The Million Dollar Homepage — 26 avqust 2005-ci ildə Aleks Teu tərəfindən qurulan veb sayt. Teu İngiltərədə təhsil alan universitet tələbəsi idi və saytı təhsil haqqını ödəmək üçün qurmuşdur. Ana səhifə 1000 x 1000 piksel olaraq milyon pikseldən ibarətdir. Aleks 10 × 10 ölçüsündə olan hər bloku 1 dollara satışa çıxarmışdı. Blokları satın alanlar özlərinə məxsus blokda reklam yerləşdirəcəkdilər.[2][3]
The Million Dollar Homepage | |
---|---|
URL | milliondollarhomepage.com |
Dilləri | ingilis dili |
Açılma tarixi | 26 avqust 2005 |
Mənfəət |
|
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu sayt bir müddət sonra internet ulduzuna çevrildi. Alexa reytinqinə görə 40.044 ziyarət ilə təxminən 127-ci sırada yer aldı.[4] 1 yanvar 2006-cı ildə son 1000 piksel eBay platfomasında auksiona çıxarıldı. Auksion 11 yanvarda 38.100 dollarla yekunlaşdı və saytın ümumi gəliri 1.037.100 ABŞ dolları oldu.