Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Navay-E Asatid
Navay-E Asatid — Alireza Eftekhari ilk albomu.
Savoy Homann Hotel
Savoy Homann Bidakara Hotel — İndoneziyanın Bandunq şəhərinin Asiya-Afrika küçəsində yerləşən tarixi lüks dördulduzlu hotel. Bu otel 1939-cu ildə 19-cu əsrdə inşa edilmiş Homann otelini əvəz etmişdir. Hollandiyalı memar Albert Aalbers tərəfindən dizayn edilmiş otel art-deko eksteryer, interyer və tarixi mebellərə malikdir. Bu bina memarlıq irsi və Niderland Ost-Hindinin art-deko kolonial memarlığının gözəl nümunəsidir. 1810-cu ildə Böyük Poçt Yolu açıldıqdan sonra Preanger bölgəsində çoxlu müstəmləkə dövrünə aid əkin sahələri yaradıldı. 19-cu əsrdən 20-ci əsrin əvvəllərinə qədər Bandunq zəngin plantasiya sahibləri üçün xüsusən də həftə sonları tanınmış biznes, alış-veriş və istirahət məkanına çevrildi. Nəticədə şəhərdə otel biznesi çiçəklənirdi. İndiki sələfi olan otelin Homann Oteli 1871–72-ci illərdə Homann ailəsinə məxsus idi və bu ailə tərəfindən istifadə olunmuşdu. Bu otel xanım Homannın ləzzətli "Rijsttafel"i (hərfi mənada "düyü süfrəsi" kimi tərcümə olunan Holland sözü Qərbi Sumatranın Padanq bölgəsindən Nasi-padanqın hidanq təqdimatından sonra hollandlar tərəfindən uyğunlaşdırılmış İndoneziyaya aid yemək) ilə məşhur idi. Bu ilk kiçik bina qotika-romantik üslubda dizayn edilmişdir.
Anhoy
Anhoy (палл. Аньхуэй, Аньхуй, çin. 安徽; пиньинь Ānhuī) — Çinin şərqində əyalət. Anxoy əyalətində qədim qəsəbə tikililəri kompleksi. Xuanşan dağı ətəyində yerləşən Anxay əyalətinin İ qəzasındakı qədim məskən kompleksi ənənəvi Xoy memarlıq məktəbi üslubunda tikilmişdir. Min və Tsin dövründə tikilmiş çoxlu sayda qədim yaşayış evləri və qəbilə məbədləri bizim vaxtlara qədər yaxşı qalmışdır. Min sülaləsi dövründə 29, Tsin zamanında isə 3611 tikili yaradılmışdır. Xoy məktəbi memarlıq üslubu burada hər şeydə gözə dəyir: zərif qravürlər və kirəmit üzərində naxışlarda, ev və məbədlərin ağac sütunları və daş divarlarında, orijinal və təmtəraqlı interyerdə. Bu qəsəbə və tikililər təkcə turistləri deyil, tarix və mədəniyyəti öyrənən alimləri də cəlb edir. Onlar turistik baxımdan nadir diqqətəlayiq yerlərdir və böyük tarixi əhəmiyyətə malikdir.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Davos
Davos (alm. ‎ fr. Davos, it. Davos) — İsveçrənin şərqində, Landvasser çayı üzərində Qraubünden kantonunda şəhər. Dünya İqtisadi Forumu hər il Davos şəhərində keçirilir. Şəhərin tarixi XIX əsrdə həkimlər Alp vadisinin mikroiqlimini ağciyər xəstəlikləri olan xəstələr üçün faydalı hesab etmələri ilə başladı. Burada müalicə alan Robert Luis Stevenson Davosda məşhur Dəfinələr adası romanını yazdı. Şəhər, eyni zamanda Alman yazıçısı Tomas Mannın "Sehirli dağ" romanının səhnəsidir. 1929-cu ilin mart ayında Davosda Ernst Kassirer və Martin Haydeqqer arasında məşhur fəlsəfi mübahisə baş verdi.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Havay
Havay (ing. Hawaii) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Honolulu şəhəridir. Havay arxipelaqı Sakit okeanın mərkəzində 3300 kilometr uzunluğunda böyük bir əyri yaradan, ada və riflərdən ibarətdir. Arxipelaq şərqdə Havay adasında başlayır və təxminən 180-ci meridianda yerləşən Kure atolunda bitir. Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Sahəsi 8150 km2 olan Havay adası ölkənin 2/3-ni təşkil edir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Naoya
Naoya — Yaponiya adı. Naoya Okada — Yaponiyalı atıcı. Naoya Kondo — Yaponiya futbolçusu. Naoya Kikuçi — Yaponiya futbolçusu.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. Donald J. Orth. Dictionary of Alaska Place Names.
Naqoya
Naqoya (yap. 名古屋) — Yaponiyanın Xonsyu adasında liman-şəhər. Tokay rayonunun iqtisadiyyatı Naqoya limanından asılıdır. Liman bir ildə 110 mln. ton yük mübadiləsi aparır. Naqoya şəhəri Yaponiyanın ən sıx məskunlaşmış 4-cü şəhəridir. Əhalisinin sayı 2220738 (2006) nəfərdir. Zəngin və qədim mədəni irsə malik şəhərin iqlimi çox əlverişli, əhalisi isə mehriban və qonaqpərvərdir. Şəhərin tanınmış yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini, Botanika bağını, Hiqasiyama zooparkını, Hərbi-dəniz arsenalını, Atsuta sintoit məbədini, Nittaydzi ibadətgahını, Naqoya televiziya qülləsini, stansiyasını, Midlend meydanını, Toyota avtomobil muzeyini, Naqoya Noh teatrını və s. qeyd etmək olar.
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Nivoz
Nivoz (fr. nivôse, lat. nivosus — qarlı) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IV ay (21/23 dekabr — 19/21 yanvar) .
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Qəvoy
Qəvoy — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Naxox
Naxox — 2016-cı ildə çəkilmiş Azərbaycan filmidir. Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar, ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu, illərdir görmədiyi Qəhrəmanın yanına getməyi qərar verir. Qəhrəman isə Nüşabədən sonra onun eşqindən tərki dünya olaraq yaşayır. Beləliklə Rəftar və Qəhrəman illər sonra görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Söz dinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək.
HammAli & Navai
HammAli & Navai — Azərbaycanlı repçilər HammAli (Aleksandr (Sadiq) Əliyev) və Navai-dən (Nəvai Bəkirov) ibarət olan Rusiya rep dueti. Qrup 2016-cı ildə yaradılıb. İlk birgə mahnı "День в календаре" idi. Duet 3 albom buraxdı: 2018-ci ildə “JANAVI” və “JANAVI: Autotomy” və 2021-ci ildə “Когда хорошему человеку плохо”. Qrup, Bahh Tee və JONY də daxil olmaqla, digər sənətçilərlə birgə treklər buraxır. Nəvai 2021-ci ilin aprel ayında qrup mövcudluğuna son qoyub. Duetin dağılması ilə bağlı birgə bəyanata baxmayaraq, həmin ilin yayında qrup yeni mahnılar buraxmağa davam etdi.
Havay (Hurand)
Havay (fars. هواي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 743 nəfər yaşayır (167 ailə).
Havay (dairə)
Havay rayonu — Amerika Birləşmiş Ştatlarının Havay ştatında yer alan bir rayondur. Dairənin əhalisi 2010-cu il hesablamasına görə 185,079 nəfərdir. Rayonun mərkəzi Hilo şəhəridir. Havay dairəsinin meri vəzifəsinin 2016-cı ildən bəri bu vəzifəyə gələn Harri Kimdir. Qanunvericilik orqanı doqquz nəfərdən ibarət Havay Dairə Şurasına məxsusdur. ABŞ əhalinin siyahıyaalınması bürosuna əsasən dairənin ümumi sahəsi 13,174 km²-dir ki: 10 433 km² — quru sahəsi 2742 km² (6,66 %) — su sahəsi əhatə edir. Dairə ştatın ərazisinin 62,7%-ni tutur və bu ABŞ-daki ən böyük göstəricilərdən biridir.
Havay adaları
Havay adaları (ing. Hawaiian Islands, həmçinin Sendviç adaları adı ilə tanınır) – 24 adadan və atolldan, eyni zamanda Sakit okeanın şimalında (19°-29° şimal enliklərində) yerləşən çox sayda xırda adalardan ibarət arxipelaq. Vulkanik mənşəlidir. Arxipelaq öz adını ən böyük adası olan Havayinin adından almışdır. Adaların böyük hissəsi ABŞ-nin 50-ci ştatını təşkil edir. Paytaxtı Honolulu şəhəridir. Honolulu həmçinin adanın ən böyük şəhəridir. Adalar 3600 km məsafəni əhatə edir. Adalar tropik siklonun təsiri altındadır və may ayından oktyabradək daha çox yağıntı müşahidə olunur. Amma günəşli saatlar bu yağışları hiss etdirmir.
Havay adası
Havay adası (ing. Island of Hawaiʻi;Havayca:mokupuni o Hawai‘i) ABŞ-nin Havay əyalətində ada və rayon, Havay adalarının ən böyük adasıdır. Mərkəzi Hilo şəhəridir.
Havay antisiklonu
Havay antisiklonu- Daimi subtropik antisiklonlardan biridir.Sakit okeanın şimal hissəsində subtropik və tropik enliklərdə yerləşir.Havay antisiklonun Mərkəzi Havay adalarından şimalda yerləşir və burada yanvarda təzyiq 764 mm iyulda 768mm-ə bərabərdir.
Havay silsiləsi
Havay silsiləsi — vulkan məşəlli sualtı silsilə. Sakit okeanda yerləşir və cənub-qərbdən Şimali Sakitokean çökəkliyi ilə əhatələnir. Silsilənin ən hündür nöqtələri Havay adalarıdır. Dünyanın ən hündür fəaliyyətdə olan vulkanları burada yerləşir. Uzunluğu 5 000 km, ən enli yeri 750 kilometrdir. Səthə olan dərinliyi 2000 — 4000 metr arasında dəyişir. Ən dayaz yeri 15 metrdir. Ümumi hündürlüyü 5500 metrdir. Əsasən üzəri lil və gum suxurları ilə örtülüdür. Краткая географическая энциклопедия, Том 5/Гл.ред.