Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kek
kek ya da tort— şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu. == kekların növləri == === Şokoladlı kek === ==== Ərzaqlar ==== 250 qram un 6 ədəd yumurta 130 qram şəkər 50 qram kakao tozu 200 qram qaymaq 100 qram şokolad 5 qram ovulmuş portağal qabığı 1 paket vanil 5 qram soda ==== Hazırlanması ==== Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun! === Portağal sufleli kek === ==== Tərkibi ==== biskvit üçün: 3 yumurta 150 q şəkər tozu 150-200 q un sufle üçün: 20 q jelatin 200-250 portağal şirəsi (4-5 portağalın) 500 ml 33-35%-li qaymaq 150 q şəkər tozu ==== Hazırlanması ==== Yumurtaları şəkər tozu ilə çalın.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Ker
Ker - türk və altay mifologiyalarında pis varlıq. Gər (Gir, Kir) olaraq da deyilir. O varlığın pis bir xüsusiyyətə sahib olduğunu göstərir. Tek ayaqlı, tək gözlü, tək qollu keçəl varlıqlardır. Şumerlerde Qur adlı bir yer altı canavarı bulunur ki, yer altında yaşayan varlıqların Ker sözcüyü ilə təyin olunması bununla əlaqəli ola bilər. Yeraltında yaşadığına inanılan "Ötker" adlı pis varlıqlar da bunların bir növüdür. O biri aləmə aid canlılar daim tək gözlüdür. Ker sözünün kor mənasını verdiyini qarşıya qoyan görüşlər də mövcuddur. Bu sifətlə xatırlanan beş əhəmiyyətli varlıq tapılar. Ker Yutpa: Yeraltı əjdahası Ker Abra: Yeraltı ilanı Ker Arat: Yeraltı balığı Ker Doydu: Yeraltı balığı Ker Köylek: Yeraltı cadugəri == Etimologiya == (Ker/Gər/Gir) kökündən törəmişdir.
Kev
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Lej
Lej (fr. Liège) Belçikanın 10 əyalətindən biridir. Limburq, Namyur, Flamand Brabantı, Vallonski Brabanton və Lüksemburq əyaləti (Lüksemburq dövləti), Niderland və Almaniya ilə həmsərhəddir. İnzibati-ərazi vahidi Lej şəhəri. == Coğrafiyası == Vilayətin şərqində Almaniya sərhəddindən Şərqi Kantonlar mövcuddur ki, harada alman azlıqlar yaşayır. Lej şəhərində məşhur kurort Spa və yeganə frankdilli şəhər Niderland sərhəddində yerləşir. 1829-cu ildə Lej və Engis şəhərlərində neandertal insan kəlləsi tapılmışdır. Trou Al’Wesse mağarada yağıntıların təsiri ilə neandertal insanın sümükləri saxlanılmamışdır. Genetiklərin analizləri nəticəsində neandertal insanın DNK sı aşkar edilmişdir. == Əsas göstəriciləri == Sahə: 3862 кm² Ən hündür zirvəsi: Botranj,694 m (Belçikanın ən hündür nöqtəsi) Əsas çayları: Maas, Urt, Verd, Amblev Əhalisi: 1 067 685 nəfər.
Ləj
Ləj — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Tarixi == Ləj kəndi və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Haftoni, Talışlı (Karpoviç), Hacıkənd), İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905–1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri lənkəranlı zədəgan Hacı İsaya satır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Hacı İsanın bütün əmlakı müsadirə olunmaqla sürgün edilir. Ləj kəndinin şimal-qərbindəki, ərazi "Hacı İsa poyn (vırə)" (talış dilindən tərcüməsi Hacı İsa yeri), kəndin şimal-şərqindəki ərazi isə "Bızəyjobə" adlanır. Ləj sözünün mənşəyi talış dilindən azərbaycan dilinə "bataqlıq" və ya "çökəklik" kimi tərcümə olunur. "Bızəyjobə" sözünün mənası "Buzeyirlilərin obası" deməkdir. Kəndin tarixindən də bəlli olduğu kimi burada məskunlaşmış bir sıra tayfalar məhz Lerik rayonunun Buzeyir (aborigen talışların dilində "Bızəy") kəndindən köçmüşlər. == Mədəniyyəti == Haqqında danışılan kəndin tarixi qədim olmasa da kəndə köç etmiş tayfaların özünə məxsusluğu vardır.
Rej
Rej — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Tej
Tej-alkoqollu içkidir. == Haqqında == Efiopiya xalqlarının hazırladığı içkidir. Qeyşu ağacının budaqları və yarpaqlarından hazırlanır ki, bal və acılıq verən ədviyyatlar əlavə edilir.Bu içkinin şirin, zəif alkoqollu əvəzləyicisi Berz adlanır.Tej həmçinin ev içkisidir. Bunu Efiopiya toylarında istifadə edirlər.
Ket
Ketlər
Cek Ked
Cek Ked (1420-1450) — üsyan rəhbəri. == Həyatı == Cek Ked 1450-ci il iyulun 12-də döyüşdə həlak olmuşdur.
Conatan Key
Conni Keş
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Haruun-Kel
Haruun-Kel (ing. Haruun Kal) — "Ulduz müharibələri" kainatında uydurma planet. Klon müharibələri zamanı Haruun-Keldə Qalaktik respublika ilə Müstəqil Sistemlər Konfederasiyası arasında döyüş baş vermişdir. Ceday ustası Meys Vindu bu planetdəndir. Klon müharibələrinədn sonra Qalaktik imperiya Haruun-Keldəki üsyanı yatırmaq üçün oraya öz qüvvələrini göndərmiş, döyüş orbital bombardman və imperiyanın qələbəsi ilə başa çatmışdır. Planet haqqında "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"də daha geniş məlumat verilir. Planetin səthi Yerə bənzəyir, cəngəlliklərdən, yaylalardan və vulkanlardan ibarətdir. Planetin sıx yaşıllığı xəstəlik törədən həşəratlar, parazitlər və davamlı göbələklərlə doludur. Buna baxmayaraq, planetdə korunnay adlanan insanlar yaşayır. == İstinadlar == == Xarici keçidlər == Haruun Kal — Vukipediya saytında.
Katrina Kef
Katrina Kaif (16 iyul 1983, Honkonq) — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. == Həyatı == 16 iyul 1983-cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır. Atası əslən qafqaz kökənlidir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Keh (Miyanə)
Keh (fars. كه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (39 ailə).
Kek (mifologiya)
Kek (mifologiya)— Kek qədim Misir kosmoqoniyasında Hermopolis Oqdoadında ilkin qaranlıq anlayışının ilahiləşdirilməsidir. Oqdoad dörd cüt tanrıdan, qadın həmkarları ilə qoşalaşmış dörd kişi tanrıdan ibarət idi. Kekin qadın həmkarı Kauket idi. Kek və Kauket də bəzi aspektlərdə gecə və gündüzü təmsil edir və müvafiq olaraq "işıq qaldıran" və "gecə qaldıran" adlanır. Ad "qaranlıq" kkw sözü ilə əlaqəli heyət liqaturasında (N2) göy üçün heroqlifin variantı ilə kk və ya kkwy kimi yazılır. == Tarixi == Ən qədim təsvirlərdə Kekuiyə ilanın, Kekuitə isə ya qurbağanın, ya da pişiyin başı verilir. Bir səhnədə onlar Ka və Kate ilə eyniləşdirilir; bu səhnədə Ka-Kekuinin üstü böcəklə örtülmüş qurbağa başı, Kate-Kekuit isə disklə örtülmüş ilan başı var. Yunan-Roma dövründə Kekin kişi forması qurbağa başlı kişi, qadın forması isə ilan başlı qadın kimi təsvir edilmişdir, Oqdoaddakı bütün dörd dualistik anlayış kimi. == Populyar mədəniyyətdə == 2016-cı il ABŞ prezident seçkiləri ilə əlaqədar olaraq, 4chan kimi onlayn mesaj lövhələri ilə əlaqəli insanlar Keck və qurbağa obrazı Pepe arasında oxşarlıqları qeyd etdilər. Bu, "kek" termininin tez-tez Pepe şəkilləri ilə birləşdirilən "lol" İnternet jarqonunun məşhur əvəzi kimi tez-tez istifadəsi ilə birlikdə qədim tanrıya marağın yenidən artmasına səbəb oldu.
Ken Duken
Ken Duken (alm. Ken Duken‎; doğ. 17 aprel 1979) - Almaniyalı kino aktyor. == Bioqrafiya == Ken Duken keçmiş AFR-ın Haydelberq şəhərində anadan olmuşdu. O film və teatr aktrisası Kristiane Löbün üçüncü uşağıdır; onun atası həkimdir. Duken heç vaxt drama məktəbində iştirak etmirdi, lakin buna baxmayaraq, o Ceyms Reynolds da daxil olmaqla bir sıra drama kurslarını keçmişdir. Aktyor başlanğıcda "Der Besuch der Alten Dame" (Yaşlı xanımın səfəri), "Montevideo Das Haus" (Montevideo evi) kimi pyes və o cümlədən Uilyam Şekspirin müxtəlif teatr rollarında oynamışdır. Televiziyada aktyor qismində Ken, Nadya Ul və Daniel Brül ilə yanaşı Blutiger Ernst adlı cinayət filmində debüt rol almışdır. == Karyera == Ken Dukenin film ekranlarında ilk böyük rolu Franka Potente və Hayner Lauterbax ilə birlikdə rejissor Fridemann Frommun 1999-cu ildə çəkdiyi Schlaraffenland (Süd və Bal diyarı) filmində oynamışdır. Həmin il o alman Film mükafatı üçün namizəd olan Migel Aleksandrenin Gran Paradiso dram filmində oynayır.
Ken Naqanuma
Ken Naqanuma (5 sentyabr 1930 - 2 iyun 2008) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 1 qol vurub.
Ken Noritake
Ken Noritake (18 iyul 1922 - 6 mart 1994) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Ken Tompson
Ken Tompson — Unix əməliyyat sistemini dizayn edən və yaradan, kompüter elmləri üzrə öncü şəxs. O, 1943-cü il fevralın 4-ü Amerika Birləşmiş Ştatdlarında anadan olmuşdur. Karyerasının çoxunu Bell laboratoriyasında çalışmaqla keçirmişdir.
Ken Uatanabe
Ken Vatanabe (yap. 渡辺 謙; 21 oktyabr 1959) — məşhur yapon aktyoru, döyüş ustası və prodüseri. 1959-cu ildə Yaponiyanın Niiqata prefekturasının Koide qəsəbəsində anadan olub, atası kalliqrafiyaçı olmuşdur. Ken 1978-ci ildə Musaşino musiqi akademiyasını bitirmişdir. O, aktrisa Yuki Vatanabenin qardaşıdır. Model Anna Vatanabenin atasıdır.
Ken Vatanabe
Ken Vatanabe (yap. 渡辺 謙; 21 oktyabr 1959) — məşhur yapon aktyoru, döyüş ustası və prodüseri. 1959-cu ildə Yaponiyanın Niiqata prefekturasının Koide qəsəbəsində anadan olub, atası kalliqrafiyaçı olmuşdur. Ken 1978-ci ildə Musaşino musiqi akademiyasını bitirmişdir. O, aktrisa Yuki Vatanabenin qardaşıdır. Model Anna Vatanabenin atasıdır.