası əvəz etmişdir. Koroso ilk qolunu 20 iyul 2016-cı ildə İndependente klubu ilə El Nasyonal klubuna qarşı oyunda vurmuşdur. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Uruqvay, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Çili, Kolumbiya və Boliviya millilərinə qarşı oyunlarda Koroso dörd qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir.
Şinzo Koroki
Şinzo Koroki (d. 31 iyul 1986) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Morozko (film, 1964)
Morozko (rus. Морозко) — 1964-cü ildə çəkilmiş SSRİ cizgi filmi. Filmin SSRİ-də premyerası 24 mart 1965-ci ildə olub.
Mark Rotko
Mark Rotko (rus. Ма́ркус Я́ковлевич Ротко́вич, lit. Markuss Rotkovičs; 25 sentyabr 1903[…], Dauqavpils, Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 fevral 1970[…], Manhetten, Nyu-York ştatı) — amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi. Mark Rotko adı ilə daha çox tanıdığımız Markus Yakobleviç Rotkoviç 1903-cü ilin 25 sentyabrında Rusiya İmperiyasının Vitebsk əyalətinin Dvinsk şəhərində anadan olub. Hal-hazırda Dvinsk şəhəri Dauqavplis adını daşıyır və Latviyanın ən böyük ikinci şəhəridir. Mark yəhudi ailəsində doğulmuşdu atası Yakob əczaçılıqla məşğul olurdu. Yakob əzcazıçılıqla məşğul olmasına və az məvacib almasına baxmayaraq, həmişə övladlarının təhsilinə böyük önəm göstərirdi. Markın qardaşı uşaqlıq dövrünü xatırlayaraq qeyd edir: "Biz oxuyan ailə idik. Markın özü də Rusiyada yaşayarkən artıq rus dili ilə yanaşı, ivrit və idiş dillərində də danışa bilirdi". Dövrün siyasi vəziyyətindən asılı olaraq bir çox yəhudi ailələri kimi Rotkolar da ABŞ-yə üz tuturlar.
Harold Kroto
Harold Kroto (7 oktyabr 1939[…] – 30 aprel 2016[…]) — britaniyalı kimyaçı, Robert Kerl və Riçard Smolli ilə birlikdə 1996-cı il kimya üzrə — "Fullerenlərin kəşfinə görə" Nobel mükafatı laureatı. Kopli medalının qalibi (2004il). Bakalavr cəngavərləri 1996-cı ildə, London Kral Cəmiyyətinin üzvü (1990il), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2006 il), Edinburq Kral Cəmiyyətinin fəxri üzvü (1998 il). Harold Kroto Edit və Heinz Krotoşiner ailəsində anadan olub. (Ailə soyadını 1955-ci ildə qısaldaraq Kroto olaraq götürdü.) Onun adı Silezya mənşəlidir. Atasının ailəsi Boyanovodan (Polşa), anası isə Berlindəndir. Onun valideynləri Berlində anadan olublar, lakin atası yəhudi olduğu üçün 1930-cu illərdə Britaniyaya qaçıblar. H. Kroto Boltonda böyüdü və Bolton Məktəbində oxudu, hansıki, İen Makkellen də o vaxt bu məktəbdə oxuyurdu. Uşaqlıqda o, Messano dəstlərinə heyran idi və Kroto qeyd edirdi ki, bu dəstlər ona elmi tədqiqatlar üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək etdi. Sonra kimya, fizika və riyaziyyata marağı yarandı.
Harri Kroto
Harold Kroto (7 oktyabr 1939[…] – 30 aprel 2016[…]) — britaniyalı kimyaçı, Robert Kerl və Riçard Smolli ilə birlikdə 1996-cı il kimya üzrə — "Fullerenlərin kəşfinə görə" Nobel mükafatı laureatı. Kopli medalının qalibi (2004il). Bakalavr cəngavərləri 1996-cı ildə, London Kral Cəmiyyətinin üzvü (1990il), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2006 il), Edinburq Kral Cəmiyyətinin fəxri üzvü (1998 il). Harold Kroto Edit və Heinz Krotoşiner ailəsində anadan olub. (Ailə soyadını 1955-ci ildə qısaldaraq Kroto olaraq götürdü.) Onun adı Silezya mənşəlidir. Atasının ailəsi Boyanovodan (Polşa), anası isə Berlindəndir. Onun valideynləri Berlində anadan olublar, lakin atası yəhudi olduğu üçün 1930-cu illərdə Britaniyaya qaçıblar. H. Kroto Boltonda böyüdü və Bolton Məktəbində oxudu, hansıki, İen Makkellen də o vaxt bu məktəbdə oxuyurdu. Uşaqlıqda o, Messano dəstlərinə heyran idi və Kroto qeyd edirdi ki, bu dəstlər ona elmi tədqiqatlar üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək etdi. Sonra kimya, fizika və riyaziyyata marağı yarandı.