Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
MilliNet
Milli İnternet Mükafatı (qısaca Milli Net) — Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir. == Tarixi == Müsabiqənin 2009-cu ildən bu yana ənənəvi olaraq hər il təşkil olunur. 2018-ci il Milli İnternet Mükafatının 10 illik yubileyi kimi qeyd edildi. Lakin, 2019-cu ildə rəhbərlik tərəfindən AİF, MilliNet TK və MilliNet münsiflərinin qarşıdakı dövrlərdə MilliNet-in tam yeni konsepsiyada fəaliyyətə başlamasını nəzərdə tutduğunu və müasir çağırışlar baxımından Azərbaycan İnternetinin inkişafı, milli internet resursların yaradılmasının stimullaşdırılması və qiymətləndirilməsinə yeni yanaşmalar, MilliNet –in məqsəd və vəzifələrinin yenilənməsi üzərində işlər aparıldığı barədə məlumat verilərək AİF və MilliNet komandasının 2019-cu ildə MilliNet yarışmasını təşkil etməyəcəyinini təsdiq etmiş oldu. Lakin, MilliNet2020-nin yeni konsepsiyada fəaliyyətə başlaması nəzərdə tutulduğu bildirilsə də koronavirus pandemiyası və digər səbəblərə görə layihə təxirə salınmalı oldu. 2021-ci ildə layihənin keçirilib, keçirilməyəcəyi barədə hələki rəsmi açıqlama verilməyib. == Əsas məqsədi == Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək; Ən yaxşı milli internet resurslarımızın Azərbaycanda və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq; İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək; Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək. == Qiymətləndirmə meyarları == Müsabiqə Komissiyası saytların qiymətləndirmə prosesində aşağıdakı meyarları rəhbər tutulur: Məzmun (informasiya tutumu); Dizayn (vizual görünüş); Funksionallıq (naviqasiya funksiyaları).
Missioner pozası
Missioner pozası — heteroseksual cütlüyün kişi üstdə olmaqla uzandığı və ya eyni cinsiyyətli cütlüyün bənzər formada uzandığı üzbəüz cinsi əlaqə (seks) pozası. Bu poza göz kontaktına, öpüşməyə və çoxsaylı toxunuşlara imkan verən çoxyönlü cinsi əlaqə pozasıdır. Ən çox istifadə olunan cinsi əlaqə pozalarından biri sayılır. Çünki sadə və effektivdir. Ayaqları bir az dəyişmək bədənin müxtəlif yerlərini stimullaşdıra bilər. Əsasən heteroseksual fəaliyyətdə istifadə olunsa da, eynicinsiyyətli cütlüklər də tez-tez istifadə edir. Cinsi əlaqə zamanı missioner seks pozası kişiyə çanaq zərbələrinin ritmini və dərinliyi idarə etməyə kömək edir. Bu poza hamiləliyin sonrakı dövrlərində, yaxud qadının ritm və dərinlik üzərində daha çox kontrola sahib olması arzu olunan hallarda əlverişsiz hesab olunur. == Populyarlıq == İnsanlar arasında missioner pozası ən çox istifadə olunan pozadır.
The Million Dollar Homepage
The Million Dollar Homepage — 26 avqust 2005-ci ildə Aleks Teu tərəfindən qurulan veb sayt. Teu İngiltərədə təhsil alan universitet tələbəsi idi və saytı təhsil haqqını ödəmək üçün qurmuşdur. Ana səhifə 1000 x 1000 piksel olaraq milyon pikseldən ibarətdir. Aleks 10 × 10 ölçüsündə olan hər bloku 1 dollara satışa çıxarmışdı. Blokları satın alanlar özlərinə məxsus blokda reklam yerləşdirəcəkdilər. Bu sayt bir müddət sonra internet ulduzuna çevrildi. Alexa reytinqinə görə 40.044 ziyarət ilə təxminən 127-ci sırada yer aldı. 1 yanvar 2006-cı ildə son 1000 piksel eBay platfomasında auksiona çıxarıldı. Auksion 11 yanvarda 38.100 dollarla yekunlaşdı və saytın ümumi gəliri 1.037.100 ABŞ dolları oldu.